2 sonuçtan 1 ile 2 arası

Neyratron layihəsi

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    9

    Neyratron layihəsi



    NEYRATRON LAYİHƏSİ - elmi-fantastik hekayə

    Fərhad MƏMMƏDOV

    ENDİR

    [

    [

    [

    [

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    9

    Re: Neyratron layihəsi

    Əsərdən bəzi parçalar

    - Bax...indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram...hər gün eyni vaxt 4.30, gecə yarı
    - Sizin binadan çıxır, yoxsa...başqa yerdən gəlir...
    - Vallah, orasını dəqiq deyə bilmərəm...O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur...Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram...dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim...Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.
    - Görünüşü yadındadır?
    - Düzdür qaranlıq olsa da, bəzi şeyləri seçə bildim...Topuğuna qədər uzanmış boz və ya (qaranlıqda ayırd etmək olmurdu) digər açıq rəngli plaş geymişdi...olduqca nimdaş idi...Başında da,...lənət şeytana həmişə o papağın adı yadımdan çıxır...o, soyuq zonalarda xidmət edən əsgərlər qışda başları nə qoyurlar...bax ondan. Bildin də, qulaqları açılıb bağlanan.
    - Hə...davam elə. Sifətini seçə bildin...
    - Elə mənin dəhşətə gətirən əsas məsələ də budur...Az qala balkonda bayılacağdım. Bir təhər özümü ələ aldım
    - Axı nə, ürəyimiz üzmə
    - Bax sənin canınçın, gözləri pişik kimi qıp-qırmızı işıldayırdı...Nə bilim, belə şeyi mən ancaq qorxulu filmlərdə görmüşəm...Ürəyim ağzıma gəldi...Əlində də dediyim kimi uzun ov tüfəngi tutmuşdu
    - Hansılardan karabin, vinçester
    - Əşi yox...Qoşa güllə idi...Çünki atəş açandan sonra boş gilizlərin yerə düşdüyün eşitmədim...Yəqin içində qalmışdı...Bu axı köhnə tüfənglərdə belə olur...

