2 sonuçtan 1 ile 2 arası

AQONIYA - bədənin son müqaviməti

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    9

    AQONIYA - bədənin son müqaviməti



    AQONİYA - bədənin son müqaviməti


    mistik-fantastik povest

    Aşağıda povestdən bəzi parçalar göstərilib:


    “Əsl həqiqət “niyə”,” necə” sualları ilə məhdudlanmır”
    Hakim Sənai
    I FƏSİL
    TRANS

    Xeyr buna qaranlıq demək olmazdı...Elə bil kimsə səmanı və ətrafı qara rəngə boyamışdı. Qaranlıq bir yana, soyuqdan onun ayaqlarının sümükləri zingildəyirdi. İşıqlı asfalt yola təxminən 30 metr məsafə olsa da dəhşətli külək onun hər irəliyə doğru addımını iki addım geri qaytarırdı. Aclıq da öz sözünü demişdi...

    ARDI [

    Digər tərəfdən isə əsas zərbə sizin yaddaş neyronlarınıza toxunub, belə ki, Sizin Bayhan Çətin kimi həyat dövrünüzdəki yaddaş ardıcıllığını tam şəkildə pozublar...yəni təsəvvür edin ki, sizin yaddaş yeni il yolkalarının ətrafına salınan zəncirvarı, müxtəlif rəng çalarlı, lampalardır ki, bayram gecəsi yandırırlar. Bilirsiz ki, bu lampalardan hər hansı birində pozuntu əmələ gəlsə, digər lampalar da işləməyəcək...Bax sizin Bayhan Çətin kimi də yaddaşınızdakı ardıcıllıq pozulub, beyniniz alternativ yaddaş kimi digər yaddaş hüceyrələrindən, məsələn yəqin ki, nə vaxtsa kitabda oxuduğunuz, və ya eşitdiyiniz, və ya tanış olduğunuz şey haqqında beyninizdə ardıcıl assosassiyalar proqramlaşdırıb, və alternativ yaddaş neyronları ortaya çıxıb...Biz yəqin edirik ki, həmin özünüzü onun kimi təqdim etdiyiniz Rəsul Orucov belə yalançı yaddaşlardandır...Ola bilər ki, heç Rəsul Orucov yaddaşa eyni vaxtda daxil olmayıb, məsələn Rəsul ayrı yaddaş neyronundan Orucov isə ayrı yaddaş neyronundan keçə bilər...Keçən ay müqəddəs Ramazan ayı idi, yəqin ki, Orucov assosasiyasını beyninizdə avtomatik olaraq yaratmızıs,Rəsula gəldikdə isə bu ay dini olduğundan, o cümlədən Allahın əmri, Allah rəsulunun deyimi ilə təyin olunduğundan bu iki informasiyanı birləşdirmisiz...Nəticədə Rəsul Orucov yaranıb, -ov familyasına gəldikdə isə, yəqin ki, bir ay əvvəl Azərbaycan haqqında çox fikirləşmisiz...Bir dəki axı sizin Rəsul adlı oğlunuz da var –həkim Yılmaz özündən razı şəkildə monoloqunu qurtardı, xəstənin reaksiyasını gözlədi...Əslində o, məsələnin ən pis tərəfini Bayhana çatdırmamışdı...Belə ki, cərahiyyə əməliyyatı belə, həmən qurtları beynindən uzaqlaşdırsalar belə, o bir aydan çox yaşaya bilməzdi...Bunu artıq Bayhanın ailə üzvlərinə bildirmişdi...və ona görə onlardan tələb etmişdi ki, xəstəni həyatını və ailə üzvlərini tanımadığına görə çox qınamasınlar. Bayhan isə hey başına bulayır və dilinin altında, nəisə təkrarlayırdı... “Bəs aqoniya, beş yüz əlli beş, məscid” bunlar hamsı ...” , “ Yox ola bilməz, mən Rəsulam, həkim, yaşım...əşi yaş vacib deyil,...X saylı poliklinikada Mərdəkanda işləyirəm”, “Buzovnada yaşayıram”. Həkim Yılmaz artıq onun nə dediklərini qulaqucu eşitdikdən sonra yenidən müdaxilə etdi...

