8 sonuçtan 1 ile 8 arası

Sil Başdan....

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Sil Başdan....

    Hər şeyi silib “sıfırdan” başlamaq bu kənardan baxarkən asan gəlir insana..Başqasının həyatına baxaraq məsləhət vermək necə də asandır....

    Falesdən soruşublar:
    -Dünyada ən çətin iş nədir?
    -Özünü tanımaq.
    -Bəs ən asan iş nədir?
    -Başqasına məsləhət vermək...

    Hər şeyə sadəcə nöqtə qoyub abzasdan başlamaq....
    Bu günə kimi qurduqlarını yarıda buraxıb yeni bir həyatın bünövrəsini qoymaq...
    Artıq müəyyən bir hissəsini gəldiyin yolun yarısında dayanıb başqa yolda əvvəldən addımlamaq..

    Bu insanda güclü bir iradə və qətiyyət tələb edir.
    O iradə ki,zamanla özün formalaşdırmalısan...Əgər ”YOX”deməyi bacarmaq istəyirsənsə...”YOX” olanla barışmaq istəyirsənsə.. Yoxluğunu bilə-bilə varlığının xəyalı ilə yaşayaraq zamanını itirmək istəmirsənsə...

    İRADƏLİ OLMALISAN !!!
    O qətiyyət ki,zamanla,iradə ilə özünü sübut etmək üçün yaratmalısan mənliyində...Əgər şəxsiyyət kimi var olmaq istəyirsənsə...Əgər sadəcə bioloji varlıq yox düşünən ən ali varlıq olduğunu öncə özünə sonra özünü tanımayanlara sübutdursa məqsədin...

    QƏTİYYƏTLİ OLMALISAN!!!
    Bunu artıq ikinci dəfədir yaşayırdım həyatımda.Bu dəfə həyat əhəmiyyətli çox şey itirməsəmdə,çox şeyi yenidən qurub,yığmaq məcburiyyətində olmasamda ...Sadəcə olaraq 1000dən çox şəkil,600dən çox musiqi və müxtəlif proqramlar...Amma ən çox itirməmək istədiyim yazılarım...Zədələnmiş yazılarım...Artıq virusun qurbanı olmuş yazılarım..Hər cümləsinə ürəyimi qoyduğum yazılarım...

    Təsəvvür edin 1 il ərzində yığdıqlarının 30dəqiqə içərisində silinməsi...
    Bu çox şeyi başa saldı mənə...Formatdan sonra kompyuteri açanda ...Heçnə yoxdur...
    Bir anlıq həyatla müqayisə etdim bu anı,bu hissi...Hər şeyi silib yenidən başlamaq ..hər şeyi...Yeni beyinlə,yeni düşüncə ilə,yeni tanışlarla qısası yeni ”MƏN” ilə...Buna insan dözə bilərmi?Buna insan xarakteri tab gətirə bilərmi?Demək ki,bilərmiş.....Demək ki,mümkünmüş.
    Bu hiss çox yaxşı tanışdır....

    SİLMƏYİ BACARMALISAN!!!
    Artıq tərkibinin həm kimyəvi,həm fiziki,həm də mənəvi dəyişikliyə uğradığını gördüklərini...Nə qədər dəyərli də olsa,nə qədər yoxluğunun mümkünsüzlüyünü düşünsən də....
    Əgər tərkibində pisniyyətli,zərərverici viruslar varsa silinməsi ilə barışmağı bacarmalısan!!!!
    Yenidən qurmağı bacarmalısan!!!

    Kompyuterinizi format edərkən ilk “D” papkasına atıb itirməmək istədiyiniz nələriniz var?
    Bəs həyatınızda necə? Hər şeydən üz döndərsənizdə itirməmək istədiyiniz nələr və kimlər var?

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Sil Başdan....

    cox gozel idi canim.Hevesle,maraqla oxudum
    Eslinde hal hazirki heyatimi deyisdirmeyi o qeder cox isteyerdim ki...Ama 1 cox sey ucun artiq gecdi...keske o cesareti tapa bileydim ozumde...
    Itirmek istemediklerim??-ailem ve biri...

    ...

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Sil Başdan....

    Alıntı je_demeure Nickli Üyeden Alıntı
    cox gozel idi canim.Hevesle,maraqla oxudum
    Eslinde hal hazirki heyatimi deyisdirmeyi o qeder cox isteyerdim ki...Ama 1 cox sey ucun artiq gecdi...keske o cesareti tapa bileydim ozumde...
    Itirmek istemediklerim??-ailem ve biri...

    Oxuduğun için saol cnm,Allah kömeyin olsun!Çalışki kazan,itirmek o kadar kolay ki...

  4. #4
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Sil Başdan....

    her şeyi yeniden başlamaq olmur. Ne vaxtsa gözlemediyin anda qarşına çıxır unutmaq istediklerin. Dünyanın o başına da getsən səninlə gəlir.
    Mənimçün unutmaq çətindir. Ən nifrət etdiyim adamı belə unuda bilmirəm.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  5. #5
    Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Qelbimdeki Tenhaliq
    Mesajlar
    99

    Re: Sil Başdan....

    İtirmək istəmədiyim insanlar mənim yaxınlarımdı onları itirsəm həyatımın mənası itər....
    Təşəkkür edirəm dərin mənalı mövzuya görə....
    Hafiften bir yagmur agliyor benimle...
    Yalnizliktan ushuyorum...
    Bulamayacagimi bile-bile..
    Yine seni ariyorum...
    .

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sil Başdan....

    her seyi silib "0" dan baslamaq cox cetindir ,ama durduqun yerde de qalmaq olmaz ,itirdiklerimiz ve qazandiqlarimizla birge addimlamaliyiq ,ve bu dunyada hec ne unudulmur ,hec ne yaddan cixmir ,
    maraqli yazidir tesekurler

  7. #7
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Sil Başdan....

    Kompyuterinizi format edərkən ilk “D” papkasına atıb itirməmək istədiyiniz nələriniz var?
    Bəs həyatınızda necə? Hər şeydən üz döndərsənizdə itirməmək istədiyiniz nələr və kimlər var?

    Əsas odur ki heyatda itirməmək istediklərimiz olsun.Amma elimizdə deyil.Qismet.İtirilirse demek bele yazilib.Allah bele steyi.Ne ede bilerik.Üzülməkdən başqa.
    Her zaman yenidən başlaşaq- cetinde olsa başlamaq Beyine yazilanlar hec vaxt silinmir.Yeniden başlamaq kecmişi sile bilmek demek deyil. Sadece seyfeni ceviririk....
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  8. #8
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Sil Başdan....

    sildim.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.