    *** *** ***

    Adil qulağına dəyən it hürültüsünə oyandı, saatına baxanda gözləri kəlləsinə çıxdı. Saat dördün yarısı idi. Başını qaldırıb pəncərədən baxmaq istədi. Pəncərələr içərinin temperaturundan tərlədiyinə görə heç nə görmək mümkün deyildi. Tez pencəyinin manjeti hissə ilə şüşəni silib boylandı...Nə qədər də inanılmaz olsa da, yanından elə həmən an boz plaşlı, başında qara panama, sol əlində üzü yerə qoşa güllə ov tüfəngi tutub maşınla paralel şəkildə düzləməsinə gedirdi. Adil dərhal geri çəkildi, halbuki, it ovçusu heç maşına tərəf baxmırdı belə. Qonşular necə də düz ifadə vermişdilər...doğrudanda dodaqaltında xüsusi səslər çıxarırdı, bağırtı tipli səslər çıxardırdı. Adil pəncərədən nə qədər boylandısa manyakın sifətini görə bilmədi, elə bil sifəti Marian çökəkliyi kimi zülmətdə idi...Heç nə seçmək olmurdu. Bu taxtabaş Əbülfəz haradadır görəsən, bilirdim o, bu gün çöplədəcək –deyə özlüyündə Əbülfəzə acılandı. Əlini tapanca qabına atdı, pistoleti təzəcə çıxarmışdı ki, qızmış quduz itin hücüm sədaları və mırıltısı eşidildi, itin atdığı hər bir addımı eşitmək olurdu. Manyak isə ondan da dəhşətli bir bağırtı çıxartdı, atəş açıldı...İtin qısa ölüm zingiltisindən hər şey məlum oldu. Adil yenidən pəncərədən baxmağa qərara aldı...Təəssüf ki, arxa pəncərədən hadisələrin gedişini görmək olmurdu. Lakin binanın podyezdlərini açıq aydın seçmək olurdu. Çox maraqlıdır. Qonşular hələ də çölə çıxmayıblar...Adil tapancanın darağına baxdı...döyüş güllələri ağzına kimi dolu idi, tapancaya keçirdi və qoruyucunu çəkdi. Yavaşca maşının arxa qapısını açdı. Maşından çıxan an ovçu yerə sərilmiş it meyiti ilə məşğul idi, dombalmışdı. İtin boyun dərisindən qaldırıb, yolunu davam etməyə başladı, Adillə onun arasında iyirmi beş metr məsafə olardı...Adil həyəcandan özünü ələ ala bilmirdi. Əlləri titrəyir üzünü tər basmışdı...Ürək döyüntüsü isə həddindən artıq gec idi. Bədənini buz bağlamışdı. Nişangahı ovçu istiqamətində tutub, qışqırdı “Tüfəngi yerə at, it oğlu it. Üzünü də mənə tərəf çevir...Tez ol.”. Tüfəngi əlindən yerə qoymasa da, sağ əlində üzü aşağı sallanmışdı. Adilə sonradan çatdı ki, tüfəngin içindəki gilizləri boşaldıb təzə güllə ilə doldurmasa o bu tüfənglə heç bir təhlükə yarada bilməsi. Dodadaltı xüsusi səslər dəyişkən səs miqyası ilə yenə də eşidilirdi. Bir əlində it meyiti, bir əlində tüfəng yavaş-yavaş Adilə tərəf burulmağa başladı. Adil onun üzü yanmış tüksüz, qaşsız hər tərəfi kələ-kötürlü qırışlar və həddindən artıq uzun çapıqlarla bürünmüş qara sifətini və əsasən də, qırmızı gözlərini görəndə, qorxu dalğasının gücündən qeyri-iradi atəş açdı. Bəxtindən güllə yan keçdi. Manyak isə bir millimetr belə tərpənmədi. “Görürsən ki, boşboğaz deyiləm, artıq bir hərəkət elə gör beynini dağıdıram ya yox.”- deyə səsləndi, və cibindən dərhal mobil telefonunu çıxardı...Yenidən kameranı aktivləşdirdi, ovçuya tərəf tutdu. Ekrana baxmağa başladı...Bu səhv addım idi, çünki Adilin yadından çıxmışdı ki, gecə rejimi çəkilişi həqiq zamandan bir saniyə gec addımlayır...Bir saniyə isə hər şeyi dəyişə bilərdi. Ekranda ovçunun əlində it olan qolunun arxaya doğru yığıldığını görən Adil, gözlərini hiss edibmiş kimi dərhal ekrandan ayırdı, ovçuya tərəf baxanda havada itin ağılasığmaz sürətlə ona sarı uçduğunu gördü, başını çevirməyə yarım saniyə geciksəydi, belə ağır sümüklü itin təpəsinə çırpılmasında çox ehtimal ki sağ çıxmayacaqdı, it çiyninə təyib göstərdiyi təzyiqdən onu yerə sərdi, Adil başını qaldıranda bir də gördü ki, manyak iri addımlara aradan çıxır...Tez tapancanı əlinə alıb ona tərəf qaçmağa başladı...

