[

Eldar Qasımov 4 iyun, 1989-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil alıb. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil almış və sözügedən musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2008-ci illərdə tələbə mübadiləsi proqramları üçün müsabiqəsində qalib gəlmişdir. Sərbəst almanca danışa bilir və bir neçə ay Almaniya-da yaşayıb. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universiteti-nin tələbəsi olmuşdur. Beynəlxalq Əlaqələr və Regionşünaslıq fakültəsində təhsil almışdır. Universiteti qırmızı diplomla bitirmiş, 2010-cu ildə isə BSU-nun Beynəlxalq Əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.