Dediyimiz kimi, şumer dilində erqativ quruluşun olduğu qeyd edilir. Sintaktik səviyyədə xarakter xüsusiyyətlər aşağıdakı kimi müəyyənləşdirilir: 1) iki subyekt qrammatik kateqoriyasının mövcudluğu: bir tərəfdən, hərəkət bildirən fe’lin təsrif formasına aid olan subyekt, digər tərəfdən, hal-vəziyyət ifadə edən finit fe’l formasının hal-vəziyyət subyekti mövcud olur; 2) vasitəsiz obyekt qrammatik kateqoriyasının olmaması; 3) hal-vəziyyət subyektinin nominativ dillərdə vasitəsiz obyekt funksiyasını yerinə yetirən hal-vəziyyətin meydana çıxma subyekti kimi işlənməsi. Bu əsasda şumer dilində cümlənin iki tipi müəyyən edilir: 1) tərkibində hal-vəziyyət subyekti və predikat olan hal-vəziyyət bildirən cümlələr; 2) hərəkət subyekti, hal-vəziyyət subyekti və predikatdan ibarət olub hərəkət bildirən cümlələr.
İ.M.Dyakonov və ardıcıllarının fikrincə, erqativ xüsusiyyət morfologiyada da özünü göstərir: Hərəkətin subyekti (erqativ hal) -e şəkilçisi ilə ifadə olunur; hal-vəziyyət subyekti (absolyut hal) sıfır şəkilçilidir. Fe’ldə də göstəricilər fərqlənir: hərəkətin subyektinin göstəricisi fe’ldən əvvəl işlənir və bitmiş tərz bildirir; hal-vəziyyət subyektinin göstəricisi fe’ldən sonra işlənir, hal-vəziyyət bildirir.
Bütün bunlar şumer dilini türk dillərindən uzaqlaşdırmaq üçündür. Əslində isə, bunları sistemli fərq kimi şişirtməyin əsası yoxdur. Ona görə ki tədqiqatçıların özləri qeyd edirlər ki, «Şumer dilində erqativ konstruksiyadan ardıcıl istifadə olunmamışdır». (8; 28) Əvvələn, şəxs əvəzliklərində erqativ və absolyut hallar fərqlənmir: ma-e, za-e sözləri həm hərəkətin subyekti, həm də hal-vəziyyətin meydana çıxma subyekti kimi çıxış edir. Əvəzliklərdən danışarkən İ.T.Kaneva yazır: «Şəxs əvəzlikləri sistemində cümlənin erqativ quruluşunun pozulması müşahidə olunur; aydın olur ki, burada erqativ və absolyut hallar diferensiasiyaya uğramamışdır. Əvəzliyin bu və ya digər formasından həm hərəkətin subyekti, həm də hal-vəziyyət subyekti kimi istifadə edilir: ma-e ga-gin (LE,272) ‘pozvolğ ə poydu’; za-e ma-an-na Ered-şe dab-ma-ab (İE,11 i 53) ‘tı zaberi v Gredu nebesnuö lodku’». (8; 54)
Bu misallardan birincisi tə’sirsiz fe’li xəbərli cümlədir. İkinci cümlədə za-e ‘sən’ - subyekt, dab-ma-ab ‘göylər qayığı’ - obyekt bildirən birləşmədir: ‘Sən Ereduda göylər qayığı əldə et.’ Bizim bugünkü qrammatika dili ilə danışsaq, müəllif demək istəyir ki, birinci cümlənin yalnız hal-vəziyyət subyekti (mən sözü), ikinci cümlənin isə həm hal-vəziyyət subyekti (sən sözü), həm də hərəkət subyekti (göylər qayığı birləşməsi) vardır. Bu quruluş müasir türk dillərinin əsas quruluş xüsusiyyətlərindəndir; biz Ovçu gəldi də deyirik, Ovçu tülkü gördu də deyirik, amma bu cümlələrdən ikincisini heç kəs erqativ quruluşlu cümlə hesab etməyib.
