Pəncərələri mərkəzi küçəyə açılan möhkəm özüllü, enli divarlı, geniş dəhlizli, qapıları bürünc dəstəkli möhtəşəm, qədim bir bina. Birinci həyətdəki zalın, mətbəxin, gözləmə otağının qapıları bir dəhlizə açılır. Bir az irəlidə divar boyunca nizamla salınmış şitillik, sıra ilə düzülmüş gül dibçəkləri, müxtəlif ağaclar əkilmiş sarmaşıqlı bir bağ diqqəti cəlb edir. Həmin dəhlizin bir başı bağa enir, o biri başı isə kiçik bir həyətlə birləşir; burada tikişxana, camaşırxana, mətbəx, xidmətçilər otağı, kömür damı, paltaryuyan batareyalar, soba, toyuq hini və tualet kiçik bir kilsənin boyunca cərkə ilə düzülmüşdü. Odunu içəri həyətə keçirmək üçün burada böyük bir darvaza da var.
Merkadolar ailəsinin böyük və qədim evi. Xarici aləmlə əlaqəni kəsmiş, dünyadan əlini üzmüş iki qartımış qızla onların uğursuz ərə getmiş üç uşaqlı qardaşı qızı özlərini burada bu qaranlıq binada zülmətdəki kimi hiss edirdilər.




Sanki canlı həyatı, yaşayışı hara isə qovub çıxartmış bu bina xeyli vaxt idi ki, səssizliyə qərq olmuşdu. Ancaq bir neçə saat olardı ki, burada böyük canlanma vardı. Odlu, dəliqanlı, kor, şikəst adamların səslərindən ağız deyəni qulaq eşitmirdi. Lənət deməkdən, dua oxumaqdan camaatın dili qabar olmuşdu. Zabit çəkmələrinin dabanları, elə bil döşəməni uçurub dağıdacaqdı. Əsirlərin yalın ayaqlarının şappıltısı mahmız səslərini, silahların cingiltisini daha da artırırdı. Mərtəbələr isə sanki bu səsləri qəsdən toplayıb gurlaşdıran, sonra da güclü axınla havaya buraxan mikrafona bənzəyirdi.
Mərkəzi küçəyə taybatay açılmış pəncərələrdən torpaq rəngli köynək və yaşıl mundirlər geyinmiş zabitlər görünürdü. Gözlərini qırpmadan keşikçilər dayanmış dəhliz qapıları içəri girib-çıxanları sanki udmağa çalışırdı; adamlar minik və sanitar maşınlarından, «Cip» markalı maşınlardan düşürdülər. Çaparlar təcili teleqramlar gətirirdi. Həmişə təcili gətirdikləri teleqramlar hər dəfə də bir-birindən təcili olurdu; polis nəfərləri də poçtalyonlar kimi tez-tez görünürdu. Gələnlər içərisində yerli sakinlər də az deyildi. Bəziləri çağırıldığına görə, bir parası da özlərini gözə soxmaq üçün gəlmişdilər. Silahlı əsgərlərin dövrəsindəki zolaqlı paltarlı əsirlər səhra mətbəxini daşıyırdılar.
Dəqiqələr bir-birinə calanır, saatlar ötür, ötürdü. Vəziyyət hər an, hər saat dəyişirdi.
Xalalardan birinin qırışmış, sulu gözləri gah generalın, gah mayorun, gah da polkovnikin üzündə gəzirdi. Bu zabitlər axınında ayırd elə, görüm, kim hansı rütbənin sahibidir? Qarıya əvvəlcədən xəbər vermişdilər ki, baş qərargah onun evində yerləşməlidir.
Qərargah rəisi alçaqboylu, kök, dazbaş bir adam idi. Başının ortasında tük olmadığından qalan yerləri də ülgüclə tərtəmiz qırxdırmışdı. Dolu gövdəsinə geydiyi mundirin; üstündə görünən başı elə bil anadangəlmə keçəl imiş. Yekə qulaqları olan batıq gözlü bu adamın mirvari dənəsi kimi» inci dişləri vardı. Danışanda dodaqlarının və göz qapaqlarının güncündə gülərüzlü adamda olduğu kimi, zərif qırışlar əmələ gəlirdi.
- Polkovnik Prinani de Leon.
- Bizim adımızı da ona söylə- deyə ağır eşidən bacı bərkdən dilləndi.
