3 sonuçtan 1 ile 3 arası

Bu gün ilaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Bu gün ilaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir

    Bu çərşənbə xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınırİlaxır çərşənbələrdən ikincisi Od çərşənbəsidir.bu çərşənbə xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar - bezarları yandırırlar. Od çərşənbəsi əski görüşlərlə bağlı olub Günəşi, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb. Onlar arasında oda, ağaca olan inamlar da xüsusilə diqqəti cəlb edir. Məsələn, "ocağı şər vaxtı söndürməzlər", "od çərşənbəsində ocağı boş qoymazlar" və sair. Bu gün imkan dərəcəsində hər kəsin evində istilik verən yeməklər bişirilməli, süfrə açılmalı, xonça bəzənməli, şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirsə, daha yaxşı olar.

    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bu gün ilaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir

    Bayraminiz mübarəkkkkkkkkk..Şükür bu qışdanda cixdiq..
    Röya oxuyur e..Bircə qışdan cixa bilsek her şey düzelecek....
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Re: Bu gün ilaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir

    Novruz baryarmı əvvəl bildirdiyimiz kimi dörd əsas çərşənbəni özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir. Hər çərşənbə axşamı tonqal qalanır, lakin bu çərşənbə günün özünə məxsus olan xüsusiyyətləri digərlərindən tamamilə seçilir. Bu günü məhz od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi vardır. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da məncə təsadüf deyildir.
    Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qayanamalı, insanların ocağının üstü boş qalmamalıdır. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşhag da buna əyani misaldır.
    Deməli vətənimizdə oda və ocağa olan hörmət, onun müqəddəsliyi heç vaxt danılmazdır. Çünki neçə əsrlər bundan əvvəl insanların odu tapması və onun kəşf olunması dünya tarixinə xüsusilə yazılmışdır. Hər evin və binanın qarşısında tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə nişanə idi. Dünyada istilik mənbəyi olan günəş, od, alov həmişə insanlar tərəfindən sevilmiş və qorunumağa çalışılmışdır.
    Havaların isti keçməsi, günəşin çıxması insanlar tərəfindən istənilir və buna aid bir çox nəğmələr, şerlər oxunulmağa başlanılır. Həmçinin tonqal haqqında ümumi məlumatlara “Kitabi Dədə Qorqud” kitabında da rast gəlmək mümkündür. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında geniş yazılar yazılmışdır. Deməli hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunmuş və digər bir çox ünsürlərdən seçilmişdir. Buna əsasən “Dədə Qorqud” filmi çəkilmişdir, hətta həmin kinoda da tonqalın qalanması və bizim xalqımız üçün onun hansı məna ifadə etdiyi çox gözəl şəkildə göstərilmişdir. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırıması ilə müəyyən işlərin bəyan edilməsi də tamam seçilir.
    Od çərşənbəsinə və oda aid olan bir çox atalar sözləri və məsəllər də vardır. “Odu su ilə söndürmək olmaz”ve s. Qeyd edək ki, həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Bu əsas inanclar və insanların inamları nəticəsində meydana gəlir.
    Kənd yerlərində isə bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məsləhət uyğun hesab olunurdu. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər götürür, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu öz tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar.
    Ümumiyyətlə Novruz bayramı özündə insana və bəşəriyyətə lazım, faydalı olan ən gözəl ünsürləri birləşdirərək, ata babalarımızın, əcadadlarımızın düşüncə qabiliyyətini özündə əks etdirir.






    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.