Ordu Günü şənbəyə təsadüf etdiyindən sonrakı bazar ertəsi qeyri-iş günü sayılır
İyunun 28-i ölkədə qeyri-iş günü olacaq.
Onun sözlərinə görə, iyunun 26-sı – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü istirahət gününə - şənbəyə təsadüf etdiyindən iyunun 28-i qeyri-iş günü hesab ediləcək.
Bununla da, iyunun 26, 27 və 28-i ölkədə iş olmayacaq.