- Yaxşı, polkovnik, gəlin tanış olaq: Lus Merkado. O da bacım Sofiyadır. Bu isə, bu gələn, bizim bədbəxt... baxtıqara... qardaşımızın bədbəxt qızı, Veleriya Merkado de...
- ...de Naxarro,- deyə qarıların mərhum qardaşının qızı Valeriya yaxınlaşaraq cavab verdi. Əri, məşhur Çus Naxarro itkin düşdüyü gündən bəri gənc senyorinada yaranan ruh düşgünlüyünü əsgərlərin gəlişi yox etdi. O sanki birdən-birə dirçəldi.
- Senyorita, hərçənd...- Prinani de Leon gözlərini qarıların bədbəxt qardaşının qızından çəkmədi. O, hədsiz dərəcədə gözəl, gənc bir qadın idi. Limon rənginə çalan üzünün dərisi par-par parıldayırdı. Saçları kimi qara gözlərində illərin kədəri, qüssəsi yatırdı.
- Senyorita, sizi təngə gətirdiyimiz üçün bizə mozalan da deyə bilərsiz. Başa düşürəm, hər şeyi başa düşürəm. Özü də bu ağır gündə. Özünüz yaxşı bilirsiniz ki, muzdlu qoşunla ölkəmizə hücum ediblər. Ordunun gəlməsi münasibətilə göstəriş vermişəm ki, evinizə, avadanlığınıza heç bir xətər yetirməsinlər. Əmin ola bilərsiniz ki, hökumət sizin yaxşılığınızı itirməyəcək. Çəkdiyiniz əziyyətin əvəzini onqat ödəyəcək. Bu gündən heç bir çətinlik sizi qorxutmasın.
...Qəragah rəisi polkovnik Prinani de Leonu başqa rütbəli şəxslər müşaiyət edirdi. Çox keçmədən qarılara xəbər verdilər ki, qəragah onların evində yerləşəcək; zabitlər bir göz qırpımında qonaq otağına və mətbəxə doluşdular. Valeriya özünün və uşaqlarının çarpayısını mətbəxlə yanaşı otağa keçirtdi. Sümükləri kövrəlmiş xalalar palpaltarlarını da götürüb allaha daha yaxın olsunlar deyə kilsəyə keçdülər. Bu onların dindarlığından yaranan sadiqlik idi. Kilsədəki müqəddəs allahların gözləri şüşədən olsa da hər halda onlar gözəl kişilərdir. Ona görə də bu müqəddəslərin hüzurunda soyunubkeyinməyi qarılar özlərinə qəbahət sayırdılar. Həm də qarılar dönədenə allaha yalvarırdılar ki, özlərini məhrəm apardıqlarına görə bu günahı onların ömründən saymasın.
- Bu nə vəhşilikdir! Yoxsa özünü istətmək xəyalına düşmüsən? Ora-bura az boylan, eşidirsənmi? Tapdığın ər sənə layiq deyilsə, daha gecdir, bu fikri başından çıxart!
- Yox, bibi, mən heç də başqa məqsədlə baxmıram. Dedim, bəlkə, bir tanışdan-zaddan oldu. Çusun yaxın dostlarından birini tanıyırdım, ona oxşatdım. Ancaq o deyilmiş.
- Çus!.. Çus!.. Çus!!! Onu yadımıza saldığın üçün çox ayıb olsun sənə. Yaxşı ər olsaydı, uşaqları üstünə atıb qaçmazdı! Bu oyunu heç kim açmazdı, o bizim başımıza açdı. Hə, yalan deyirəm? Biz olmasaydıq, sədəqə toplayanlardan biri də sən idin.
...Polkovnik Prinani de Leon toz basmış «Cip»dən düşdü. Görkəmindən o, yarasaya oxşayırdı. İri başı sarı hörümçək toru ilə örtülmüşdü.
Əlcəyini tərləmiş əllərindən çıxartdı, barmaqlarının ucu ilə fırladıb stolun üstünə atdı. Ölü siçan addımları ilə yaxınlaşıb stola seykəndi və əllərini havada oynadaoynada ucadan dedi:
- Mənim cəsur yoldaşlarım! Əziz zabitlərim! Basqın darmadağın edildi. Çoxlu əsir almışıq. Onların arasında bir neçə «yağlı balıq» və çoxlu əcnəbi var. Yaxşı qənimətdir. Biz bunu layiqincə qiymətləndirərik. Bu böyük qazanc ordumuzun kiçik həmləsindən sonra oldu. Tezliklə əsirləri pəncərələrin qarşısından keçirib aparacaqlar.
