9 sonuçtan 1 ile 9 arası

Bu gün ilaxır çərşənbədir

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Bu gün ilaxır çərşənbədir

    Bu gün ilaxır çərşənbələrdən dördüncüsü – torpaq çərşənbəsidir.

    Son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsi ilə bağlıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə fərqlənir. Bəzi bölgələrdə isə ilaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur.
    İlaxır çərşənbə el arasında həm də niyyət çərşənbəsi, dilək günü kimi məşhurdur. İnanca görə bu gün ürəkdə tutulan diləklərin hamısı hasil olur. Bu gün evlərdə mütləq xoş sözlər danışılmalıdır. Kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Əgər evdə yaxşı sözlər danışılsa, qapıya gələnin ürəyindəki istəyi gerçəkləşər. Bundan başqa, qız-gəlinlər iki iynəni sapa bağlayıb su dolu qaba sallayırlar, əgər iynələr qabın dibində ağız-ağıza gəlsələr, deməli, onu bunu sınayan istəyinə çatacaq. İynələr uzaqlaşsalar, işləri müşkülə düşəcək. Yaxud, gənc qızlar arxası qapıya dayanıb ayaqqabılarını qapıya doğru atarlarsa və ayaqqabının burnu qapıya tərəf düşərsə, deməli, qız həmin il nişanlanacaq.
    Bir inanc da var ki, almaları nişanlayıb suya atırlar. Almalar suda bir-birinə yaxınlaşsalar, bu da niyyətə çatmağa işarədir. Xalqın inanclarına görə, tonqal qalanması, şirniyyatlar bişirilməsi, çalıb-çağırmaq, əhvalın yüksək olması yeni, işıqlı günün çağırışıdır. Yəni insan bu mərasimlərlə dolayısı ilə təbiəti idarə edə biləcəyini, yaşıllığı, günəşi, istiliyi, işığı çağırıb gətirə biləcəyini, yanan tonqallarla qaranlığı qovub uzaqlaşdıracağına inanıb. Digər tərəfdən, əvvəldən belə adət yaranıb ki, hər kəs bu gün ayaqqabıdan tutmuş papağacan təzə geyinməlidir. Çünki köhnə paltar köhnə ilin qalığıdır. Köhnə ilin ağrı-acısından qurtulmaqdan ötrü isə mütləq təzələnmək lazımdı. Bu gün evlərimizdə açılacaq süfrəyə gəlincə, süfrəyə mütləq yeddi cür nemət düzülməli, yumurta boyalanmalı, şamlar yandırılmalıdır. Bir çox bölgələrdə, məsələn, Naxçıvanda, Təbrizdə, Ərdəbildə İlaxır çərşənbəyə "Yeddi ləvin" bayramı da deyilir. Bu sözün mənası "yeddi növ", "yeddi cür nemət" deməkdir. Bu yeddi nemətə səməni, halva, şəkərbura-paxlava, yumurta, meyvələr, qoz-fındıq, meyvə qurusu daxildir. Bu da ona işarədir ki, bütün il boyu süfrəmiz bolluq içərisində olsun.
    Ruzi-bərəkətinizin bol, süfrələrinizin dolu olması diləyilə. İlaxır çərşənbəniz mübarək olsun!
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bu gün ilaxır çərşənbədir

    [youtube:tdr8zh9e]http://www.youtube.com/watch?v=VZ1d-8vjmOI [/youtube:tdr8zh9e]
    [

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bu gün ilaxır çərşənbədir

    bayraminiz mübarek
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Bu gün ilaxır çərşənbədir

    Men hec qulaq falina cixmamisam bu defe insallah edecem gorek ne esidirik
    Her kesi bayram munasibetile tebrik edirem...Sufrenizden ruzi bereket,uzunuzden tebessum,qelbinizden Allah sevgisi eksik olmasin

    ...

  5. #5
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Bu gün ilaxır çərşənbədir

    Kandıramam ben kendimi
    Zamanım yok ayrılığa
    Bebeklerin gözleriyle sevmiştim
    Yoksun ki...
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  6. #6
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Bu gün ilaxır çərşənbədir

    Bayramınız mübarək, ürəyiniz ümidli, ümidleriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınız taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun! Novruz bayramınız mübarək olsun!
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bu gün ilaxır çərşənbədir

    Yumurtanı göyçək güllü boyardıq,
    Çaqqışdırıb sınanların soyardıq,
    Oynamaqdan bircə məgər doyardıq,
    Əli mənə yaşıl aşıq verərdi,
    İrza mənə novruzgülü dərərdi.

    Şal istədim, mən də evdə ağladım,
    Bir şal alıb tez belimə bağladım,
    Qulamgilə qaçdım şalı salladım
    Fatma xala mənə corab bağladı,
    Xan nənəmi yada salıb ağladı…



    tesevvur edin damla deyir bu sozleri
    [

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bu gün ilaxır çərşənbədir

    her kesi tebrik edirem saglam heyat arzulayiram
    [

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: Bu gün ilaxır çərşənbədir

    her birinizin ayrı ayrılıqda bayramınızı tebrikleyiremmm
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.