Fe’ldə də 1-ci və 2-ci şəxslərin absolyut hal və hal-vəziyyət subyektlərinin göstəriciləri fərqlənmir. Fərq yalnız 3-cü şəxsdə zəif şəkildə görünür. Budur, İ.T.Kanevanın cədvəli:
Hərəkətin subyektinin göstəriciləri:

1 ş.t. -en c. -enden
11ş.t -en c.-enzen
111 ş. t.-e c.-ene

Hal-vəziyyət subyektinin göstəriciləri:

1 ş.t.-en c.-enden
11 h.t.-en c.-enzen
111 ş.t. - c.-eş
Fərq yalnız III şəxsin -e,-ene, -eş şəkilçilərindədir. Elə buna görə də İ.T.Kaneva qeyd edir ki, xarici dilçilikdə erqativ quruluş əvəzinə başqa terminlərdən istifadə edilir: cümlə tə’sirli və tə’sirsiz hərəkəti ifadə edən cümlələr kimi qarşılaşdırılır. (8; 28) Bu, türk dillərinin əsas xüsusiyyətidir və bu cür təhlildən aydın olur ki, həmin alimlər dilin quruluşunu mənfur konsepsiyaya qurban vermədən obyektiv şəkildə izah etmişlər.
İ.T.Kanevanın verdiyi cümlələrə diqqət yetirək: ama-ir-ke ir nu-bi-dug ‘plakalğşitüa plaç ne skazala’. ama - ‘ana’, ‘qadın’ (qədim türk), ir - ‘ağlama’, ‘ağı’, -ke (-ak) - yiyəlik halın şəkilçisi, nu - inkar ədatı (nə sözü), bi - ‘buna’, ‘bura’, dug - ‘demək’: ağıçı (qadın) ağı demədi. Bü cümlədə ikinci ir sözü (ağı) absolyut halda hesab olunur, çünki hal şəkilçisi yoxdur. Bu gün bizim ədəbi dilimizdə Ağıçı ağı deyir - tipli cümlə quruluşu çox işləkdir və biz hal şəkilçisi olmasa da, ikinci sözü tə’sirlik halda obyekt bildirən söz kimi izah edirik. Yuxarıdakı cümlə də eyni quruluşdadır. Formal əlamət olmasa da, ir sözü tə’sirlik haldadır, obyekt bildirir, ona görə də şumer dilini tə’sirlik haldan məhrum bir dil hesab etmək, zorla erqativ quruluşlu dillərə daxil edib türk dillərindən uzaqlaşdırmağa çalışmaq cəhdi elmi obyektivliyi bir tərəfə qoyub, yaramaz ideologiyaya xidmət etməyin tipik nümunəsi sayıla bilər.
Deməli, cümlə quruluşu iki subyekt kateqoriyasına malik deyil və bunlardan biri - müəlliflərin ‘hərəkət subyekti’ hesab etdikləri, əslində, obyekt bildirən sözdür. Əgər şumer dilinin hal şəkilçiləri daha diqqətlə araşdırılarsa, çoxmə’nalı hal şəkilçilərindən birinin bəlkə də tə’sirlik hal məqamında işləndiyini müəyyənləşdirmək olar. Bu cəhətdən yiyəlik halın -ak şəkilçisi daha düşündürücüdür.
