Mehebbet, en çox dinlediyim mahnılardan biridir. Sözlerini çox axtardım amma tapa bilmedim. :(
Kaş bele muğannilere qulaq assa herkes.
"Azerbaycan çok şanslı ki böyle sanatçılara sahip. "
Printable View
Mehebbet, en çox dinlediyim mahnılardan biridir. Sözlerini çox axtardım amma tapa bilmedim. :(
Kaş bele muğannilere qulaq assa herkes.
"Azerbaycan çok şanslı ki böyle sanatçılara sahip. "
Elif mehebbet sözleri bunlardı..qaraladıgım elifbası senin ichindirAlıntı:
Elif Nickli Üyeden Alıntı
:wink:
Beli menim Azerbeycan insanım bir bashkadır...
"Məhəbbət"
O, bu boyda bir cahanı yaradıb
Yeri, göyü, asimanı yaradıb
İnsan onu,o insanı yaradıb
Bu həyatın əlifbası məhəbbət
Ən ilk nəğmə,ən ilk yazı məhəbbət
Hər ömrüdə bir ulduza dönər o,
...............................
Gözli gələr, fəqət aşkar dinər o,
Canda nəfəs, damarda qan məhəbbət
Həm var olan, həm yox olan, məhəbbət
O dəryadır kükrəyəndə, daşanda
O gövhərdir, üzüklərin qaşında
O sevdadır,hey nurlanır başında
Gah ağıllı, gah ...... məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət
" Bayram şamları "
Əziz bayram axşamı
Hər süfrənin xonçası
Əziz bayram axşamı
Hər süfrənin xonçası
Hər xonçanın, xonçanın öz şamı
Əziz bayram axşamı
Yan-yan bayram şamları
Bu bayram axşamları
Odlu ürəyi kimi
Yandırsın əvvəl sizi
Xeyirxah əməllərə
Bağla eşqimizi
Şamlar əriyib gedir
Bizim ömrümüz kimi
Şamlar əriyib gedir
Bizim ömrümüz kimi
Şamlar bizə göz vurur
Min sevdalı göz kimi
"Çiçək"
Səhər çağı , göy meşədən
Dərdik səni ağ çiçək
Bəyaz-bəyaz varaqlara
Sərdik səni ağ çiçək
Birdən-birə ağ əllərdə
Təzələşdin ağ çiçək
Ağ əllərdə elə bil ki,
Ağ atəşdin ağ çiçək
Çiçək,çiçək ağ çiçəyim
Ömrümə bəzək, ağ çiçəyim
Gördüm səni bu gün başqa
Bir çəməndə ağ çiçək
Ağ əllərin hərarəti
Yoxdu səndə ağ çiçək
"Şəbi- Hicran "
Məni candan usandırdı
Cəfadan yar usanmazmı ?
Fələklər yandı ahimdən
Muradın şəmi yanmazmı?
Qamu bimarina canan
Dəvayi-dərd edər ehsan
Nə üçün qılmaz mənə dərman
Məni bimar sanmazmı ?
Qəmin pünhan tutardım mən
Dedilər yarə qıl rövşən
Desəm ol bivafə bilməm
İnanarmı, inanmazmı ?
Şəbi-hicran yanar canım
tökər qan çüşmi giryanım
Oyada xəlqi əfqanım
Qara bəxtim oyanmazmı?
" Anamın laylası "
Mənə həyat verən o səs, o səda
Ömrümə-günümə yaraşır o ....
Nə üçün gecənin qaranlığında
Anamın laylası bir işıq olur ?
Anamın laylası, ilk nəğməmdir mənim
Anamın laylası, ilk nəğməmdir mənim
Anamın laylası ilk şeirimdir mənim mənim
Anamın laylası, anamın laylası ilk arzumdur mənim
Sevincim mənim
Anamın laylası, gül-çiçək olur
Ömür gülşənimə səpilib mənim
Anamın laylası, bir örtük olur
Gecələr üstümə çəkilir mənim
"Ay qara qız"
Ay qara qız getmə dayan, sözüm var
Aləm bilir, gözlərində gözüm var
Bir demirsən , ayrılığın ölüm mənə
......................
Ölürəm, səni mən sevirəm
Ala sən gəl canım
Almırsan ölmürəm
Səni mən sevirəm
Qara qız cıxıbdır dərə başına
.............
Mən qurbanam qara qızın göz yaşına
......
Şövkət Ələkbərova - "Vağzalı çalınır"
Duvağa bürünüb yola düşürsən
Qonşular telinə çiçək bağlayır
Ay qızım, sən haldan-hala düşürsən
"Vağzalı" çalınır, anan ağlayır
Bir evdən bir evə səadət gedir
Biri yola salır, biri səsləyir
Bir ana qızını burda ləngidir
Bir ana həsrətlə gəlin gözləyir
Ortada fərəhlə süzür gəlinlər
Qızlar oğrun-oğrun yar soraqlayır
Gülür, qəh-qəh çəkir toya gələnlər
"Vağzalı" çalınır, anan ağlayır
Gedirsən ən şirin arzu, kam kimi
"Vağzalı" çalınsın, get yavaş-yavaş
Dünyada hər ana öz anan kimi
Bircə toy günündə ağlayaydı kaş
Şövkət Ələkbərova "Sənsən ürəyim"
Gəlirsən xəzəri yara-yara,
Zəhmətin nur verir bu diyara.
Sənsən ürəyim, arzum diləyim,
Sənsən ürəyim, eşqim diləyim, gəl.
Sənsən, sənsən əzəl mənim ürəyimdə,
Sənsən, sənsən xəzər mənim ürəyimdə.
Hər gecə sahili seyr edərkən,
Ulduzlar göz vurur, tez gəlim mən.
Sular gəl deyir, yarin gözləyir,
Sular gəl deyir, səni gözləyir yar.
Sən mənim solmayan baharimsan,
Dalğa tək əyilməz vüqarisan.
Sənsən ürəyim, arzum diləyim,
Sənsən ürəyim, eşqim diləyim gəl.
Şövkət Ələkbərova - "Anam yadıma düşdü"
İlıq küləklər əsdi
Göz gəlməyə tələsdi
Mənim ürəyim əsdi
Anamı yadıma düşdü
Bənövşə dəstə-dəstə
Qızılgül yarpaq üstdə
Sular axdı ahəstə
Anam yadıma düşdü
Çeşmə gördüm dayandım
Alışdım, oda yandım
Xəyallardan oynadım
Anam yadıma düşdü
Bənövşə dəstə-dəstə
Qızılgül yarpaq üstdə
Sular axdı ahəstə
Anam yadıma düşdü