Freyd , psixoanaliz və din problemini məşhur əsərlərindən biri olan “ Bir illyuziyanın gələcəyi”ndə incələyib. Miflərin və dini idealların insane dərin təsir etdiyini il görənlərdən biri olan Yunq isə eyni mövzunu Yeil (Yale) universitetində





təşkil etdiyi Terry fondu konfranslarında işləmişdir. (1937-ci ildəki bu konfranslar “Psixologiya və din “ adı ilə 1940-cı ildə kitab halında çap olunub) İndi mən bu iki psixo analistin düşüncələri haqqında qısa bir arayış vermək istəyirəm.Əvvəl bu davranışımın üç səbəbini açıqlayım :


1. Problemin müzakirəsinin günümüzdə hansı mərhələdə olduğunu və mənim çözümlərimin çıxış nöqtəsini göstərmək,

2. Freyd və Yunqun bəzi əsas yanaşmalarının izahını vermək,

3. Geniş şəkildə yayılmış yalnış bir inancı,Freydin dinə qarşı,Yunqun isə din tərəfdarı olduğu inancını düzəltmək.


Beləliklə, bu dərəcədə geniş miqyaslı mövzulardakı ifrat adiləşdirmələrin yalnışlığını və psixoanalizlə dinin eyni anlamlı hissələrini analiz etmək imkanını da tapa bilərik.


Freydin “ Bir illyuziyanın gələcəyi “ əsərində din mövzusundakıı düşüncələri necədir?


Freydə görə din,insanın özündən kənardakı təbiət qüvvələrinə və öz içindəki qüvvələrə (intuisiya) qarşı çarəsizliyindən yaranmışdır və insanlığın təkamül prosesinin ilk mərhələsinin məhsuludur.Bu mərhələlərdə daxili və xarici güclərə qarşı ağıllarından özlərini qoruyacaq şəkildə istifadə edə bilməyən insanlar, bunları bəzi kənar qüvvələrlə sabitləşdirməyə çalışıblar.Yəni ağıl vasitəsiylə qavranılmayan qüvvələrə hakim olmağa kömək edəcək ya da onları içində basdırmağa yarayacaq bir neçə hissi metodlar və mexanizmlər fikirləşmişlər.Freyd bunun mənbəyinin uşaqlıq mərhələsi müşahidələri olduğunu önə sürüb.

Təhlükəli ,idarəsiz və anlaşılması mümkün olmayan qüvvələr qarşısında insan, xatirələrində bir geriyə qaçış edər və uşaqlıqdakı, ata tərəfindən qorunmaq hissinə sığınar.Ata uşağın gözündə müdrikliyin düşüncənin və gücün simvoludur.Əmrlərə və yasaqlara itaət də sevgisini və qorunmaq hissini yaratmaq üçündür.

Bu formasıyla din Freydə görə uşaqlıq təcrübəsinin yenilənməsidir.İnsan onu təhdid edən təhlükələrdən uşaqlığında etdiyi kimi eyni metodla müdafiə olunur.Öz güvənsizliyini məğlub edə bilmək üçün, özünü çaşdıran və qorxudan amma eyni zamanda da qoruyan atasına təslim olar.Freyd dini, uşaqlardakı təqibedilmə fobiyasına bənzəyən nevrozlarla qarşılaşdırır.Onun fikrincə din, uşaqlıq nevrozlarına bənzər səbəblərdən yaranan kollektiv bir nevrozdur.

Freydin dinin psixoloji köklərini incələməsi insanların bir tanrının varlığı düşüncəsinə necə çatdıqlarını göstərmək üçündür.Bu nəticənin ortaya qoyulması,yəni bəzi psixoloji köklərə enməklə iş bitməz.Freyd dini düşüncələrin bəzi illyuziyalara söykəndiyini və beləliklə də bunların qeyri-real olduqlarını sübut etdiyi iddiasındadır.(Freyd öz araşdırmalarının nəticəsində görmüşdür ki, bir fikrin bir arzuya bərabər olması və onu qane etməyə yaraması bu fikrin yanlış olduğunu sübut etmir.Freydin bu düşüncəsini xüsusi vurğulmağıma səbəb,psixiyatrların günümüzdə həmişə eyni səhvə düşmələri,bir çox doğru və bir o qədər də yalnış fikrin olmasıdır.Amma unutmamaq lazımdır ki, bir çox böyük kəşfə yol açan da yenə bir sıra fikirlərdir.Bəzi insanlar bütün qüvvələriylə bunların doğruluğuna inanıb, bunu ortaya çıxartmağa çalışarkən, bir çox yeni həqiqət kəşf ediblər.Belə böyük bir maraqğın varlığı,hadisəni kənardan izləyənə qəribə və şizofrenik görünsə də ,bu heç bir zaman hər hansı bir mühakimənin və ya izahın yalnış oldğunun sübutu ola bilməz.