Şumer dilində tabesizlik bağlayıcılarının zəif inkişaf etdiyi qeyd edilir. Bizim dil tarixi üçün maraqlı olan bir köməkçi nitq hissəsi - bi da haqqında İ.T.Kaneva «tabesizlik bağlayıcısı» adı altında yazmışdır: «Tabesizlik bağlayıcısı funksiyasında (amma, yalnız isimlər üçün) enklitik işarə əvəzliyi bi və birgəlik halının formantı da hissəciyindən ibarət olan bi da konstruksiyası işlənir». Lugal-e İdigna Buranun-bi da im-ma-da-an-tab ‘üar İdiqna (Tiqra) i Buranun (Evfrata) soedinil’. (8; 162) İdiqna və Buranun Dəclə və Fərat çaylarının Şumer dövrü adlarıdır; lugal - hakim, çar, ağa, im-ma-da-an-tab - bir-birilə birləşdi; bi da - ilə: ‘İdiqna ilə Buranun çarları birləşdi’. Bu tərcümə tam doğru deyil. Çünki cümlədən görünür ki, bi da bağlayıcı deyil, qoşmadır. Dəqiq tərcümə: «İdiqna çarı Buranun ilə görüşdü» şəklində olmalıdır.
Bi da sözləri Azərbaycan dilində tədricən d-l keçidi ilə bilə şəklinə düşmüşdür. Bilə sözü bizim dilimizin tarixində həm bağlayıcı, həm də qoşma kimi işlənmiş, lakin daha çox qoşma kimi öyrənilmişdir. Qoşma sonralar həm də bağlayıcılaşmışdır. Daha sonralar bilə sözünün birlə variantı da yaranmış, dilimizin tarixində hər ikisi geniş işləkliyə malik olmuşdur: «Birlə, bilə qoşmaları tarixən dilimizdə geniş miqyasda işlənmişdir. İlə qoşmasına nisbətən geniş yayılmışdır... Birlə, bilə qoşması iki tərkib hissədən əmələ gəlmişdir, yə’ni say bildirən bir sözünün fe’l düzəldən lə şəkilçisi və qədim fe’li bağlama şəkilçisi n ünsürü ilə birləşməsindən düzəlmişdir.» (32; 208) Etimoloji təhlil düz olmasa da, qoşmanın dilimizin tarixində mövqeyi düzgün göstərilmişdir. Qoşmanın (və eyni zamanda bilə bağlayıcısının) mənşəyi şumerdən gəlir: bi - əvəzlikdir, 3-cü şəxsin təkini bildirib, əksərən uzağa işarə məqsədilə işlədilmişdir. Mə’lumdur ki, birgəlik halın şəkilçisi sonralar d>l keçidi ilə -lə şəklinə düşmüş və bizim dilimizin tarixində bilə qoşma və bağlayıcısının təşəkkülünə səbəb olmuşdur.
Biz elə bilirik ki, ərəb mənşəli ü bağlayıcısı eramızın VII əsrindən sonrakı hadisədir, ərəb istilası ilə bağlıdır. Şumer dili materialları göstərir ki, bu tabesizlik bağlayıcısını biz çox qədimdən - akkadların Şumeri istila etdiyi dövrdən işlədirik: «Şumer mətnlərində «u« akkad tabesizlik bağlayıcısına rast gəlmək olur (U işarəsi ilə yazılır). O artıq eradan 2500 il əvvələ aid Əbu-Sələbih mətnlərindən əldə edilmişdir». (8; 162) Klassik ədəbiyyatımızda olduğu kimi, həmcinslər arasında təkrar oluna da bilmişdir: alan-e u kug nu za-gin nu-ga-am u urudu nu u an-na nu zabar nu ‘gta statuə i ne iz serebra, a takje ne iz lazurita, i ne iz medi, i ne iz svinüa, i ne iz bronzı’. (8; 163)
Şumer dilində akkad mənşəli ma bağlayıcısı da işlənmişdir. Bu bağlayıcının əvvəlki cümlənin xəbərindən sonra işləndiyi göstərilir. Müəllifin verdiyi misallarda qarşılaşdırma mə’nası vardır (8;163-164) Şübhəsiz, bu bağlayıcı amma bağlayıcısıdır. Şumer yazısında eyni saitin samitdən əvvəl və ya sonra işlənməsi o qədər də fərq eləmir: am-ma = amma; im-mi tipli sözlər də belə yaranmışdır.
