Sayfa 7/10 İlkİlk ... 56789 ... SonSon
91 sonuçtan 61 ile 70 arası
Like Tree2Beğenme

Atalar sözləri, Nəsihətli və Dəyərli fikirlər, Bilirsənsə de

  1. #61
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Atalar sözləri, Nəsihətli və Dəyərli fikirlər, Bilirsənsə de

    Elə adamlar axtarin ki,onlarla söhbət yaxşi kitaba bərabər olsun,elə kitablar da axtarin ki,mütailəsiz filosoflarla söhbətə
    dəysin. (Ə.H.Bəhmənyar)

    Kitab insanda görmədiyim,bilmədiyim cəhətləri mənə sübut etmək qüdrətinə malikdir. (M.Qorki)

    Şair həyatda yaxşi nə varsa götürür və öz əsərinə daxil edir.Ona görə onun əsəri gözəl,həyati isə çirkin olur. (L.N.Tolstoy)

    Agil insana agilli yaşamaq üçün verilir. (V.B.Belinski)

    İncəsənət qisqancdir,o tələb edir ki,insan özünü bütünlüklə ona həsr etsin. (B.Mikelancelo)

    Agilli ilə vuruşmaq,axmaqla yeyib-içməkdən yaxşidir. (Gürcü atalar sözü)

    Yumor – zarafat arxasinda gizlənən ciddilikdir. (P.E.Veys)

    Köynəyin ləkəsi su ilə gedər,ürəyin ləkəsi – sözlə. (Qaraqalpaq atalar sözü)

    Elə cinayət var ki,bagişlanmir,bu,Vətənə xəyanətdir. (Ə.H.Bəhmənyar)

    Qorxu – qəddarligin anasidir. (M.Monten)

    Vəfasiz dost kölgə kimidir.İşiqli gündə səni izlər,buludlu gündə gözdən itər. (M.Beyləqani)

    İş bizi 3 bəladan: avaraçiliqdan,qəbahətdən və ehtiyacdan xilas edər. (F.M.Volter)

    Ən agir itkilərdən biri – vaxtin itirilməsidir. (E.S.Buffan)

    Ən nəcib,ən ülvi və ən fərdi əzab məhəbbət əzabidir. (F.Engels)

    Məhəbbətin həqiqi mahiyyəti ondan ibarətdir ki,özünü düşünməkdən əl çəkəsən,özünü başqa “mən”də tapasan,yenidən özünü tapasan və öz-özünə malik olasan. (V.F.Hegel)

    Kobudluq – ruhi zəiflikdir. (X.E.Eşenbax)

    Həya insan qəlbinin bütün ehtiraslarinin ən gözəli olan məhəbbətin anasidir. (A.M.Stendal)

    Tərif də qizil və almaz kimi yalniz az olanda qiymətli olur. (S.Conson)

    Ürəyi möhkəm,beyni küt olan adamlarin səsi gur,mühakiməsi dayaz,hay-küyü çox,xeyri az olur. (“Qobusnamə”dən)

    Ağac kömürü ilə güclüdür,insan dostları ilə. (Gürcü atalar sözü)

    Acidil bal satandan,şirindil bibər satan yaxşidir. (Türkmən atalar sözü)
    Mədə xəstəlik evi,pəhriz cümlə dərmanlarin başidir. (Ə.Məhəmməd)

    Fikir müxtəlif ola bilər,lakin həqiqət birdir. (S.T.Konerko)
    Həddindən artiq tərifləri mən zəhər hesab edirəm. (İ.A.Krilov)
    Dilənçiliyin kiçik bacisi var.Həmişə böyük bacisinin yaninda olur və ona altdan-altdan təsəlli verir,bu biganəlikdir. (J.Renar)
    [

  2. #62
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Atalar sözləri, Nəsihətli və Dəyərli fikirlər, Bilirsənsə de

    Afrika atalar sözləri

    Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir.

    Keniya atalar sözləri

    Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu çatıb keçər.

    Misir atalar sözləri

    Eşqin yumruğu üzüm kimi şirindir.

    Nigeriya atalar sözləri

    Evində dinc olmaq istəyirsənsə, yoldaşının bütün istədiklərini et.

    Kiçik kədərlər danışarlar, büyük dərdlər dilsizdir.

    Əsl dostu iki əlinizlə birdən tutun

    Sudan atalar sözləri

    Heç bir mətbəx iki qadının sığacağı qədər zəngin deyil.