    *** *** ***

    Konfrans zalını bir neçə saniyəlik möhkəm gülüş bürüdü... Ara sakitləşdiyini görən professor yenidən nitqinə davam etdi...
    - Sözün düzü, ilk baxışdan, doğrudan da, bir silah kimi səslənir, amma bu bilavasitə bir silah deyil, sistematik ötürücü vasitəsidir...Başlayım əvvəldən...Keçən il bizim Amerikalı kolleqalarımız, Luiziana ştatının nevroloji tədqiqat heyətinin üzvləri bir neçə il öncə dəhşətli avtomobil qəzası keçirmiş bir orta yaşlı amerikan xanımı üzərində xüsusi tədqiqat aparmışdılar...Xanım bu qəzada hər iki övladını itirmiş, həyat yoldaşı isə iki illik komadan sonra vəfat etmişdi. Xanım qəzadan bir il keçmiş depresiyadan çıxmağı qərara almış və əvvəlki işinə qayıtmışdır...Lakin özündən asılı olmayaraq, dediyinə görə, onun düşüncələrinin hər on saniyəsinin üçü həmən hadisəyə aid olur...Qəza gözünün qabağına gəlir və nəticədə harada olursa olsun, ətraf temperaturdan asılı olmayaraq, təzyiqi aşağı düşür, bir sözlə qadın ictimai yerlərdə uzun müddət qala bilmir...halı özündən gedir. Psixoloqlar, Çin təbabəti, qeyri-tibbi vasitələr...bunlar heç biri fayda vermir. Nəhayət elə olur ki, qadınla Luisiana ştatının bu vaxta qədər tədqiqatlarını siçovullar üzərində aparan nevroloqlarının motivləri üst-üstə düşüb, qadına xüsusi səs boğucu otağa daxil ediblər, ətraf hər yer ağappaq olub, otaqda yalnız bir tam ağ kreslo yerləşib...Kresloda oturandan sonra, xanıma profonol adlanan iynə vurublar ki, bu da insanın beynində emosiya yaradan mindalin vəzinin fəaliyyətini passivləşdirir...yəni insan həyacan keçirmir...İynən beş dəqiqəlik təsir müddəti ərzində qadından xahiş ediblər ki, həmən qəza haqında bir qədər ətraflı fikirləşsin olanları təfərrüatları ilə yadına salsın... Bir neçə seansdan sonra qadının qəza yadına düşəndə o artıq heç bir həyəcan keçirməyib...Bu ona görə baş verib ki, mindalin vəzi xüsusi maye ifraz etmədiyi zaman qadının qəzanı xatırlaması, onun beynində alternativ yaddaş neyronları formalaşdırıb, bura əvvəlki informatsiya keçib lakin yaddaş hüceyrələri özlərini elə formalaşdırıb ki, onun fəaliyyəti zamanı yəni qəza yada düşən zaman mindalin vəzi heç bir maye ifraz etmir, nəticədə o heç bir həyəcan keçirmir...Bir neçə müddətdən sonra isə bu hadisə artıq onun gözünün qabağına ümumiyyətlə nadir hallarda gəlməyə başlayıb, bunun da bir açıqlaması var ki, səbəb artıq emotsiaların heç bir rol oynamamasıdır,...əvvəllər onun tez-tez qeyri-iradi şəkildə yada düşməsinə səbəb...elə emotsiaların özü idi....Belə, ...bəs biz bundan nə kimi istifadə etdik. Biz bu nailiyyətdən daha səmərəli və məqsədəuyğun şəkildə istifadə etməyi qərara aldıq. Belə ki, hesab etdim ki, biz süni şəkildə alternativ yaddaş yarada bilərik. Sınaqları viviseksiya yolu ilə- yəni heyvanların üzərində aparmaqla heç bir nəticə əldə edə bilməyəcəyimiz su kimi aydın idi... Ona görə də biz birbaşa insan üzərində təcrübə aparmağı qərara aldıq...Lakin təcrübənin baş tutması üçün üzərində testlər aparılan şəxsin bundan heç bir xəbəri olmamalı idi...