4 sonuçtan 1 ile 4 arası

Ertələmiş sözlər var dilimdə....

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Ertələmiş sözlər var dilimdə....

    Büzülmüş bir kağızın içində duyğularım.
    Gecikilmiş bir eşq yazılı küncə atılan kağızda
    Heç bir şey üçün gec deyil bəlkə
    Bəlkə, indi tam zamanı.
    Bir də ürək sözdən anlasa...

    Hər gün bir sonrakı günə təxirə salınar etiraflar
    Bir qaçış ki, bu insanı özündən edər.
    Suallar dönər beynimin içində
    Beynin içinə sətir sətir işlənər duyğular
    Bir gün sonraya təxirə salınar hər gün.

    Bir yarpağın yerə enişi kimi ola bilsəm
    Ağır ağır süzülsəm hər şeyin fərqində olaraq
    Bir şəlalə kimi olsam
    Coşğun tərəfindən düşsəm arzularımın ürəyinə
    Qorxularımı təxirə sala bilsəm bir anlığına
    Hər gün böyük bir həyat təxirə salınar halbuki.

    Sözlərin ucuna yüklüdür həyat
    Özümün özümlə döyüşümdür bu
    Özümlə təxirə salınmış sözlərimin döyüşü...
    Qorxularımızın əsiri olmuşuq
    Təxirə salınmış bir həyat var kürəyimizdə
    Təxirə salmış sevdalar yaşayarıq
    Təxirə salınmış dostluqlar
    Təxirə salınmış özünü tanımalar.

    Ən çoxda ürəyimizdəki parıltıları təxirə salarıq.
    Halbuki sevmək, daha asan görünər qorxmaqdan.
    Sevsək hesabsızca,
    Aşiq olsaq təxirə salmadan ürəyimizdəkiləri.
    Sözlər axsa büllur bir su kimi
    Təxirə salmasaq həyatımızı.

    Bəlkə olacaq təxirəsalınmayan yaşayışlar
    Bir ümid işığı yanar ürəkdə
    Ümidi təxirə salarıq bu səfər...
    Ümidi təxirə salarıq bir sonrakı günə.
    Təxirə salınmış bir ümidin kürəyinə yükləmişik qorxularımızı...
    Təxirə salınmış sözlərə saxlamışıq ürəyimizi...
    Təxirə salınmış bir ömrü yaşayarıq...
    ...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ertələmiş sözlər var dilimdə....

    eladir
    [

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Ertələmiş sözlər var dilimdə....

    Saçına de şəlalə tək axmasın
    Baxışların şimşək olub çaxmasın,
    Odun məni yandırmasın yaxmasın
    Onda bəlkə mən də səni unudam.

    Üzünə də tuş olmasın üzümə,
    Kirpiyinlə gəl ox atma gözümə
    Nifrət elə varlığıma özümə
    Onda bəlkə məndə səni unudam.

    Qəlbimə sən od atmısan o yansın,
    İşıqıyla ömrün nura boyansın
    Razısan qoy ürəyim dayansın
    Onda bəlkə məndə səni unudam.

    Sevmirəm de məni aciz qul eylə
    Rəhmini az qəzəbini bol eylə,
    Ürəyimə düşmən kimi yol eylə
    Onda bəlkə məndə səni unudam.

    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ertələmiş sözlər var dilimdə....

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.