Harda edirler etsinler,amma yuksek seviyyede olsun.Bu Azerbaycan ucun bir shansdir.Diger dovletlerin Azerbaycana gelib,nece bir olke oldugunu gormek.Ele etmeliyik ki,yarishmadan sonra hami Azerbaycan deyib dursun.
Azərbaycanda “Eurovision-2012” müsabiqəsinin keçirilməsi üçün təxmini yerlər müəyyənləşdirilib. “Eurovision-2012” müsabiqəsinin keçirilməsi ilə bağlı 3 variant müzakirə edilir. İlk növbədə gündəmdə Heydər Əliyev adına İdman-Konsert kompleksidir. Orada təmir işləri aparılıb - 7800 oturacağı var, parterdə 1000-ə yaxın oturacaq artırmaq olar”. Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
O, bildirib ki, müsabiqəni Tofiq Bəhramov adına Respublika Stadionunda da keçirmək olar: “Stadionun damını bağlamaqla və müəyyən təmir işləri həyata keçirməklə burada da müsabiqə keçirilməsi mümkündür”.
Nazirin sözlərinə görə, ən əsas və ən maraqlı layihə odur ki, Bakının hər hansı gözəl yerində, Dənizkənarı Parkda, Bayraq Meydanında yeni böyük konsert kompleksi tikilsin. “Əgər modul sistemlə tikilsə, bu kompleksi tikintisinin müsabiqəyə qədər başa çatdırmaq olar”, - Rəhimov əlavə edib.
[
Harda edirler etsinler,amma yuksek seviyyede olsun.Bu Azerbaycan ucun bir shansdir.Diger dovletlerin Azerbaycana gelib,nece bir olke oldugunu gormek.Ele etmeliyik ki,yarishmadan sonra hami Azerbaycan deyib dursun.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?
Yer imleri