[
Novruz bayramı münasibət ilə Azərbaycanda bir həftə qeyri-iş günü olacaq
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Novruz bayramı münasibətilə ölkədə 7 günlük qeyri-iş günü olacaq. Nazirlər kabinetinin 2009-cu ilin 26 noyabr tarixli qərarı ilə martın 20-dən 24-ə kimi rəsmi bayram elan olunub. Bayram günləri sayılan martın 20-21-i tarixləri təqvimlə şənbə və bazar günlərinə düşdüyündən, Azərbaycanda əlavə iki gün də qeyri-iş günü elan edilib.