Keçərliliyin ölçüsü,adamı o marağa çəkən səbələrin psixoloji analiziylə müəyyənləşə bilməz.Burda önəmli olan, gətirilən sübutların məntiqli bir düşüncənin əsas anlayışlarıyla paradoksal olub-olmamasıdır.

Freyd daha sonra dinin illyuzonist ( xəyala söykənən) xarakterini göstərmək cəhdini də keçərək, dini bir təhlükə olaraq açıqlamağa yönəlir.Freyd üçün din bir təhlükədir,çünki,tarix boyunca özünə bağladığı bir sıra neqativ qurumların cəmiyyət içində yerləşməsinə imkan yaratmışdır.Sonra insanlara bir xəyala inanmağı öyrədir.Daha da önəmlisi ,tənqidi düşüncənin qarşısının alınmasına, beləliklə də zəkanın korlaşdırılmasına səbəb olur.Bu tənqidlər renesans dövrünün bütün mütəfəkkirləri tərəfindən kilsəyə qarşı yönəldilmişdi.Amma Freyd düşüncə sistemi içində bu tənqid, on səkkizinc əsr filosoflarınınkından çox fərqli bir bir biçim qazanmışdır.

Freydin analitik çalışmasında ortaya qoymaq istədiyi, tənqidi düşüncənin yasaqlanmasının müəyyən bir nöqtədə digər sahələrdəki tənqidi qabiliyyətlərin də zəifləməsinə səbəb olduğudur.Beləliklə Freyd bu qadağanın ,ağlın gücünü əngəlləyəcəyini də iddia edir.

Freydin dinə qarşı yönəltdiyi 3-cü tənqid, əxlaqı çox şübhəli bir əsasa oturtmasıdır.Əgər əxlaqi qaydaların keçərliliyi, bunların tanrının əmri olmasına bağlıdırsa ,əxlaqın gələcəkdəki varlığı ya da yoxluğu tanrıya olan inanca bağlı olaraq dəyişəcəkdir.Freyd dinin bir çöküntü ,geriləmə içində olduğunu görürdü.Əgər din ilə əxlaqın bir-birlərinə olan bağlılığı qoparılmasa,gələcəkdə insanların bütün dəyərələri təhlükəyə düşəcəkdir.

Freydin dinin təhlükəyə düşürəcəyindən qorxduğu ideallara və dəyərlərə beləliklə gün işığına çıxmış olurdu.Ağıl,bəşəriyyətin acılarının azaldılması və ənənəvi əxlaq Freydin tənqidləriylə razılaşmaya bilərik.Çünki o ,inandığı idealın nə olduğunu açıqca söyləmişdir.İnsan sevgisi, həqiqi azadlıq. Önəmli olan Freydin bu əsas inanclarını qavramaq və bunlarla razılaşmaqdır.

Azadlıq və ağıl, Freydə görə növbəli şəkildə bir-biriylə əlaqəlidir.İnsan patriarxal bir tanrı illyuziyasından vaz keçdiyi anda, kainatdakı yalnızlığını və anlamsızlığını başa düşər. Ata evini tərk etmiş bir uşaq kimi məhzun və şaşqın şəkildə ortada qalar.bax bu xəst və bəsit fikrin keçilməsi, insani təkamülün ən önəmli məqsədidir.İnsan özünü, cı da olsa gerçəyi tam olaraq görəbiləcək və qəbul edəcək biçimdə inkişaf etdirməyə məcburdur.Öz gücündən başqa güvənəcək heç nəyi olmadığına inansa, o gücünü doğru və yerində istifadə etməyi öyrənəcəkdir.Onu təhdid edən və qoruyan bir avtoritetin şüuraltı təzyiqindən qurtula bilən insan, ağlının gücündən istifadə edib , dünyanı və dünyadakı öz yerini ,vəzifəsini qavraya bilər.Öz başına düşünməyə cəsarət etməyin yeganə yolu,özümüzü yetkin olaraq dərk etmək və bəlli bir avtoritetdən qorxan,ona bağlı bir uşaq kimi davranmaqdan vaz keçməkdir.Bunun tərsi də eyni şəkildə doğrudur.