    Uqanda atalar sözləri

    Biri digəri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər.

    Ərəb atalar sözləri

    Ağac və kitabın yarpağı nə qədər çox olsa, meyvəsi o qədər az olar.

    Ağız və göz ürəyin aynasıdır.

    Allahın gülü tikanlı yaratdığına heyrətlənmək əvəzində, tikanlar arasında gül yaratdığına heyrətlənin.

    Ay çıxınca ulduzların nə faydası olar?

    Məni başa düş, sonra istəsən öldür.

    Bir ata qüdrətindən aşağı dərəcədə, uşaqları qüdrəti nisbətində, qadını da qüdrətinin fövqündə geyinməlidir.

    Bir şey etmək istəyən yolunu tapar, bir şey etmək istəməyən səbəbini tapar.

    Dünyada 3 şey gizlənməz: Tüstü, eşq, pulsuzluq.

    Həbsxana bir bağça içində də olsa, yenə həbsxanadır.

    İki arvadı olan kişi, iki od arasında qalan birinə bənzər. Hansı yana getsə yanar.

    İnsanlar müvəffəqiyyətlərdən az, müvəffəqiyyətsizliklərdən çox şey öyrənərlər.

    Qəbahətini etiraf edərək əfvini istə; çünki bir günahı gizləmək onu ikiləşdirər.

    Qadın kölgə kimidir, onu izləyəndən qaçar, önünden gedənin arxasından qaçar.

    Kitab, insanın cibində daşıdığı bir bağça kimidir.

    Danışılanlar ürəkdən çıxarsa ürəyə qədər gedər, amma dildən çıxarsa qulağı aşa bilməz.

    Mədə boş sağlamlıq düzgün, kisə boş əxlaq düzgün.

    Mədə xəstəliyin evi, pəhriz müalicənin başıdır.

    Sağlamlığı olanın ümidi , ümidi olanın hər şeyi var deməkdir.

    Türkün zulmü Ərəbin ədalətindən yaxşıdır.

    İgid hərbdə, dost dərddə, yetkin adam hiddətdə müəyyən olar.

    İlanın dişlədiyi pişik, ip görsə ilan bilib qaçar.

    [

  3. #63
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Atalar sözləri, Nəsihətli və Dəyərli fikirlər, Bilirsənsə de

    Albert Eynşteyn
    1- Möhtəşəm beyinlər daim sıravi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar.

    2- Öz gözüylə görən və öz ürəkləriylə hiss edənlər çox azdır.

    3- İnsanlar çox ağıllı və çox yavaşdırlar, kompüterlər çox sürətli amma çox axmaqdırlar.

    4- İnancı inkar edən elm topal, elmi inkar edən din kordur.

    5- Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir.

    6- Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar.

    7- Gəlir vergisi bəyannaməsi vermək üçün bir filosof olmaq lazım. Bir riyaziyyatçı öhdəsindən gələ bilməz.

    8- Dahilik ilə axmaqlıq arasındakı fərq, dahiliyin sərhədlərinin olmasıdır.

    9- Bir qum dənəsinin sirrini həll etməyi bacarsaydıq. Bütün dünyanın sirrini öyrənmiş olardıq.

    10- Bir qoyun sürüsünün qüsursuz bir üzvü olmaq üçün hər şeydən əvvəl qoyun olmaq lazımdır.

    11- Eyni zamanda həm döyüş hazırlığı edib həm də döyüşü önləyə bilməzsiniz.

    12- Görəlilik qaydam müvəffəqiyyətlə sübut edisə Almaniya mənim bir Alman olduğumu iddia edəcək. Fransa isə dünya vətəndaşı olduğumu açıqlayacaq. Qaydam gerçək xarici çıxdığında isə, Fransa bir Alman vətəndaşı olduğumu söyləyəcək. Almaniya isə bir Yəhudi olduğumu açıqlayacaq.

    13- Axmaqların tətili tənbəllikdir, bitməz.

    14- Üçüncü dünya döyüşündə hansı silahlar istifadə ediləcək bilmirəm, amma dördüncüsü daş və çubuq ilə ediləcək.

    15- Həyat iki şəkildə yaşanar: ya heç möcüzə yoxmuş kimi, ya da hər şey bir möcüzəymiş kimi.

    16- İki şey sonsuzdur, insanoğlunun axmaqlığı və kainat. Lakin ikincisindən o qədər əmin deyiləm.

    17- Qiymətli olan hər şey ölçülemez, ölçülə bilən hər şey qiymətli deyil.