Küçələrə, meydançalara və əsirlərin keçdiyi yerlərə çoxlu camaat toplaşmışdı. Basqınçı ordu tərəfindən muzda tutulmuş bu əsirlərin çoxu başqa qonşu elgələrdən idi. Qıvraq geyimli, hündürboylu adamlar laldinməz dayanmışdılar. Cırcındır paltarda olanlar da vardı. Uzunqanad sombrero lar, dəri səndəllər keyənlər də az deyildi. Ağır, boğucu havanın kəsif iyi ətrafı bürümüşdü.
Dördüncü kalona gecikdiyindən Merkadoların yaşadığı evin qarşısında dayandı. Yüksək rütbəli şəxslərlə birlikdə qarılar da, Valeriya da öz uşaqları ilə pəncərələrdən zavallı əsirlərə tamaşa edirdilər.
Valeriya özünün ən yaxşı paltarını keymişdi. Ağ parçadan tikdirdiyi üst keynəyi parpar parıldayır, bəyaz sinəsini daha da işıqlandırırdı. Uzun, dar donu öpürdü. Sanki o, polkovnik Prinani de Leona hədiyyə kətirilmiş bir səhləb külü idi. Elə bir külün budaqlarındakı quşlar da uçub Valeriyanın çiyinlərinə qonmuşdu ki, onun gözəlliyini öz şərqiləri ilə bəzəsinlər. Bu səhləb çiçəyinin çılpaq qollarını bilərzik, qulaqlarını tana, boynunu isə sarı daşqaşlar öpürdü. Bir sözlə, başdanayağadək keyinibkecinmiş bu qəşənk qadının gözəllikdə tayıbərabəri tapılmazdı. Polkovnik Prinani de Leon demişkən, o, vətən düşmənlərinin məğlub olması münasibətilə bayram edirdi. Onun gözəl, bəlağətli danışığı kimdə ola bilərdi?!
Toz-torpağa bulaşmış əsirlər ayaqlarını güclə sürüyürdülər. Yol çantaları ağır daş kimi çiyinlərindən asılmışdı. Valeriya xalası Lusun çimdiklərinə və dümsüklərinə baxmayaraq zabitlərlə eyvanda deyib-gülür, sanki qələbədən ruhlandığını güclə sözdirmək istəyirdi. Qarıya elə gəlirdi ki, sevincdən pıqqıltısını güclə saxlamağa çalışan Valeriyanın təbəssümü hamını özünə cəzb edir.
Bu vaxt Valeriya öz ərini əsirlərin arasında gördü. Onun başında enlikənarlı sombrero vardı. Ayağını güclə sürüyürdü. Baxışları da əvvəlki kimi idi. Başını qaldırıb arvadını eyvanda görəndə Çusun dodaqlarından istehzalı bir külüş qopdu.
Kar xalasının çimdikləri və Lus xalanın dümsükləri Valeriyanı susmağa məcbur etdi. O, həyəcanını güclə boğdu. Çus Naxarro da başqa əsirlər kimi keçib götdi. Bu mənzərəni oradakılardan heç biri başa düşmədi. Lakin Çus böyük atasını görən kimi qışqırdı:
- Ata! Atacan! Ata!..
Gecə qurtarmaq bilmirdi. Elə bil heç qurtarmayacaqdı da. Qapının ağzındakı keşikçi saat kəfkiri kimi tez-tez gedib gəlirdi. Evin yastı damındakı keşikçilər də silahlarını yerə döyə-döyə nahaq yerə iti addımlarla kəzişirdilər, onsuz da kecə qurtarmaq bilmirdi.
Bu vaxt ərzində Valeriya bir neçə dəfə dəhlizdə ayaq saxlamış, neçə dəfə vestibülə çıxmışdı... Görəsən, polkovnik gəlmədi? Bu sual Valeriyanın gözlərindən oxunur, onun sakitliyindən eşidilir, həyəcanlı nəfəsindən duyulurdu.
O, xeyli qabaqda plaşlara bürünmüş bir dəstə adama yaxınlaşdı. Onlar qaranlıqda kağızın üstünə nə isə çəkirdilər. Bu adamlar arabir öskürürdülər də. Valeriya onlardai polkovniki soruşdu. «Gəlməyib» deyə müxtəsər çavabla onu başlarından etdilər.