Ancaq öz başımıza düşünməyi bacardığımız zaman, o avtorietin hakimiyyətindən özümüzü qurtara bilərik.Freydin çarəsizlik duyğusunu,dini həyatın qarşılığı olaraq göstərməsi çox anlamlıdır.Çünki bir çox teoloqlar və bir ölçüyə qədər Yunq vərdiş və gücsüzlük duyğularını,dini faktların əsası olaraq sayırlar.Freyd isə dolayı yoldan olsa da dini yaşantının təməlini,azadlıq hissi və insanın öz gücünün dərk etməsi olaraq açıqlayır.Daha sonra bu əsas ayrımın din psixologiyasında nə dərəcədə önəmli problemlərə yol açdığını da göstərməyə çalışacağam.indi yunqa dönəcək olsaq, onun demək olar ki, hər nöqtədə Freydlə əks qütblərdə olduğunu görürük.Yunq, çıxış nöqtəsinin əsas prinsiplərini açıqlamaqla işə girişir.Freyd, Uilyam Ceyms Devi və Makmürrey kimi ixtisası filosofluq olmasa da,hadisəyə psixoloji və fəlsəfi prizmalardan yanaşarkən, Yunq kitabının əvvəlində bu açqlamanı eləyir : ” özümü sadəcə faktların müşahidəsi ilə məhdudlaşdırmaq və hər cür metafizik ya da fəlsəfi yanaşmadan qaçmaq istəyirəm.” Sonra isə psixologiyayla dini,fəlsəfi düşüncə formalarından qaçaraq necə analiz edəcəyini göstərir.Öz baxış prizmasını “ Faktçılıq” adlandırır.Yəni maraqlandığı mövzular ,olaylar ,eksperimentlər və yaşanmış xatirələr,qısacası – faktlardır.Bu faktın gerçəkliyi isə bir olaydır, bir mühakimə yox.Məsələn, psixologiya elmi bakirəlik pozulmadan doğmaq motivini ələ alanda, yalnızca bu faktın varlığı ilə maraqlanır.Bu düşüncənin doğru və ya yalnış olması onun araşdırma sahəsinə daxil deyil.Bir düşüncə var olduğu anda psixoloji cəhətdən doğrudur.Bir düşüncənin obyektiv ola bilməsi üçün böyük insan qrupları tərəfindən ortaq olaraq qəbul edilməsi gərəkdir.

Yunqun dini necə analiz elədiyini,açıqlamdan əvvəl yeri gəlmişkən metodoloji ehtimallarını yaxşıca tənqid etmək istəyirəm.Yunqun gerçəyi izahetmə texnikası tutarsızdır.Gerçəyin bir fakt olmayıb,bir hadisə olduğunu irəli sürür.Yəni, bir fil var olduğu üçün gerçəkdir.Amma gerçəyin hər zaman və məcburi olaraq bir mühakiməyə söykənməsi gərəkdiyini unudur.Gerçək yalnızca bizim hiss orqanlarımızla dərk edib müəyyən sözlərlə adlandırdığımız görüntü və tzahürlərin br təsviri deyildir.Yunq bir düşüncənin var olduğu anda psixoloji olaraq doğru olduğu nəticəsinə gəlib.Fəqət bir düşüncənin varlıı,onun bir yanılma ya da bir gerçəyə bərabər olmasıyla bağlı deyildir.Yenə bir düşüncənin var olması, onun heç vaxt mütləq var oluşu ilə doğru olması nəticəsini də doğurmaz. Bir psixiyatr belə, bir düşüncənin doğruluğu ilə maraqlanmadan ,yəni onu mütləq bir fakt olaraq götürüb işləyə bilməz.Başqa cür desək, xəstənin yenidən yaşamağa çalışdığı hadisəyə olan marağını bilmədən, o düşüncənin şəxsi bir aldanma və ya paranoyak bir yanaşma olduğuna qərar vermək olmaz.

