2 sonuçtan 1 ile 2 arası

Ata və qız arasında həyat dialoqu

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Ata və qız arasında həyat dialoqu

    Ata : Nə qədər də gözəldir. İndi bu
    kiçik mələk mənim qızımdır?
    Gözləri də mənə nə qədər çox bənzəyir...
    Qızı : Bu gözlərini məndən heç
    ayırmayan adam atam olsa gərək...

    0 yaşında

    Ata :
    Nə qədər də gözəldir. İndi bu kiçik mələk mənim qızımdır?
    Gözləri də mənə nə qədər çox bənzəyir...
    Qızı: Bu gözlərini məndən heç ayırmayan adam atam olsa gərək...

    5 yaşında

    Ata : Şahzadəm mənim, gözəl qızım...
    De görüm, atan sənə nə alsın?
    Qızı : Ən çox atamı sevirəm...
    Atam, niyə anamla yatır?
    Həmişə mənimlə yatsın, başqasını sevməsin...

    10 yaşında

    Ata : Getdikcə dəcəl olur, kimə oxşadı bu qiz?
    Qızı : Mən atama aşiqəm.
    Böyüyüncə atam kimi kişilə evlənəcəm
    Atam bu ay cib xərcliyimi artırar göresen?

    15 yaşında

    Ata : Nə qədər də tez böyüdü...
    Evə də getdikcə gecikməyə başladı, bu gedişlə başına pis bir şey gələcək. Deyəsən, daha sərt danışmalıyam...
    Qızı : Atam üzündən yoldaşlarımla istədiyim qədər vaxt keçirə bilmirəm...
    Mənə təzyiq etməsindən nifrət edirəm...
    Nə vaxt azad olacağam?

    20 yaşında

    Ata : Artıq sözümü dinləmir, məndən gedərək uzaqlaşır...
    Öz pulunu da qazanmağa başladı, mənə ehtiyacı qalmadı.
    Uzun zamandır şirin bir-iki söz keçmədi aramızda onsuzda..
    Evə də tez-tez oğlanlar zəng edir. Yəqin qızım əldən gedir...
    Qızı : Hər dediyimi pis başa düşür, məni heç cür anlamır...
    Hələ keçən gün geydiyim mini ətəyə qarışmasına əsəbiləşdim
    Evdən ayrılıb, öz həyatımı qurmalıyam...
    Uşaq rəftarı görməkdən bezdim artıq!...

    25 yaşında

    Ata : Bir gün bunun olacağını bilirdim. Budur, evlənir...
    Onsuzda aramız əvvəl ki, kimi deyildi...
    İndi bir də əri var...
    Şahzadəm məni tərk edir...
    Qızı : Belə bir gündə belə o bədbəxt ifadəni işlətməsinin nə lazımlılığı var ki?
    Bilirəm, onu heç cür içinə həzm edə bilmədi. Buna görə edir...
    Öz xəyalındaki kürəkən deyil axı.
    Sanki, birlikdə yaşayacaq olan odur...

    30 yaşında

    Ata : Çox az görüşürük. Daha sıx bir yerə gəlsək nə yaxşı olar...
    Həm nəvələrim üçün də darıxıram...
    Öz yoldaş ətraflarından fürsət tapıb da bizə gələ bilmirlər ki...
    Qızı : Atama da çox laqeydlik edirəm yəqin...
    Yenə telefonda çox kədərli gəldi səsi...
    Həftəsonu ona sürpriz etmək ən yaxşısıdır...

    40 yaşında

    Ata : Qızım, mənim intellektual səviyyəmi kafi tapmır...
    Ona fikrincə zamanın gerisində düşünürmüşəm...
    Halbuki kiçikkən dərslərinə həmişə mən kömək edərdim...
    Anlaya bilmədiyi bütün problemləri mənə soruşardı...
    İndi məni bəyənmir...
    Bir daha onunla əsla siyasi müzakirələrə girməyəcəm
    Qızı : Atam gedərək daha da uşaq kimi davranır...
    Davamlı bir şeylərdən şikayətlənir...
    Hərçənd son zamanlarda sağlamlığı da yaxşı deyil amma...
    Ya ona bir şey olarsa?
    Onsuzda heç bir zaman dilədiyi kimi bir övlad da ola bilmədim...

    45 yaşında

    Ata : Qızımın xoşbəxt bir yuvası olması nə gözəl...
    Gözüm arxada getməyəcəm. Hər şeyi öz bacardı...
    Onunla qürur duyuram...
    Qızı : Atam üçün çox narahat oluram. Onu itirməyə hazır deyiləm...
    Onsuz da dərmanlarına da həmişə laqeydlik edir. Allahım onu məndən alma.

    50 yaşında

    Ata : Dünyada xoşbəxt qal qızım !...
    Qızı : Səndən ötrü çox darıxacağam.
    İndi mən kimə məsləhətləşəcəyəm, kim kömək edəcək mənə...?
    Nə olar getdiyin yerdə çox xoşbəxt ol...
    Və həmişə yanımda olduğunu hiss etdir,
    Nə bilim mənə, arabir işarələr göndər məsələn...

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Ata və qız arasında həyat dialoqu

    Bu movzu formumuzun cayxana bolumunde yazilmisdi!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.