Ayağı qılıncla yaralanmış bir zabit dedi ki, polkovnikn tacili paytaxta çağırdılar. Valeriya isə onu sorğusuala tutdu:
- Bu gün gələn əsirlərdən nə xəbər var? Onları hələ paytaxta aparmayıblar ki?..
- Yox, hələ burdadırlar. Əgər bu avaraların ixtiyarı mə!nim əlimdə olsaydı, hamısını qılıncdan keçirərdim.
- Görəsən, onları burda çoxmu saxlayacaqlar?
- Təkcə bu kecəlik. Polkovnik paytaxtdan əmr kətirməlidir: ya nəfəsini kəsmək, ya da!..
Xalalar uşaqlar yatan çarpayıların arasında şam yandırzdışdılar. Müqəddəs şamın yağı sanki səmimilikdən əriyib dibinə tökülmüşdü. Şam öz zəif şöləsi altında qızılgülü xatırladırdı. Valeriya polkovnik Prinani de Leondan əri«in buraxılmasını xahiş etməliydi. Nəyin bahasına olursa olsun əri bu kecə azad edilməlidir. Yoxsa onu paytaxta aparıb, mlühakimə edəcək, sonra da kim bilir, eh, nə öldüsü məlum olaşq, nə də qaldısı...
Xalaların onları dərdə, qəmə salan, həsrətə yoldaş edən məşhur Çus Naxarroya bərk acıqları tutmuşdu. Axı onu- Valeriyanın ərini küllələyə bilərdilər. Eh, yaxşı deyiblər ki, dərd bir olsa nə vardı... Bəs uşaqlar?! Qardaşı uşaqları- nəvələri! Onlar yetim qalmazdılarmı?! Xalalar qocalıb əldən düşmüşdülər. Bəs balacaları kim tərbiyə edəcək, onları boya-başa kim çatdıracaq?!
Dəhlizə çıxmağa ehtiyac qalmadı. Gələn polkovnik Prinani de Leon özü idi. O, zala keçib, arxası qapıya tərəf dayaNaraq yazı masasının yanında əlcəklərini çıxarmağa başladı. Ayaq səsləri eşidən kimi çevrildi. Valeriyanın gəlişi polkovniki heyrətləndirdi. Külən kuklalarda olduğu kimi onun üzündəki süni təbəssüm bu gözəl qadında ümid doğurdu. Polkovnik onu heyrətə salan qadının yaxınlaşmasını gözlədi. Hardansa bir zabit bu vaxt kabinetə daxil olmaq istədi, ancaq qorxusundan böyüyünün üzünə belə baxmadan uzaqlaşdı. Onlar qarşıqarşıya dayanaraq tək qaldılar. Ançaq Valeriya sözə başlamazdan qabaq kim isə əvvəlcə boylandı, sonra isə onlara tərəf gəldi. Bu, Lus xala idi.
- Senyor polkovnik,- qarı dilləndi,- qanuni hökumətə qulluq göstərmək üçün biz evimizin qapılarını sizin üzünüzə açdıq. Biz bunu çox səmimiyyətlə, ürəyiaçıqlıqla etdik...
- Bizə göstərdiyiniz xidmətə görə, senyorita, hökumətə ağızdolusu danışmışam. Bu nədir, senyora, yanılmıramsa, çox həyəcanlı görünürsünüz. Bəlkə, bir sözünüz var? Çəkinməyin, deyin...
- Senyor polkovnik, sizin yanınıza çox əhəmiyyətsiz, kiçik bir xahişə gəlmişik,- Lus xala dilləndi.- Bədbəxtlikdən dünən bizim görpələrin atası da bu pəncərənin qabağından keçən adamların arasında idi. Çox təvəqqe edirik ki...
- Adı nədir?
- Xesus Naxarro...
- Xesus Naxarro? Hə, elə bir adam var... Özü də kapitan rütbəsində.
- Nə kapitan, canım, o ki sərsərinin, ağılsızın biridir.- Lus xala onun sözünü ağzında qoydu.- Bacımla mən onu paytaxta aparıb bir parça dükanında işə düzəltdik. Dedik, bəlkə ağıllanıb, düzgün yola düşər... O isə mağazanı atıb qaçdı. Bu da axırı, onun taleyi indi sizin əlinizdədir.
- Bu çox ciddi məsələdir, senyora, çox.
- Senyor polkovnik, bu sizin əlinizdə su içmək kimi asandır. Hər şey sizdən asılıdır. İcazə verin qalsın burda. Biz də ona yorğan-döşək verə bilək.