    ARDI [


    Təzyiq artıq normal vəziyyətinə qayıtmaqda idi. Ürək təzyiqi 40 mm təşkil edirdi. Bununla belə Rəsul xəstəyə sistem qoşulmasını lazım bildi. Sistem yavaş-yavaş xəstənin bədəninə yeriməyə başladı...
    “Avtobusda əvvəlki kimi arxadakı oturacaqlardan birini tutur...Pəncərə tərəfdən...Avtobusda o qədər də çox sərnişin olmadığından o özünün diqqət mərkəzində olduğunu hiss edir...Bu onun həm ən çox sevdiyi həm də ən çox sevmədiyi halldır...Bir çox insanlar kimi o da diqqət mərkəzində olmaq istəyir...Lakin belə halın ona nə xeyri...Bu sadəcə insanın güzgüdəki əksinə bənzəyir...Sən onun qabağından çəkiləndə güzgünün əksi də yoxa çıxır...Lap elə bil oldun diqqət mərkəzində...bəs bunun kulminasiyası nədir...Heç nə...Məhz bunu anlayanda onda frustrasiya baş verirdi...Lakin insan təbiətinə nə etmək olar...Bu paradoks onun həyatı boyu baş verib və yəqin ki baş verəcək də. Özündə nəzərləri hiss edib üzünü pəncərəyə tərəf çevirir...Yağış yağmasına baxmayaraq, dayanacaqda xeyli insan görmək olar...Qəribəsi ondadır ki, avtobus dayanacağında duranlar, avtobusun içində oturanlardan fərqli olaraq ona heç fikir vermirlər. O çəhrayı plaş və qara vilvet papaq geymiş kişi...o başı bağlı uzunboy qadın...o ovucunda qırmızı rezin top sıxan qıvrım saç, 7 -10 yaşlı qızcığaz...Hamsı eyni bucaq altında düz avtobusa doğru baxırdı və bir an belə monoton baxışlar dəyişmirdi...Sadəcə çox qəribə şəkildə yalnız avtobusa baxırdılar...Halbuki arada heç iki metr məsafə belə yox idi...Nəhayət motorun işə düşməsindən, Rəsul artıq avtobusun yerindən götürüldüyünü hiss etdi. Avtobus dayanacaqdan 5-6 metrə aralanmışdı ki, avtobusa tərəf qaçan bir cavan oğlan gördü...Oğlanın olduqca heybətli görünüşü var idi, üzünün bir yarısı qıp-qırmızı xal idi...Elə bil üzündə tava qızdırmışdılar...Rəsuldan başqa avtobusdakılardan onu heç kim görmürdü...Həmən gənc də yalnız Rəsula baxırdı...və aqqresiv şəkildə nəsə deyirdi...Rəsul deyilənləri başa düşməsə də gəncin niyyətinin nəyin bahasına olursa olsun avtobusa minmək idi. Lakin özündən asılı olmayaraq Rəsul sürücüyə “SAXLA” deyə bilmirdi. Üzü qırmızı gənc isə getdikcə hirslənir və sürəti artıraraq əli avtobusun küncünə çatacaq məsafəyə qədər adlayaraq bərkdən maşını yumruqlayır...Yenə də gözləri Rəsuldadır...Sürücü isə heç nə olmamış kimi yoluna davam edir. Rəsul artıq sürücünü haraylamaq istəyən anda birdən arxadan səs gəlir “Mıt-mıt-mıt-mıt...” Səs bitdikdən sonra tam qaranlıq düşür. Nə avtobusdan xaricdə olanlar, nə də avtobusun daxilində olanlar görünür. Tam qaranlıq və səssizlik...Səssizlik olsa da, ona tərəf nələrinsə hərəkət etdiyi dəhşətli şəkildə hiss olunurdu. Rəsul donub qalmışdı...Axı o nə edə bilərdi... “Mıt-mıt-mıt-mıt” səslər artan tonla hər tərəfi bürümüşdü. Budur başladı...Sürtünmələr....Arxadan Rəsulun saçlarına xəfifcə nəsə toxundu. Refleksin tələbi ilə dərhal başını aşağı əydi...Yerdən ayağlarına oturacağın altından nəsə dəydi...Ayaqlarını yığmaq istəyirdi ki, üzünə soyuq nəsə dəydi...elə bil sərinləndirici diş pastası idi...Sürtünən yer bərk soyuq verməyə başladı...Yenə saçlarından...əlindən....boynundan... Rəsul imkansızcasına çapalamağa başladı. Əlini qaranlıqlar içində oyan-buyana aparırdı...Birdən yenidən ətraf işıqlandı, gözü hələ qaranlıqdan işığa alışmadığından Rəsulun gözləri ağrıtmağa başladı...Bir neçə saniyədən sonra gözlərini açanda qarşısında həmin gəncin durduğunu gördü. Ətrafa göz gəzdirəndə gördüklərinə inanmadı...Tam başqa məkan idi...Nəhəng qonaq otağı təsiri bağışlayan bu yerin hər tərəfi damından tutmuş, mebelinədək hamsı qızılı rəngdə idi...Qırmızı üz oğlan gözlənilmədən qadın səsi ilə
    - Doktur Orucov, doktor Orucov...
    Rəsul gözlərini yavaş-yavaş açdı və bunların bir görüntü olduğunu anladı. Axı niyə hər dəfə o belə dəhşətli yuxular və görüntülərlə qarşı-qarşıya gəlir...
    - Özünüzə gəlin, ...elə sistemi təzə qoşmuşdum ki...başdadın qəribə səslər çıxartmağa...-deyə Dilarə əsəbi şəkildə bildirdi.
    - Məgər mən yuxuya getməmişdim?...
    - Nə yuxu, Rəsul nə danışırsan….
    Axı bu görüntülər 2-3 saniyə ərzində baş tuta bilməzdi...Deməli bu görüntüdə deyildi...Bəs nə idi?
    Rəsul bir qədər özünə gəldikdən sonra ağ xalatın sağ cibindən balaca bir bloknotu çıxartdı və qeydlər aparmağa başladı. Xəstənin gözünün qabağında tanımadığı atası gəlir. Xəstə uşaqlar evində böyüyüb və atasının kim olduğunu bilməyib...Bununla belə, bu gün atası onun qonağı olub. Xəstə çox güman ki, hansısa şəxs tərəfindən boğulub və bu zaman dili qatlanıb, şok vəziyyətinə düşüb və tənəffüs sistemindəki pozuntular ucbatından preaqoniya fazasını adlayıb –

    ARDI [

  2. #2
    MLL
    MLL çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    176

    Re: AQONIYA - bədənin son müqaviməti

    TIBBDE BU MERHELEYE COX RAST GELIRIK.YENEDE, BELE BILMEK MARAQLI IDI .COX SAG OLUN

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.