4 sonuçtan 1 ile 4 arası

Bir qadının göz yaşı.

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Bir qadının göz yaşı.

    Bir qadını ağlatmaq çox çətin deyil əslində. Qadınlar hər şeyə ağlaya bilər: bir filmə, bir mahnıya, bir yazıya... Ən azı kişilər qədər. Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Əgər bir qadın ürəkdən ağlayırsa, demək, ağladan onun ürəyinə yol tapıb. Amma ağladan o ürəyin dəyərini bilmədiyi üçün gözünü belə qırpmadan bir-bir iynələri ürəyinə batırır. Bax, o zaman böyük bir qəhər oturur qadının boğazında. Udquna, nəfəs ala bilmir. Çünki boğazındakı o böyük yumruq içini ağrıdır. Sonra gözləri dumanlanır qadının.
    “Ağlamayacam” deyir içində. Amma mane ola bilmir. Çünki biri ürəyində taxt qurub və iynələri ora sancmaqdadır. Bir qadın bu acıyla nə qədər mübarizə apara bilər ki?! İncə-incə süzülər yaşlar gözündən, öncə bir neçə damla, sonra bir yağış seli. Və qadın ağlayar, həm də çox!
    Düşünməyin ki, gedənə ağlayır qadın. Gedənin gedərkən qopartdığı yer, qoyduğu yaradır onu ağladan. O yaranın heç qapanmayacağını, qapansa belə izinin qalacağını bildiyi üçün ağlayar qadın. Amma... Onu bilirsinizmi ki, ağlamaq qadınları müdrikləşdirir. Hər damla daha çox qadınlaşdırır onları. Hər damla bir dərsdir çünki.

    Bəzən qadınlar ağlayanda yan-yörəsindəkilər “niyə ağlayırsan, dəyməz onun üçün” deyirlər. Əslində heç nəyi bilmədikləri üçün deyirlər bu sözləri. Çünki ürəyi ağrıyan qadınlar ağlamasa, ölər. İçlərindəki zəhərdir onları öldürən. Ağlayaraq o zəhərdən qurtular, yaralarındakı o irini təmizləyərlər. Çünki bilirlər ki, irin təmizlənməsə iltihaba dönər. Amma iltihaba dönməməlidir. Zaman keçir sonra. Qadınlar özlərinə sarılmağı öyrənirlər. Ümid edək ki, öyrənirlər, yoxsa ruhları özlərini yanlış yollara çarpar. Çaşqın ruhların doğru yolu tapması da yeni acılar deməkdir. Qadınlar bunu bilir, o səbəbdən də əvvəl-axır özlərinə sarılmağı öyrənirlər...
    Çox ağlayan qadınlar bir çox şeydən vaz keçən qadınlardır əslində. Bəli, hər damla yaş müdrikləşdirir onları, amma müdrikləşdikcə safcasına inandıqları eşq gerçəyi onların gözündə kiçilir. Kiçildikcə, dəyərini itirir və məhz o zaman özlərinə sarılıb, yeni bir qadın yaradırlar özlərindən. Güclü, yenilməz, məğrur və sevgiyə inanmayan..
    Hərdən insanlarda sual yaranır ki, niyə ətrafda bu qədər subay, karyera arxasınca qaçan qadın var. Çünki inamlarını itirib o qadınlar. Nə vaxtsa ürəklərinə o qədər çox iynə sancılıb, o qədər ağlayıblar ki... Artıq özlərindən başqa bir doğru olmadığına inanır, buna görə də özlərinə sarılırlar.
    Çünki bilirlər ki, sarıldıqları adamlar onları haqq etməyib, həm də heç vaxt. Sarıldıqları adamların həmişə bir marağı olub. E... O zaman niyə sarılsınlar ki! Niyə sarılaq ki?!
    Ətrafınızda ürəkdən ağlayan bir qadın varsa
    Bilin ki, müdrikləşir.
    Bilin ki, gerçəkləri qəbul etməyə başlayıb.
    Bilin ki, artıq məhəbbətin olub olmadiqna inanıb.
    Bilin ki, qucaqlayacaq tək bir həqiqəti qalıb.
    “O hansı gerçəkdir elə” deyə soruşmayın. Çox ağlayan qadınlar əvvəl-axır özlərinə sarılırlar çünki!"

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Bir qadının göz yaşı.

    Alıntı zeynalov_ Nickli Üyeden Alıntı
    Hər damla bir dərsdir çünki.
    Düzgun yazilib.Hər cümlədə bir haqq var Maragli mövzudur təşəkkürlər.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Bir qadının göz yaşı.

    Meragli mövzu sozlerin hepsi cox duz sag olun paylasım ucun
    HaKKım heLaL,Sewqim haRam oLsun

  4. #4
    Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    74

    Re: Bir qadının göz yaşı.

    Maraqli movzudu

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.