6 sonuçtan 1 ile 6 arası

William Şekspirdən 3 Sonet ...

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    William Şekspirdən 3 Sonet ...

    Eşqim gözlərimi dəyişib, nədir?
    Həqiqəti yalan göstərir onlar.
    Yoxsa ağlım məni tərk etməkdədir,
    Çıxarır səhv qərar, verir səhv qərar.

    Gördüyüm gözəlsə, nədir şübhələr,
    Niyə inanan yox bəs məndən qeyri?
    Həyat könül açan deyilsə əgər,
    Demək, yalnış görür eşqin gözləri.

    Axı necə görüm mən düzü düztək.
    Göz yaşı gözümü tutmuş, bağlamış.
    Hiyləgər məhəbbət, aydındır kələk,
    Günəş də tutulur yağanda yağış.

    Mənə tökdürdüyün göz yaşıyla sən
    Çirkin əməlini pərdələyirsən.



    Ağıl məhəbbətdən yaranır fəğət
    Məhəbbət dərk etmir ağlın sözünü.
    Açıb qüsurumu, ey gözəl afət,
    Günahkar edersen özün özünü.

    Sən məni ataraq etdin pərişan,
    Axır sövq elədin bir xəyanətə.
    Ruhum bədənimi çıxardı yoldan,
    Qurşandım ən çılğın eyşə - işrətə.

    Adın çəkiləndə, can ataram mən
    Baxım zəhmətimin gözəl barına.
    Yazıq bir qul kimi durub yenidən
    İstəyirəm düşüm ayaqlarına.

    Sevən gah alçalar, gah da yüksələr,
    Ağıl məhəbbətlə neyləyə bilər?!



    Mənə etinasiz olsan bir zaman,
    Tutulsa gunəşim, batsa ulduzum,
    Mən özüm özümlə vuruşub hər an,
    Sənin tərəfinə keçərəm quzum...

    Nöqsanım özümə yaxşı bəllidir,
    Yazaram haqqımda böyük hekayət.
    Gizli nəyim varsa açaram bir bir,
    Sən məni itirib taparsan şöhrət.

    Şənin, ləyaqətin artar ilbəil,
    Ziyana düşsəm də, gəlmərəm dilə,
    Yüksələn, ikiqat yüksələrəm, bil.
    Mənim məhəbbətim belədir, belə.

    Təki sən haqlı ol, mən düşüb dərdə,
    Bütün yalanlara olaram pərdə.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: William Şekspirdən 3 Sonet ...

    Çox sağolun. Şeksprin Məhəbbət sonetasından sevdiyim bir bəndi qeyd etmək istərdim.

    Məhəbbət öldü getdi deyilərkən cahanda,
    O yenidən doğulur yer üzünə hər anda.
    Bu ölümlü həyatda eşqlə dostluq eyləsən,
    Ölüm özü ölər yaşarsan əbədi sən.

  3. #3
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: William Şekspirdən 3 Sonet ...

    Necede gulmeli sozler...

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: William Şekspirdən 3 Sonet ...

    Alıntı Deli_UREK Nickli Üyeden Alıntı
    Necede gulmeli sozler...
    Shekspir ne vaxtdan gulmeli yazib.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: William Şekspirdən 3 Sonet ...

    Sevən gah alçalar, gah da yüksələr,
    Bu sozun ozu gulmeli deyil? Alcalan bir insan nece yukseler

    Ağıl məhəbbətlə neyləyə bilər?!
    Evvel goz gorur sora konul beyenir.Eleki ki,konul beyendi,ureyin ona mail oldu,konul ikinci defe onu gormek ister,Eger sen oz sehvetini ureyinin ixtiyarina versen,ureyi ise sehvete tabe etsen,sonro o insan yene gormek ucun tedbir dusunmeye baslarsan.Gorus ikinci defe bas tutdusa konul iki qat meyl edir,qelb iki qat doyunmeye baslayir,insan ucuncu gorus esqine dusur.Ele ki,ucuncu defe kordun,Ehvalati acib soyledin,soz deyib soz estdin , IS BITTDI!
    Cuvali Suya Verdin Itde Getdi Ipde Getdi.!

  6. #6
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: William Şekspirdən 3 Sonet ...

    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.