2 sonuçtan 1 ile 2 arası

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür!!!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür!!!


    1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Bu əlamətdar gün nəinki uşaqların ən çox sevdiyi gün eyni zamanda böyüklərə də uşaqların daim onların qayğısına ehtiyacları olduğunu və uşaqlar üçün məsuliyyət daşıdıqlarını xatırladan bir gündür.
    Beynəlxalq uşaq günü dünya ictimaiyyətinin uşaqların müdafiəsi istiqamətində müharibələrə yox deyərək, uşaqların sağlamlığının qorunması, onların demokratik ənənələrlə düzgün tərbiyəsi üzrə mobilizasiya günüdür.


    Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür!!!

    Beynəlxalq Uşaqlar günü münasibəti ilə balacalarımızı təbrik edirəm
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.