2 sonuçtan 1 ile 2 arası

təcnislər

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    3

    təcnislər

    1.TƏCNİS
    Xeyirə od vurub odpərəst olduq
    Guya anlamışıq Zərdüştü yaman
    Qumara qoyduq biz taleyimizi
    Ha yaxşı fırladıq zər düşdü yaman.


    Çıxıb bu sularda zəli,dizə lil
    Arxası olsaydı Zal idi zəllil
    Qansız umudlara zəlidi zəlil
    Yuxuda əlinə zər düşdü yaman

    Itməsin Bəxtiyar, dalınca varın
    Dərincə xəyala dalınca varın
    Ağlama , sıtqama dalınca varın
    Mənim gözlərimdən zər düşdü yaman


    2. TƏCNİS
    Üz-gözüm öyrəşib qara günlərə
    Eyləmə nə üzə, nə gözə lağlar
    Gözüm əldən düşdü, əlim də gözdən
    Nə əl göz ağlayar, nə göz əl ağlar

    Baxırsan yad kimi, ya digər kimi,
    Bilmə düşmən ilən yadı kar kimi
    Sənin həsrətindən yadigar kimi
    Düşübdü gözümə nə gözəl ağlar

    Hər ürək açanı qan ürəyinnən
    Çoxları adamı qanır əyinnən
    Yaş gözdən soğuldu, qan ürəyinnən
    Baxsana Bəxtiyar nə gözəl ağlar

    3. TƏCNİS
    Bəlkə yanğılara təsir eləyə
    Il-ildən üst-üstə qar qatarlana
    Bu ki zəmanənin həqiqətidir
    Gülməyin doy gəlsə qarğa tərlana

    Bir tarzən yüz simsiz tarla neyləsin
    Qoy zaman qarğanı tərlan eyləsin
    Toxumun bitmədi-tarla neyləsin
    Eləmi daraşıb qarğa tarlana

    Ansan Bəxtiyarı əgər-sağ-sağ an
    Düşər qan düşmənin əgər sağsa –qan
    Tərlanna üstünsə əgər sağsağan
    Öy də sağsağanı, qarğa tərlana

    4. TƏCNİS
    Bir əsər yaradardım ki yatsaydı qəlblərə əsər,
    Soyuq üzlü küləklər əsəndə qəlblərə əsər
    Ahım eyləyəmmədi bunca daş qəlblərə əsər
    Ahım qara düşsəydi edərdi qar daşlığı mum

    Bu tülkü adamların qızılı, altunu qazdı
    Divlərin altunu neft, şeflərin altunu qazdı
    Mənim öz ellilərim ayağım altını qazdı
    Nə üzlə mən özbəkdən,tatardan qardaşlıq umum

    Lallara misal oldum, yanımda Mumu yalandı
    Bu eşşək arıları toxusa mumu yalandı
    Bəxtiyar Şəhriyartək diriykən mumiyalandı
    Qoy çəksin üzərinə qardaşı, qardaşlığı mum

    5. Təcnis
    Dünya iki deyil, ikiləyəndi
    Bir belə iş açdı, yenə doğmadı
    Bəlkə qusduğum qan iki ləyəndi
    Öldüm də baxta gün yenə doğmadı


    Axtar həqiəti, ya dolan, hanı
    Ya boşalan hanı, ya dolan hanı
    Mənim yaddaşımdan yad olan hanı
    Yad olan doğmalar yenə doğmadı

    Bəxtiyar sinədə qarın quludu
    Demə mədə qulu qarınquludu
    Dünya, sənin adın qarınquludu
    Ye nə doğma deyil, ye nə doğmadı

    6. TƏCNİS

    Ram edə bilməzdi məni bir kimsə
    Eylədi o sinə, yaxa ram, gülüm
    Vallah ikisi də mənə qəbuldu
    Səninçün ya bülbül. ya xaram , gülüm

    Səndən ömür eylər, gün eylər məni
    Çağırar səhralar, güneylər məni
    Bu həsrət saraldıb gün eylər məni
    Eşqin üfüqündə yaxaram, gülüm

    Qoyma yad əllərdə yar, əziləm mən
    Hamıya bəm oldum, yara ziləm mən
    Nədəndir yanında ya rəziləm mən
    Ya misgin, ya düşkün, ya xaram, gülüm

    7. Təcnis
    Sinəmə sığınan gülü qısqanma,
    Gülüm, gül bitirib güllə sinəmdə
    Mən bu yaraları qanatmıram ha
    Oyun çıxarıram güllə sinəmdə

    Ləlimə qəm olan incimə qəmdi
    Qəmin hər məqamı inci məqamdı
    Qəlbim, sənin payın incimə, qəmdi
    Sinəmi tutacaq güllə, sinəm də.

    Oldu pünhan dərdim aşikar daha
    Eşidər ahımı əşi, kar daha
    Qaçma Bəxtiyardan a şikar daha
    Ağladı, zay oldu gülləsi nəmdə.

    8. TƏCNİS
    Nə məni özünə yoldaş bilirsən
    Mən ki dağlamıram sən kimi sinə
    Özün kimisini özün anlayıb
    Deyirsən qızıl da sən ki misinə

    Hər aşan özünə toqquşub aşa
    Çatmısan çarpışıb, toqquçub aşa
    Sən hələ düşmürsən “toqquş”u başa
    Bir noxta lazımdı sən kimisinə

    Bilməzsən saz nədi, ya tar a zalım
    Noxtanı gen alım, ya taraz alım
    Yatsa da marığa yatar a zalım
    Gözləmə Bəxtiyar sən kimi sinə

    9. TƏCNİS
    Dağlardan yuxarı düzəngah varmış
    Keçməz sinən kimi düz ələ bir də
    əyri əllər tutdu düz əllərindən
    Dəyməyə əyri əl düz ələ bir də

    Kiminə bəm olan kiminə zildi
    Bu sevgidə qəlbi kimin əzildi
    Aramız qaşların kimi nəzildi
    Çətin ki aramız düzələ bir də

    Nə yaman uzatdıq-baxdıq aranı
    Dağlardan görmədik, baxdıq aranı
    Elə et Bəxtiyar baxtıqaranı
    Salmasın dağ ələ, düz ələ bir də

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: təcnislər


    çox sağolun.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.