Tabelilik bağlayıcıları da hazırda işlətdiyimiz bağlayıcılara yaxındır. Əslində, şumer dilində bağlayıcılar yox, bağlayıcı sözlər müəyyən edilmişdir: ud-da ‘esli’, ‘koqda’, en-na ‘prejde çem, poka (ne)’. Birinci bağlayıcı söz ‘gün’ sözündən və yerlik hal şəkilçisindən ibarətdir: ud-da<ud-a; bu bağlayıcı söz bizim bu gün işlətdiyimiz - budaq cümlənin əvvəlində gələn (o) gün, onda bağlayıcı sözüdür, yalnız ud sözü gün sözü ilə əvəz olunmuşdur. Hətta bugünkü ədəbi dilimizdə olduğu kimi, baş cümlədə korrelyat kimi ‘onda, o zaman’ mə’nasında ud-ba sözü də işlənmişdir. Bu hal bağlayıcı söz yaxınlığından əlavə, dilin sintaktik quruluşunun bugünkü quruluşa nə qədər uyğun olduğunu, əslində, bugünkü quruluşla az qala eyni olduğunu göstərir. Məsələ aydın olsun deyə, müəllifin sözlərini olduğu kimi veririk: «Şumer tərkibi bağlayıcılarını nisbi sözlər tipli bağlayıcılara aid etmək lazım gəlir, başqa sözlə, öz tərkibində nisbi əvəzlikləri birləşdirən bağlayıcılardır. Şumer dilində nisbi əvəzliklər yoxdur, onların vəzifəsini bağlayıcıda budaq cümlənin xəbərini formalaşdıran -a şəkilçisi yerinə yetirir. -a və -ta hal formantları budaq cümlənin xəbərini -a suffiksindən sonra tamamlayır».
Bu ziddiyyətli cümlələrdə bağlayıcı vasitələrin, əsasında nisbi əvəzliklər duran bağlayıcı sözlərdən ibarət olduğunu müəllif düzgün müəyyən etmişdir. Lakin bunun üçün mütləq nisbi əvəzliklər axtarmaq vacib deyildi, bağlayıcı sözlərin əsasında yalnız nisbi əvəzliklərin durduğu haqda fikir yanlışdır (33; 309) Bağlayıcı sözlərin əsasında bir sıra isimlər, saylar, sifətlər də dura bilər və gün (ud) belə sözlərdəndir. Ona görə də xəbərdə işlənən -a şəkilçisinin nisbi əvəzliklər əvəzində işləndiyi barədə müəllifin fikri düz deyil. Başqa bir məsələ də hal şəkilçisinin fe’li xəbərdə həmin bu -a şəkilçisindən sonra işlənməsidir. Aydın görünür ki, -a şəkilçisi nominativlik yaradan bir şəkilçidir. Fe’lə artırılan bu şəkilçinin fe’li sifət şəkilçisi ola biləcəyinə söz yoxdur (və belə bir fe’li sifət şəkilçisi olduğu mə’lumdur). Fe’li sifətdən sonra yerlik və ya çıxışlıq hal şəkilçisi fe’li bağlama əmələ gətirir: a(n)da, a(n)-dan. Bu, türk dillərinin quruluş xüsusiyyətidir. Deməli, budaq cümlə fe’li bağlama ilə (-a+da, -a+ta) qurtarır; budaq cümlənin əvvəlində ud (gün) sözü də var və baş cümlədə qarşılıq bildirən ud-ba ‘onda’ sözü də var: O gün sən bizə gələndə (onda) mən şəhərdə idim. Müəllif fe’li bağlama tərkibini rus dilinə budaq cümlə kimi çevirmişdir. Fe’li bağlama və budaq cümlə məsələsi türkologiyanın ən mühüm problemlərindəndir. Misal:
ud İnanna-ra İb-gal mu-na-du-a... ud-ba En-an-na-tum-me ganun-mah URU x KAR-ba mu-du ‘koqda İnanne İbqalğ on postroil... toqda Enannatum qromadnıy ambar... postroil’ - (O) gün o, İnannaya İbqal tikəndə... o gün Enannatum nəhəng anbar... tikdi.