Uzun sükutdan sonra başçı dodaqlarını araladı:
- Hm... Bunu edə bilərik...
Qadınların ikisi də təkcə bu sözlərdən sonra rahat nəfəs aldılar. Polkovnik sözünə davam etdi:
- Çox gözəl, əla, qalar bu qəşənk yerdə, heç kim də görə bilməz. Şeylərinizi göndərin, arxayın olun, əmr verəcəyəm.
- Senyor polkovnik, söz verin ki, ərimi burada saxlayaçaqsınız,- deyə Valeriya daha da arxayın olmaq üçün soruşdu,
- Mənim senyoram bu işə tamamilə əmin ola bilər...

***

Gözəl bir yaz səhərində xalalar müqəddəs San Xudas Tadeonun qarşısında diz çöküb dua etmək üçün kilsəyə götmişdilər. Xidmətçi qız Çus Naxarroya nahar kətirəndə uşaqları da özü ilə aparmışdı ki, atalarını görsünlər. Valeriya bağın sıx bir kuşəsində çarhovuzun yanında dayanıb uzun və qara saçlarını darayırdı. Onun bir yerdə qərar tutmayan baxışları xəfif yırğalanan suya zillənmişdi.

Fəvvarədən tökülən su zərif qatlarla ətrafa yayılır, qırçınlar əmələ kətirirdi. Qatmaqarışıq fikirlərin əlində əsir olan Valeriya ağırağır ona yaxınlaşan naməlum ayaq səslərini eşitmirdi... Çəkməsi ilə yerdəki otları vuravura kim isə ona tərəf gəlirdi. Gələn adamın üzü çarhovuzun suyu kimi təbəssüm qırışları ilə örtülmüşdür. O, arxadan Valeriyanın əllərindən tutub, dodaqlarından epməyə çalışdı, Valeriya başını döndərəndə polkovnik onun boynuna yünkülçə toxundu.
- Ah, necə də gözəl xalınız var! Onu yaraşıqlı çiyinlərinizlə birlikdə yerlidibli dişləmək necə də xoş olardı! Bu mənim ürək sözümdür, xahiş edirəm, məni dinləyin! Mən sizə vurulmuşam. Naxarronun burada qalmasına ona görə icazə verdim ki, siz ərinizin ardınça paytaxta götməyəsiniz. İndi o həbsdədir, mən isə sizi itirməyimə heç də qorxmuram. Siz mənimlə hər bir munasibətə kirişə bilərsiniz: kəzməyə dəq sehbətə də vaxt tapılar. Etinasızlıq edib məndən qaçmayın! Yaxşı bilirsiniz ki, ərinizin taleyi mənim bir sözümdən asılıdır. İstəmirəm ki, onu paytaxta aparıb küllələsinlər. Unutmayın ki, sizdən də çox şey asılıdır. Gərək mənim fikrnmlə razılaşasınız.
Valeriya polkovnikin yanında «Cip»də əyləşmişdi, gələkötür yolla irəliləyən maşın onu bərk silgələyirdi. Yalnız ertəsi gün, hər şey qurtardıqdan sonra sanki dünyaya yenidən qayıtmışdı. Ağır bir kədər onu üzürdü. Heç vaxt içkidən doymayan adamlar kimi götdikcə şiddətlənən bir yanğı onu bürüyürdu.
Valeriya bütün günü yatdı. Oyanarkən nəzərləri ağzının qanlı suyu və göz yaşı ilə islanmış yastığa ilişdi. Özü də hiss etmədən yuxuda dodaqlarını və dilini dişləmişdi. Ağzının içi bərk ağrayırdı. Sanki çənəsini aşağı dartmışdılar. Qarnı köpmüşdü. Ona elə gəldi ki, qıçları da uzanıb. Mələfələrdən nişasta iyi gəlirdi. Gözlərini ağ parçaya zillədiyi üçün heç nə görmürdü. Yalnız vaxtın sürətlə necə keçdiyini hiss edirdi.
O öz otağından axşamüstü çıxdı. Bu kecəni dəhşətli bir vahimə gözləyirdi. Prinani de Leon söz verib ki, Naxarronu paytaxtda saxlayacaq. Bəlkə saxlamadı? Yox, yox, bu ola bilməz. Polkovnik vədini yerinə yetirməlidir. O həm də söz verib ki, ərini azad edib evinə, arvadının yanına kendərəcək. Bu, Valeriyanın şübhələrini tamamilə dağıdırdı. Kimin ağlına gələrdi ki, Naxarro baş qəragahın yerləşdiyi binada gizlənib. Bəs xalaları, bəs uşaqlar?.. Onları şəhərin kənarındakı fermaya da köndərmək olardı.
