2 sonuçtan 1 ile 2 arası

Bu gün Şuşanın işğal olunmasından 19 il ötür

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Bu gün Şuşanın işğal olunmasından 19 il ötür

    Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 19 il ötür.

    1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirib. Şəhərin kütləvi şəkildə artilleriya atəşinə tutulması mayın 8-də səhər saat 6-dək davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın əvvəldən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

    Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

    Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, işğal nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.
    [

  2. #2
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: Bu gün Şuşanın işğal olunmasından 19 il ötür


    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.