İctimai Televiziya may ayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsinə mahnı qəbulu üçün müsabiqə elan edib. Şərtlərə görə, mahnı müsabiqənin formatına uyğun, həm də yaddaqalan olmalıdır. Həm yerli, həm də əcnəbi bəstəkarlar yazdıqları yeni mahnını 2009-cu il fevralın 1-dək təqdim edə bilər.

Sizin də mahnı bəstələmək bacarığınız varsa bəstələdiyiniz mahnını İTVyə təqdim edə bilərsiniz. Ümid edirik ki, bu il ölkəmiz EUROVISIONda müvəffəqiyyətlə təmsil ediləcək.