    18- Qarşı qarşıya qaldığınız aşılması güc problemləri mövcud düşüncə tərzinizlə həll edə bilməzsiniz. Çünki bu problemlər, mövcud düşüncə dinin malıdırlar.

    19- Öz həyatının və digər bənzər canlıların həyatının mənasız olduğunu düşünən insan; yalnız talehsiz olmaqla qalmayıb, həyat üçün də haradasa qeyri-kafidir
    [

  4. #64
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Atalar sözləri, Nəsihətli və Dəyərli fikirlər, Bilirsənsə de

    Başqalarının qayğısını çəkə-çəkə ömür sürənlər əslində ən gözəl və ən xoşbəxt insanlardır.V.A.Suxomlinski

    Nəfəsə tabe olmaq əql və kamala nöqsan gətirir və düzgün qərar çıxarmaqa mane olur.Beydəba.

    Başqalarınn qayğısını çəkə-çəkə ömür sürənlər əslində ən gözəl və ən xoşbəxt insanlardır.V.A.Suxomlinski.

    Sənin haqqında nə düşünürlərsə düşünsünlər,ədalətli hesab etdiyin işi gör.Pifaqor.

    Bahalıqda çörəyini əsirgəyən ucuzluqda tənha və yalqız qalar.İran zərb məsəli.

    Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç,sonra gör.Qətran Təbrizi.

    Qızıl-ocaqda ,xalqın iradə və mərdliyi-çətinliklərdə sınanır.Vyetnam zərb məsəli.

    Hər kəs əvvəlcədən işin sonunu görə bilsə,axırda utanmaz.Cəlaləddin Rumi.

    Məhəbbətinə cavab almayan qadın hərarətsiz günəş,yaxud yağışsız buluddur.S.Ciloya.

    Hər şeydə oğurluq haramdırsa,qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır.M.S.Ordubadi.

    Yaxşı arvad yeddi zəngin və cəngavər qardaşa bərabərdir.Mekshika atalar sözü.

    Qadına münasibət – mənəviyyatın çox incə bir ölçü cihazıdır.V.A.Suxomlinski.

    Qadın yer üzündə gözəllik,dalət,lətafət nümunəsidir.V.Q.Belinski.

    O yerdəki qadına bir insan kimi hörmət yoxdur,orada mən yoxam.N.Q.Çernışevski.

    İffət(namus)-qadınların zinətidir.Məhəmməd Peyğəmbər (s.ə.s)

    Türk!Öyün,Çalış,Güvən!M.K.Atatürk.

    Hərə bir çıraq yandırsa,dünya nura qərq olar.Əkrəm Əyilisli.

    Pula layiq olduğundan artıq qiymət vermə,-o,yaxşı nökər və pis ağadır.A.Düma.

    Həyatın bütün sevinci yaradıcılıqdadır,-yaratmmaq ölümü məhv etmək deməkdir.Romen Rollan.

    Ağıllı və bacarıqlı adamlar axıradək mübarizə aparırlar.D.Pisarev.

    Təhlükənin üzünə cəsarətlə baxmaq üzünü ondan xilas etməyin ən yaxşı vasitəsidir.Con Lebbok.

    Səmimilikdən çətin,yaltaqlıqdan asan heç nə ola bilməz.F.Dostoyevski.
    [

  5. #65
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Atalar sözləri, Nəsihətli və Dəyərli fikirlər, Bilirsənsə de

