3 sonuçtan 1 ile 3 arası

Eşq Məhəbbət Ölməyəcək - Cabir Novruz

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    115

    Eşq Məhəbbət Ölməyəcək - Cabir Novruz

    Eşq Məhəbbət Ölməyəcək

    Xalqlar üz-üzə dursa da,
    eşq-məhəbbət ölməyəcək...Bəşəriyyət qırılsa da,
    eşq-məhəbbət ölməyəcək...
    Məhəbbəti yerə basdır,
    göyərib üzə çıxacaq,
    Məhəbbəti məzara qoy,
    məzardan səsi çıxacaq,
    Poladın içində saxla,
    poladı kəsib çıxacaq,
    Sevən gözlər kor olsa da,
    eşq-məhəbbət ölməyəcək...
    Hətta günəş qaralsa da,
    eşq-məhəbbət ölməyəcək...
    Bütün ərzin yollarını
    kərkədanlar kəsə belə,
    Qəbilələr bir-birinin
    başlarını kəssə belə,
    Lap millətlər bir-birini
    diri-diri yesə belə,
    Ordular üzə dursa da,
    eşq-məhəbbət ölməyəcək...
    Hər şey tar-mar olsa da,
    eşq-məhəbbət ölməyəcək...
    Nə Leylinin, nə Məcnunun
    kimsəyə kini olmayıb.
    Sevənin sevgidən özgə
    milləti, dini olmayır.
    Qoca ərzin vallah, billah
    eşqsiz günü olmayır,
    Bu aləm zindan olsa da,
    eşq-məhəbbət ölməyəcək...
    Hər gün ölüm-qan olsa da,
    eşq-məhəbbət ölməyəcək...
    İnsan insanı duymasa
    ruhu ölər, bağrı çatlar,
    Yenə qardaş olacaqlar,
    bir-biriylə bütün yadlar.
    Məhəbbətdən aşağıdır
    ədavətlər, küdurətlər,
    And içirəm etiqada
    eşq-məhəbbət ölməyəcək...
    Sevənə yox zaval, xata,
    eşq-məhəbbət ölməyəcək...
    Ərzin vulkanları dönə
    od dövrünə, köz dövrünə,
    Dünya qayıda əvvəlki
    su dövrünə, buz dövrünə,
    Lap planet qədəm qoya
    hətta insansız dövrünə,
    Lap meymun əsri gəlsə də,
    eşq-məhəbbət ölməyəcək...
    Dünya ölüb-dirilsə də
    eşq-məhəbbət ölməyəcək...

    1994

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Eşq Məhəbbət Ölməyəcək - Cabir Novruz

    Dünya qayıda əvvəlki
    su dövrünə, buz dövrünə,
    Lap planet qədəm qoya
    hətta insansız dövrünə,
    Lap meymun əsri gəlsə də,
    eşq-məhəbbət ölməyəcək...
    Dünya ölüb-dirilsə də
    eşq-məhəbbət ölməyəcək...
    teşekürler
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Eşq Məhəbbət Ölməyəcək - Cabir Novruz

    olunun neyi olurki basa dusmurem var ki olede

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.