Yunqun fərziyyələri yalnızca psixiyatrik prizmadan yox, təmsilçisi olduğu relativizm ( Nisbiyyətçilik) yönündən də tutarsızdır.Freyddən fərqli olaraq din tərəfdarı kimi görünsə də , həqiqətdə Yunqun fikirləri, Yəhudilik,Xristiyanlıq və Buddizmə əks düşür.Çünki bu dinlər gerçəyə çatmaq cəhdini insanın ən önəmli vəzifəsi olaraq görürlər.Yunq, öz mövqeyinin çətinliyinin fərqindədir amma bunları çözmək üçün seçdiyi metod tutrlı deyildir. Subyektivlik və obyektivlik anlayışlarının nə dərəcədə elastik və dəyişkən olduğuqları açıqdır. Buna baxmayaraq Yunq, bu iki varoluş formasını bir-birindən ayırmağa çalışır.Ona görə obyektiv olan bir şey , subyektiv olan bir digərindən daha doğru və daha keçərlidir.Obyektiv ilə subyektiv arasındakı fərqin təməli bir düşüncənin yalnızca bir fərdə aid olması ya da bir cəmiyyət oalraq paylaşılması faktlarında yatır.Bəs yaxşı bizlər II Dünya müharibəsində milyonlarca insanın ortaq olduğu,kütləvi bir çılqınlığa şahid olmadıqmı ? Milyonlarca insanın ağılsız ehtiraslarının köləsi olaraq aldadıcı və xəstə düşüncələrə qapıldıqlarını, bunların arxasından qaçdıqlarını yaşamadıqmı?Onların bu yanlış düşüncələri fərdlərin tək başlarına yaratdıqları axmaqlıqlardan dahamı tutarlıydı?Bunları obyektiv olaraq açıqlamanın nə anlamı, nə xeyri var?Qısacası böyük insan kütlələrincə paylaşılması, bir düşüncənin doğruluğunu isbat etməz.Yunqun obyektiv və subyektivi bir-birilərindən ayırmaqda istifadə etdiyi metod, az öncə açıqladığım ,relativizm mövzusundakı yanaşmanın aynasıdır.Buradakı relativizm bir düşüncənin cəmiyyət tərəfindən qəbul edilməsini, onun keçərliliyi , gerçəkliyi və obyektivliyi üçün bir ölçü olaraq götürən sosioloji bir relativizmdir.

Bu metodik fərziyyələrini ortaya qoyduqdan sonra Yunq, din nədir ? mövzusundakı əsas görüşlərini açıqlamağa girişir.Dini yaşantının təbiəti nədir? Bu mövzuda Yunq, bir çox teoloqla eyni düşüncəni paylaşır.Bu yanaşmanı qısaca belə ifadə edə bilərik : Dini yaşantının (dinin) mənbəyi insanların özlərini, özlərindən üstün olan bəzi güclərə təvəkkülə təslim etmələridir.

Yunq dinin,Rudolf Ottonun “Numinosum” -deyə təsvir etdiyi və insani bir istəyə bağlı olmadan var olan dinamik bir varlığın ya da təsirin diqqətli və incəliklə izlənməsi olduğunu irəli sürür.Bu varlıq,insanı nəzarətdə saxlayır və onu idarə edir.İnsanlıq bu gücün (varlığın) yaradıcısı deyil yalnızca quludur.

Dinin bu təsvirindən,yəni insanın bir kənar qüvvə tərəfindən müəyyənləşməsindən sonra Yunq yeni açıqlamalara girişir.Yunqa görə təhtəlşüurun dini bir təbiəti var.

Təhtəlşüur, insan ruhunun fərdi yaşantısının bir hissəsi olaraq izah oluna bilməz.Bu daha çox bizdən asılı olmayan bir gücün, varlığımızın üzərindəki təsiri və əksolunmasıdır.

İnsanın röyasında öz təhtəlşüurundan bəzi səslər və müşahidələr hiss etdiyini iddia etməsi heç nəyi sübut etmir.İnsan küçədən gələn səsləri də, öz iç səsiymiş kimi sana bilər.Yəni bu aldadıcıdı və güvənsizdi.

Tək bir vəziyyətdə, bu səslərin öz kənar şüurlarıdan gələn səslər olaraq qəbul edilməsi mümkündür.Bu da, şüurlu bir bütünlüyün bir parçası və ya böyük bir dairə olması halında keçərlilik qazanar.Kiçik bir bank məmurunun dostuna işlədiyi bankı göstərib “ bu da mənim bankım…” deməsi kimidir bu.

Dinin və təhtəlşüurun belə təsvir edilməsinin təbii nətici olaraq Yunq, təhtəlşüurun bizim üzərimizdəki təsirlərinin “ təməl dini faktorlar” olaraq müəyyənləşdirdiyini müdafiə edir.Yəni dini dogmalar və röyalar dini faktorlardır, çünki bizdən kənardakı bir gücün bizi idarəetməsinin əksolunmasıdır. Yunqun məntiqi ilə ruhi xəstəlikləri də dini faktorlar olaraq açıqladığını isə əlavə etməyə gərək yoxdur.