Çox müşkül məsələ olduğundan, qərara aldıq ki, anesteziyada olan xəstələrdən birini xəstəxanadan qaçıraq, məlum idi ki, ürək damarlarında cərrahiyyə əməliyyatı aparılmış həmən şəxs – Sumqayıt şəhər sakini, coğrafiya müəllimi, Mövlud Əliyev, növbəti gün oyanmalı idi...Mövlud Əliyev ehtimal edildiyi kimi növbəti gün oyandı...Oyanan kimi, ona təzyiqi qaldıran kafein iynəsi vurduq, lakin eyni zamanda ona xüsusi məst edici Eleksis dərmanı da yeritdik ki, ətraf şeylərə fikir verməsin. Daha sonra xəstənin başına xüsusi hazırladığımız visual kaska keçirdik, bu bir növ portal televizor kimidir, lakin fərqi ondadır ki, ətrafdakı səslər və görüntülər kaskaya daxil olmur...Yalnız vizual kaskanın ekranında nə gedirsə o da görünür. Luisiana professorlarından fərqli olaraq emotsional hissləri və adrenalini qaldırmaq üçün antiprofonol tətbiq etdik ki bu da mindalin vəzinin ifrazatını sürətləndirir...Xüsusi seçdiyimiz qorxulu holivud filmlərindən bir vahiməli manyak surətini seçdik, bu ovçu idi...Lakin üzü yanıq, gözləri vulkan kimi qırmızı, qəribə səslər çıxaran bir insan ovçusu...Çarxın gedişi zamanı manyak öz ov tüfəngi ilə meşədə üstünə hücum çəkən itləri və canavarları deşik-deşik edirdi. Çox qanlı və dəhşətli mənzərə idi...Bizim yaradacağımız yalançı yaddaşın baş tutub tutmamasını yoxlamaq üçün isə gərək əlavə bir direksiya təyin edəydik...Ağlımıza belə bir şey gəldi ki, dəqiq saat amilindən istifadə edək, “saat dördün yarısı”, “gecə yarı”, “dördün yarısı”, “dəqiq dördün yarısı” deyə tez-tez bu sözləri visual effektlərin müşayəti ilə ona eşitdirirdik...Təxminən beş seans keçirtdik...Ona yuxu dərmanı verib, yenidən xəstəxanaya göndərdik...Bütün testləri bir gecə ərzində həyata keçirdiyimizdən, gecə xəstənin harada olması heç kimi narahat belə etmədi...Yəqin edirdilər ki, ayaq yoluna çıxıb...Növbənin baş həkiminə gəldikdə isə o, bu təcrübə haqqında əvvəldən məlumatlandırılmışdı. Elə xəstənin seçilməsinə o yardım göstərmişdi...dedi ki, ən “sakit” xəstələrdəndir...Bilsə belə şikayət etməz...
    Professor dərindən nəfəs alıb, yorğunluğunu bir anlıq aldı, masanın üstündəki pultu qaldırıb başının üstündəki sinovizyona tutdu, otağın işıqları avtomatik olaraq söndürüldü...Professorun hazırladığı slayd şou başladı, ilk öncə xəstənin üçün dördə şəkli, daha sonra xəstə təcrübə zamanı, xəstənin təcrübədən sonrakı görüntüsü, xəstənin yaşadığı yer, binanın peykdən görünüşü, binanın və ətraf ərazilərin ümumi planı, post patrul təyin edildikdən sonra ərazinin peykdən amma çox yaxın miqyasdan görünüşü və slaydlar professorun izahları ilə bir-birini əvəz etdi...Slaydlar bitdikdən sonra...işıqlar yenidən yandı, professor masa arxasında əyləşənlərin işığa hələ alışmamış gözlərini büzüb, əlləri ilə uşaq kimi ovuşdurduqlarınını görəndə cani tək gülümsədi və nitqinə davam etdi...
    Beləliklə, bizim Mövlud Əliyevə göstərdiyimiz film parçaları, ətraf səslər, müxtəlif sekresiya dərmanları onda özü tərəfindən yalançı yaddaş neyronları formalaşdırdı...yəni biz süni yaddaş yaratmağa nail olduq...Artıq evə gedən gündən etibarən hər gecə , daha doğrusu səhər dördün yarısı, çöldən it səsləri, atəş səsləri eşidir...və bayıra çıxanda həmən ovçunu görür...Sözün düzü hörmətli kolleqalar, hörmətli zabitlər, bu təcrübə bizim gözlədiyimizdən çox bəhrə verdi...bizim məqsəd Mövlud Əliyevdə süni yaddaş yaratmaq idi, buna nail olduqda...lakin bizim ağlımıza da gələ bilməzdi ki, Mövlud bu süni yaddaşı bir infeksiya kimi başqalarına da keçirə bilsin...digər qonşulara heç bir antiprofonol vurulmadığı halda onlar da ovçunu gördüklərini iddia edirdilər...daha sonra post patrul xidmətinin iki çavuşu...Vəziyyətin gərginləşməməsi üçün, yoldaş polkovnikin dəstəyi ilə, elə etdik ki, manyakın tutulması bütün Sumqayıt camaatına bildirilsin ki, ara sakitləşsin...Belə...bu qədər...Bu böyük nailiyyətdir yoldaşlar.