    cox sagol daha sen yazmisan bunlarda yeterli

  6. #66
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Qürüra aid deyimlər

    Alçaq yerdə təpəcik, özünü dağ sayar. Şinasi
    Allah böyüklük göstərənləri əsla sevməz. Nəhl Surəsi/23
    Başqalarının qüruruna dözüm edə bilməyişimiz, öz qürurumuzu incitdiyi üçündür. La Rochefaucauld
    Bir çox kəslər, özlərində olduğu halda, başqalarında kin və qüruru sevməzlər. Benjamin Franklin
    Böyük və üstün insanın qüruru yoxdur və ciddidir. Kiçik isə özünü bəyənər və ciddi deyil. Konfiçyus
    Ümumiyyətlə, bütün böyük səhvlərin altında qürur yatar. Ruskın
    Qürur, əslində bir ipotekadır; üzərində olan insanın qabiliyyətindən endirmə edilməlidir ki, o qabiliyyətlərin həqiqi dəyəri meydana çıxsın. Bismarck
    Qürur insanı xoşbəxtlikdən uzaqlaşdırar. Lamartine
    Qürur edəni Allah alçaldar, təvazökar olanı yüksəldər. Hədisi Şərif
    Qürur insanın düşüncəsidir; sözə tökülən onun çox kiçik bir parçasıdır. Montaigne
    Qürur, qısqanclıq və ehtiras insanların ürəklərini odlayan üç atəşdir. Dante Alighieri
    Qürurdan doğan xülyalar, bədbəxtliklərimizin yeganə qaynağıdır. Rousseau
    Qürurumuz olmasaydı, başqalarının qürurundan şikayət etməzdik. La Rochefaucauld
    Qürurun ən gözəlində belə bir günah qoxusu vardır. Nurullah Ataç
    Kiçik işlər sadə insanları məğrur edər. W. Shakespeare
    Malı ilə sənə qarşı qürurlanan adama qarşı qürurlanmaq, Allah üçün təvazökarlıq sayılar. Yəhya min Muaz
    Nə xoşbəxt o insana ki, öz ləyaqətindən bəhs etməyəcək qədər məğrurdur! Montesquieu
    [

  7. #67
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Qızıldərililərin mənalı atalar sözləri

    Allahın sözləri palıd yarpağı kimi saralıb düşməz: şam yarpağı kimi əbədi yaşıl qalar.

    Arxamda getmə, mən qabaqcıl olmaya bilərəm. Önümdə getmə, təqibçin olmaya bilərəm. Yanımda get, beləcə ikimiz bərabər olarıq. (Ute Qəbiləsi)

    Eşqi tanııyanda, Yaradıcını da tanıyarsan. (Fox Qəbiləsi)

    Ovlayacaqsansa ən zəif maralı ovla, çünki möhkəm olanlar yeni nəsilin davamını təmin edəcək.

    Ağlamaqdan qorxma! Zehindəki iztirab verən düşüncələr gözyaşı ilə təmizlənər.* Barış və xoşbəxtlik hər anda mövcuddur. Barış və xoşbəxtlik hər addımdadır. Ruhun məsələləri üçün siyasi həllər yoxdur.

    Bir başqasının qəbahəti haqqında danışmadan əvvəl daim öz içinə bax (Sauk Qəbiləsi)

    Bir düşmən çox, yüz dost azdır. (Hopi Qəbiləsi)

    Bir dəfə "Al bunu" demək, iki dəfə "Mən verəcəyəm" deməkdən yaxşıdır. (Qəbiləsi bilinmir)

    Bütün Qırmızıdərililər hər yerdə dayanmadan rəqs etməlidir. Önümüzdəki yaz Uca Ruh gələcək. Bütün ov heyvanlarını geri gətirəcək. Ovdan keçilməyəcək bu torpaqlarda. Bütün ölü Qırmızıdərililər geri gələcək və yenidən yaşayacaqlar. (Wovoka)

    Dünyadakı hər şeyin bir səbəbi vardır. Hər bitki bir xəstəliyi müalicə etmək üçün bitər. Və hər insan bir vəzifə ilə yaradılmışdır.

    Düşmənimi cəsur və qüvvətli et! Əgər onu məğlub edərsəm utanmaram. (Apache Qəbiləsi)

    Əgər hər kəs bir başqası üçün bir şey etsə dünyada ehtiyac içində kimsə qalmaz. Yalnız bir adama kömək et! İndiki üsul bu deyil amma inanıram, insanlar bu yolu öyrənəcəklər.

    Əgər soruşsanız: 'Səssizlik nədir?' Cavab verərik: O Böyük Ruh' un səsidir. Yenə soruşsanız: 'Səssizliyin meyvələri nələrdir?' Cavab verərik: Öz özünü idarə, gerçək cəsarət demək olan mətanət, səbir, təmkin və hörmət.'

    Kasıb olmaq, şərəfsiz olmaqdan daha kiçik bir məsələdir.

    Gözün ilə deyil, ürəyin ilə hökm ver.
    [

  8. #68
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Qızıldərililərin mənalı atalar sözləri

    İndiki vaxtda insanlar məlumatı axtarar oldu, hikməti deyil. Halbuki məlumat keçmişdir, hikmət isə gələcək (Lumbee Qəbiləsi)

    Heyvanlar olmadan insanlar nədir ki? Əgər bütün heyvanlar itib gedərsə insanoğlu böyük bir ruh təkliyi içində öləcək. Heyvanlara nə oldusa insanlara da eynisi olar. Hər şey bir-birinə bağlıdır. Yer kürəsinin başına gələn, yer kürəsinin uşaqlarının da başına gələcəkdir.