Freyd və Yunqun dinə yanaşmalarını və onun qaynağını açıqlamaq cəhdlərini qısaca incələdik.Görəsən geniş yayılmış bu fikir “ Freyd dinə qarşıdır, Yunq isə yox” hələ keçərlidir ?Apardığımız analiz və qarşılaşdırma ,bu bəsitləşdirici fikrin tamamilə və ifrat olduğunu ortaya qoydu.

Freyd, insani təkamülün hədəfinin bu məqsədlərə çatmaq olduğuna inanır : Bilgi, (ağıl,gerçəklik,məntiq) insan sevgisi, acıların azaldılması, azadlıq və məsuliyyət daşıyacaq gücə çatmaq.Bu ideallar isə bütün böyük dinlərin əxlaqi təməlidir.Qərb və Şərq mədəniyyətləri, bu təməllər üzərinə qurulmuşdur.Konfutsinin, Lao-Tsenin,Buddanın, digər peyğəmbərlərin və İsanın idealları da həmişə bu idealları müdafiə edir.Bu dinlər və dərslər arasında (yer və zmaan,xitab edilən topluluğa görə) deyim fərqliliklərinin olması təbiidir.Məsələn, Buddanın ağırlığı acıların azaldılıb yox edilməsi önəm verərkən,peyğəbmərlər ədalət və anlayışlı olmağa önəm veriblər,İsa isə insan sevgisini əsas götürüb.Görünüşdəki fərqliliklərə baxmayaraq bütün bu dini öndərlərin, insanlığın inkişafındakı məqsədlər və formalar baxımından tam bir vəhdət içində olması qəribədir.

Freyd, dinin bu əxlaqi təməllərini müdafiə etməkdə və bu məqsədlərin gerçəkləşməsini önləyici olduqları müddətcə, fövqəltəbii və formal yanlarını tənqid edir.Fövqəltəbii güclərə və insandan üstün şeylərə tapınmağı, insanlığın inkişafındakı mərhələlərdən biri olaraq görən Freyd, bunların o çağlarda gərəkli və məcburi olduğunu, amma gərəyindən artıq gündəmdə qalanda insanlığın ruhi inkişafını əngəlləməkdən ötəyə getməyəcəyini müdafiə edir.Bu səbəbdən də, Freydin dinə qarşı olduğu yolundakı inanc yalnışdır.Belə bir hökmə varmadan öncə, onun dinin hansı tərəflərinə qarşı olub tənqid etdiyini,hansı tərəflərinə isə tərəfdar olduğunu araşdırmaq gərəkdir.

Yunq üçün isə dini yaşantı, özəl emosional bir müddətdir və insanın özünü bilmədiyi yüksək bir gücə təslim etməsi olaraq müəyyənləşir.Bu gücü istər Tanrı, istər təhtəlşüur deyə ifadə edək, nəticə dəyişmir.Yuxarıdakı müəyyənləşmə, Xristiyanlıq içində Luter və Kalvin təlimlərinin təməli olan bəlirli bir dini yaşantı formasını tam xarakterizə edərkən, o biri tərəfdən dini təcrübənin bir başqa tipiylə toqquşur. Həqiqətə bu nisbi yanaşması ilə Yunqun din anlayışı, Budduzm,Yəhudilik və İsa təlimləriylə toqquşur. Adı keçən dinlərdə insanın vəzifəsi , həqiqəti araşdırmaqdır və bu qaçınılmaz olan bir məcburiyyətdir.Pilatın gerçək nədir- deyə soruşması belə yuxarıdakılardan başqa bütün böyük dinlərdə, dinsiz bir hərəkət hesab olunur.Yəni bu prizmadan baxanda, araşdırmaq və iləri getmək cəhdi, günahla eyni mənalı olur.Freydlə Yunqun yanaşamalarını özətləyəcək olsaq, Freyd dini əxlaqi tərəfdən tənqid edərkən, fundamental dəyərlərini müdafiə edir və bu dəyərləri qorumaq əndişəsi ilə hərəkət edir.Bu səbəbdən yanaşmasını şübhəsiz “dindar” olaraq ifadə edə bilərik.Yunq isə dini məhdudlaşdırıcı bir formada psixoloji bir fakta endirib,bu yolla açıqlamağa çalışarkən,bir yandan da təhtəlşüura dini bir anlam qazandırmaq istəyir.