Ramazan ayında oruc tutulması müsəlmanlara hicətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Və oruc tutmaqla ifadə olunur.

Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə “laylat alkadr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür” (97:1-5).

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayin sultanı" da adlandırırlar
Qədr gecəsi
Ramazan ayın gecələrindən birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə "Qədir surəsi" vardır. Bu surədə qədir gecəsi haqqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".
Ənənələr
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, boylu qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 sutka davam edir. Quranda yazılır: “Yeyin, için ta qara sapın ağ sapdan seçilənəcən, sonra qaranlıq düşənəcən oruc tutun” (2:187).

Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını)tutmalı və ya fidiyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda,yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
İslamdan öncə
Orucluq hələ İslamdan da əvvəl mövcüd idi. Hələ qədim ərəblər öz allahları naminə oruc tuturdular. Bu haqda Quranda deyilir: “Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir”.

Orucluq pəhrizi qurtarmaq – id əl-fitr – bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə edərkən bütün ailə üzvləri nəzərə alınır.
Orucluq bayramı Azərbaycanda Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başladı.zərbaycanda Ramazan bayramı ilə əlaqədar bayram namazı həm sentyabrın 20-si, həm də 21-də qılınacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx deyib ki, Ramazan bayramının məhz hansı günə düşməsi ilə bağlı müxtəlif elmi araşdırmalar var.

Onun sözlərinə görə, bayram namazını bəzən şiə və sünni məzhəblərinə mənsub olanlar ayrı-ayrı vaxtlarda qılırlar: “Kim nə zaman istəyirsə, onda da bayram namazını qıla bilər. Bu, hər kəsin şəxsi işidir. Heç kəs bu məsələdə məcbur edilə bilməz. Ancaq həm sentyabrın 20-si, həm də 21-də bayram namazı qılınacaq. Əsas məsələ təbliğatdır. İnsanları fitrə verməyə, savab işlər görməyə dəvət etməkdir. İndi biz sünni və şirələr üçün eyni vaxtda azan verilməsini təmin etmək istəyirik. Fikrimiz var ki, bu iki məzhəb üçün ortaq bir zaman müəyyən edək”.