    Hər birimizin fərqli bir yuxu gördüyünü xatırlatmaqda fayda var.

    Xəyanət yoldaşlıq zəncirini qaraldar, lakin vəfa onu hər zamankindən parlaq edər.

    Yazda yavaş-yavaş get; torpaq ona hamilədir...

    İnsan təbiətdən uzaqlaşdıqca ürəyi qatılaşar.

    İnsanın gözləri elə sözlərlə danışar ki dil onları tələffüz edə bilməz.

    Nemətdə külfətdə 'Böyük Ruh' un əlindədir. Bəzən onun külfəti bizi nemətindən daha çox ağıllandırar.
    Ölülər güc və məlumatlarını bərabərində aparmaz, yaşayanlara əlavə edər. (Hopi Qəbiləsi)

    Sənin vicdanın səndən başqasını təmsil edə bilməz.

    Sevgi ilə yorulmadan irəliləyərik. Sevgi ilə, yalnız onunla başqaları üçün fədakarlıq edə bilərik.

    Son çay quruduğunda, son ağac yox olduğunda, son balıq öldüyündə; ağ adam pulun yeyilməyən bir şey olduğunu anlayacaq.

    Su kimi olmalıyıq. Hər şeydən aşağıda, amma qayadan belə qüvvətli. (Siyu Qəbiləsi)

    Şeytan haqqında danışmayın. Gənclərin ürəyində maraq oyandırar. (Siyu Qəbiləsi)

    Unutmayın uşaqlarınız sizin deyil. Onu yaradandan borc aldınız. (Mohawk Qəbiləsi)

    Yağış yaxşıların üzərinə də yağar, pislərin də..

    Səhvi görən və önləmək üçün əli uzatmayan səhvi edən qədər günahkardır.

    Yaşlılıq ölüm qədər şərəfli deyil. Yenə də çox kimsə onu istər.
    [

  9. #69
    Asl
    Asl çevrimdışı
    Junior Member
    Üyelik tarihi
    Apr 2010
    Mesajlar
    1

    Re: Atalar sözləri, Nəsihətli və Dəyərli fikirlər, Bilirsənsə de

    Şəmkir atalar sözü:
    Daldan atılan daş topuğa dəyir))))

  10. #70
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Atalar sözləri, Nəsihətli və Dəyərli fikirlər, Bilirsənsə de

    Böyük məclislərdə olarkən qabağa düşüb çox danışma,səndən də çoxbilmiş olar,səni pərt edər.

    Layiqli qocaya hörmət et çünki səndə bir gün qocalacaqsan.

    Qardaşı qardaşdan ayrı salan arvad və nəfsin çoxluğu olur

    Övladı ana evləndirirsə,ailədə ata hörmətdən düşər,ona görə də ata ilə ananın məsləhəti bir olmalıdır.

    Yad yerdə işləyib hörmət qazanmaq istəyirsənsə,dilini saxla,əlini hər şeyə uzatma

    Bəzək-düzək sevən qız,işsiz olar

    Haram şirindir,lakin nəticəsi çox ağır olur

    Kişinin kasıb olmasına baxma,arvadı xanımdırsa ,qızını al,peşiman olmazsan

    Nadanla mübahisəyə girişmə,hörmətdən düşərsən

    Kitab mütaliə üçün yaxşıdır,amma gərək nəticəni düz başa düşüb əməl edəsən

    Ağıldan yüngül adamı görəndə onu təriflə ki,ondan uzaqlaşasan

    Varlı qonşuya baxıb tez özündən çıxma,uşaqların aç qalar

    Arvad bir başqa kişinin adını çox çəkirsə,demək onu daxilən sevir

    Gözəl də olsa çalış boynu batıq qız alma

    Bir adam sənə pislik etsə ,tələsmə,səbirli ol,o adam özü tələyə düşməlidir.

    Gecə tək yolla gedərkən,cin-şeytandan qorxma,yalandır,belə hallara insan iradəsini zəifiyi səbəb olur

    Bir insanın nöqsanını üzünə demirsənsə,dalınca da danışma,inciklik olar

    Zəhərin dadı yoxdur,zəhərin dadına baxmaq,ölmək deməkdir
    [

Sayfa 7/10 İlkİlk ... 56789 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.