Çöllərindir şən,
Hər yerin gülşən
Sən nə gözəlsən,
Ey ana Vətən!

Bağdır,əkindir
Hər bir bucağın.
Qızıl təkindir
Sarı torpağın.

Böyütdün bizi,
Verdin qol-qanad.
Yoxdur qəm izi,
Şəndir bu həyat.

Qəlbim,canımsan,
Ey ana yurdum!
İsti yuvanda
Mən yuva qurdum.

Çöllərindir şən,
Hər yerin gülşən.
Sən nə gözəlsən,
Ey ana Vətən!

Abdulla Şaiq Ana yurdum şe'ri