    *** *** ***

    Manyak isə bir millimetr belə tərpənmədi. “Görürsən ki, boşboğaz deyiləm, artıq bir hərəkət elə gör beynini dağıdıram ya yox.”- deyə səsləndi, və cibindən dərhal mobil telefonunu çıxardı...Yenidən kameranı aktivləşdirdi, ovçuya tərəf tutdu. Ekrana baxmağa başladı...Bu səhv addım idi, çünki Adilin yadından çıxmışdı ki, gecə rejimi çəkilişi həqiq zamandan bir saniyə gec addımlayır...Bir saniyə isə hər şeyi dəyişə bilərdi. Ekranda ovçunun əlində it olan qolunun arxaya doğru yığıldığını görən Adil, gözlərini hiss edibmiş kimi dərhal ekrandan ayırdı, ovçuya tərəf baxanda havada itin ağılasığmaz sürətlə ona sarı uçduğunu gördü, başını çevirməyə yarım saniyə geciksəydi, belə ağır sümüklü itin təpəsinə çırpılmasında çox ehtimal ki sağ çıxmayacaqdı, it çiyninə təyib göstərdiyi təzyiqdən onu yerə sərdi, Adil başını qaldıranda bir də gördü ki, manyak iri addımlara aradan çıxır...Tez tapancanı əlinə alıb ona tərəf qaçmağa başladı...Uzaqdan atəş açmaq istəmirdi. Manyakın atdığı növbəti addım isə Adili tam çaşdırdı. Belə ki, manyak üzbəüz ikimərtəbəli binanın solundan, döngəyə keçsə idi...Artıq onu tutmaq çox müşkül məsələ olacaqdı. Bununla belə, o həmən ikimərtəbəli binaya bitişik qonşulardan birinin alçaq çəpərli ( təxminən yarım metr olardı) bağçasına girdi və böyürtkən kollarının arxasında gizləndi, Adil çəpərə minimal məsafədə durdu. Kolu nişan aldı...Birdən ani olaraq gələn güclü baş ağrısı onu gözlərini yummağa vadar etdi...Maraqlıdır ki, gözlərini yumduğu an özündə rahatlıq hiss etdi, bədənindəki soyuq getdi, ətrafdakı temperaturun istiləşdiyini hiss etdi, gözlərini açanda otağın içində olduğunu gördü, qarşısında çarpayı var idi, orada bir qız yatırdı, ətrafa boylananda ona məlum oldu ki, bu Aydanın otağı idi...Bu xəyallar özündən asılı olmayaraq onu dəli edirdi. Yenidən gələn baş ağrısı, gözlərini yumur və açanda yenidən həqiqi məkana qayıdır. Başını bir qədər silkələyir...Yenidən kolluğa baxanda isə oradan tüfəng lüləsinin ona tərəf baxdığını görürür. Gözlərini yumub, qulaqlarının batmaması üçün ağzını açır, daraqda nə qədər güllə var hamsını boşaldır, kolluq tərəfə. Tüfəngin yerə düşməsindən Adil başa düşür ki, sabah onu yeni rütbə gözləyir...Çəpəri tullanıb bağçaya girir, kolluğa tərəf irəliləyir, birdən yaxın məsafədən dəlicəsinə qadın qışqırıq, ağlaşma hay-küy səsləri gəlir. Adil arxadan belini yumruqlamağa başlayırlar...və eşidir “Axı, niyə....niyə. Onun səndə nə işi vardı, Əclaf mən səni öldürəcəyəm”. Üzünü arxaya çevirəndə, onu vuran qadının İradə olduğunu gördü və “Sən burda neyniyirsən” deyə soruşdu. Və yenidən başağrısı, gözlərini açanda yenidən otaqda olduğunu görür...Otaq qan-qeysan içindədir, çarpayıdan axan qan sızıntıları, yerdəki xalçaya xəfifcə damcılayır. Çarpayıda yatmış Aydan da güllənin dəymədiyi yer yoxdur...Adilin huşu özündən gedir...Səhər Polis şöbəsində ayılanda isə ona bildirirlər ki, sən demə heç dünən iş günü deyilmiş...heç bir patrul təyin edilməyib...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.