Bu cür cümlələrdə ud əvəzinə, bar, eger, lum, mu, num tipli sözlərin işləndiyi və ya budaq cümlənin xəbərinin yalnız -a və hal şəkilçisindən (yə’ni yalnız fe’li bağlamadan) ibarət olduğu da göstərilir. (8; 164-172) Bu sonuncu hal (fe’li bağlamanın nisbi söz olmadan işlənməsi) qrammatik zaman, yer, səbəb və s. mə’naların fe’li bağlamada toplanmaqda olduğunu göstərir və hazırkı dilimizin də əsas xüsusiyyətlərindəndir.
-a-ak-a şəkilçi birliyində birinci -a qeyd etdiyimiz fe’li sifət şəkilçisidir; -ak şəkilçisini yiyəlik, sonrakı -a şəkilçisini yerlik hal şəkilçisi hesab edirlər. (8; 170) İki hal şəkilçisi nə məqsədlə işlədilir? «Naklonenie» saydıqları he ilə -a-ka (-ak-a) şəkilçi birliyinin budaq cümlədə güzəşt mə’nası yaratdığı göstərilir. (8; 171) Bunlar bir daha təsdiq edir ki, -ka yiyəlik hal şəkilçisi deyil. He - da, də ədatı ilə arzu şəkilçisinin (-a,-ə) müasir dildə güzəşt budaq cümləsi yaratdığı mə’lumdur: Dədən də gələ, xeyiri yoxdur. -ak isə mənsubiyyət bildirir: Dədə-n sözündəki -n kimi. Görünür, fe’lə mənsubiyyət şəkilçisi -ak-dan əvvəl artırılan -a şəkilçisi arzu, şərt, güzəşt çalarlarına malik bir şəkilçi olmuşdur və fe’li sifət şəkilçisi kimi də işlənmişdir. Məs.: i-gin-gin -a-ak-eşe i-kaş-kaş-a-ak-eşe ba-an-du ba-an-du mu-mu-şe ba-an-dug ‘iz-za toqo, çto on mnoqo xodit, iz-za toqo, çto on mnoqo beqaet,»on uşel, on uşel» v kaçestve eqo imeni on nazvan’. (8; 171) gin-gin -a-ak-eşe sözləri hərfən: ‘çox get-di(y)-i-(n)ə’, kaş-kaş-a-ak-eşe sözləri: ‘çox qaç-dığ-ı-(n)a’ şəklində tərcümə oluna bilər. Gin -’getmək’, kaş - ‘qaçmaq’ sözüdür, gin-gin, kaş-kaş isə sözlərin çoxluq (işin təkrarən icrasını) bildirən formasıdır.
Qeyd edilən faktlar şumer dilinin türk dilləri ilə mədəni qohumluğunu deyil, genetik qohumluğunu göstərən faktlardır.

O uzaq keçmişdə bu gün də işlənməkdə olan təəccüb doğuran xüsusi adlara rast gəlmək olur: a-ta: ba-gar e id-de lal-a-e im-ti-a-ta ninda giş bi-tag a-şe i-de ‘posle toqo, kak k Baqaru, xramu, raspolojennomu u reki, on priblizilsə, xleb on pojertvoval, xolodnuö vodu izlil’ -a-şe: [Ku-li dumu U]r-e-an-na-k[e] [Ba-ba]-mu nar in-ug-a-aş [ig-sukka]l-mah-şe ba-gi-in ‘o tom, çto Kuli, sın Urganna, Babamu, pevüa, ubil, pered velikim vizirem bılo prinəto (reşenie)’. Mə’bəd adı Bahar, müğənni adı Babam, şəxs adı Qulu neçə min illik tarixi yaşadır. Leksikaya nəzər salaq.