Mehriban Arif qızı Əliyeva (d. 1964, Bakı) Milli Məclisin deputatı, Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, bir sıra xeyriyyə və mədəni təşkilatların sədridir.
Mehriban Əliyeva (qızlıqda Paşayeva) alim ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmlər doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmli filoloq və ərəbşünas idi. 1982-ci ildə, Mehriban Əliyeva Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medal ilə bitirdi. Bir neçə aydan sonra o, Azərbaycan Tibb Universitetinə qəbul edilib daha sonra təhsilini Seçenov adına Moskva Tibb Akademiyasında davam etdirdi və oranı 1988-ci ildə qırmızı diplom ilə tamamladı.


1988-1992-ci illərdə Mehriban Əliyeva Moskvada akademik Mixail Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunu yaradıb ona başçılıq etdi. 1996-cı ildə Azərbaycan, ingilis və rus dilində çap olunan Azərbaycan İrs mədəniyyət və tarix jurnalını təsis edib onun redaktoru oldu.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi. Onun fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyasının 2005-ci ilin Dünya bədii gimnastika yarışının Azərbaycanda keçirmək qərarıyla nəticələndi. 2004-cü ildə o, Heydər Əliyev irsini tədqiq edən Heydər Əliyev Fondunu təsis etdi. Həmin ildə, Əliyeva folklor və musiqi ənənələrini təbliğ etdiyinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.[1] Həmin il o, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilmişdir. 2005-ci ildə keçirilən sorğunun nəticəsinə əsasən o, İlin qadını tituluna layiq görüldü. Həmçinin o, Yüzilliyin mesenatları Beynəlxalq xeyriyyə fondu tərəfindən ona təltif edilən Yaqut Xaç Ordeninin ilk qadın kavaleridir.

2004-cü ildə, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının üzvü oldu. 2005-ci ilin parlament seçkilərində o, Milli Məclisə deputat seçildi.

Mehriban xanım prezident İlham Əliyev ilə 1984-cü ildə ailə qurmuşdur. Üç övladı var: qızları Leyla ilə Arzu və oğlu Heydər.

Yazıçı Mir Cəlal Paşayevin nəvəsidir.
Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşıdır.
Azərbaycanın eks-prezidenti Heydər Əliyevin gəlinidir.
Leyla və Arzu Əliyevaların anasıdır

Təbrik edirik