«Eurovision 2009» mahnı müsabiqəsinə Azərbaycandan Aysel Teymurzadə iştirak edəcək. Bu haqda İçtimai televiziyadakı etibarlı mənbədən məlumat verilib. İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevdən ibarət 7 nəfərlik münsiflər heyəti 40 iddiaçı arasından 19 yaşlı Aysel Teymurzadə üstünlük veriblər.

Siz bu qızın şirinliyinə baxın



Fikirlərinizi bildirməyi unutmayın!!!