Bərk dilxor olmuş Valeriya göz yaşını güclə qurutduqdan sonra başını qaldırıb, qaranlıq otaqdakı müqəddəs atanın şəkli enündə yanan zəif şamın alovlu dilinə baxdı. Bu vaxt polkovnikin müşaiyəti ilə gələn ərinin silueti qapının ağzında göründü. Ona elə gəldi ki, bu yuxudur. Yox, bu həqiqət idi.
Valeriya Çusu qucaqlamaq üçün çarpayının qırağından dik atıldı. Çus arvadını bağrına basdı. Sanki düyün düşdülər. Prinani de Leonun quru səsi bu duyünü çox asanlıqla açdı:
- Siz öz azadlığınız üçün, Naxarro, bu gözəl qadına borclusunuz. Arvadınızın xalaları öz evini bizə verdiyinə görə mənim minnətdarlığıma layiqdirlər...- Valeriyanı iti baxışları, polkovnikin eyhamlı, təhqiredici sözlərini dəf etdiyindən o axıracan danışa bilmədi.- Mən icazə verdim ki, elz burada, arvadınızın yanında gizlənəsiniz. Müharibənin axırınadək burda qalarsınız. Yaddan çıxarmayın ki, qanunqaydanı pozub, suiistifadə edib sizi buraxıram.
- Polkovnik, inanın ki, sizə təşəkkür etməyə söz tapmıram.
- Siz bunu öz qadınınıza edin. Təşəkkürə uşaqlarınızın anası layiqdir. Həm də ona deyin ki, yer üzündə sizdən ağır cinayətkar yoxdur. Mənə heç bir minnətdarlıq lazım deyil.

Uşaqlarınıza isə yaxşısı budur ki, heç vaxt bu barədə danışmayın. Qoy bilməsinlər ki, onların atası vaxtı ilə öz vətəninə basqın edən xarici qüvvə ilə əlbir olub.
Polkovnik bu sözləri deyib söhbət üçün mevzu olan kukla sifətini dəyişdirmədən otaqdan çıxdı. Elə bil, eybəcərliklə söyüş onun sifətində calaq edilmişdi. Polkovnikin monoloqu yorğun gözətçilərə qalib gəlmiş yuxunu dağıtdı.
- İnanmıram, qətiyyən inanmıram ki, burda çox qala biləm. Ümidimi üzməsəm də bilirəm ki, çox çətin olacaq. Bu polkovnik çox səfeh adamdır. Biz qalib gələndən sonra mən onunla haqqhesabı çürütməliyəm.
- Ancaq, Çus, bir şeyi başa düşmürəm, sizi ki, qırıb qurtarıblar. Bəs necə qalib gələcəksiniz, hə, kimlə? Xəyalpərvər olma. Çus, boşla götsin bu puç fikirləri.
- Bizi ancaq torpaqda qırıblar, bəs səma, biz indi səmadayıq, səmada. Bir azdan təyyarələr gələcək. Qrinqlərin təyyarələri bizə qələbə qazandıracaq, qələbə. Bax buna görə sənə deyirdim ki, ümid yeri var. Görərsən, bu məsələ bir neçə gündən artıq çəkməz.
- Göydən bomba töküb şəhəri yerlə yeksan edəcəklər... Camaatı qıracaqlar ki...
- Bəli, qələbə üçün bu çox vacibdir!.. Gərək hər şey bizim •əlimizdə olsun... Qrinqlər hakimiyyət başına bizi keçirəcəklər...
Həmin gecə hava döyüşü başlandı. Buna dava deməzdilər, qırğın oldu, qırğın. Naxarronun dediyi təyyarələr fasiləsiz olaraq kecəgündüz, müdafiəsiz, silahsız bir elkəyə ölüm, fəlakət yağdırdı.
Bomba partlayışından və hava maşınlarının nəriltisindən əhali lərzəyə düşmüşdü. Valeriya dəli olmuş kimi bir yerdə qərar tutmur, evin bu başından bu başına qaçır, oradakılarla üzüzə gəlib söhbət edəcəyindən qorxurdu. Qorxurdu ki, xalaları ilə, zabitlərlə, polkovniklə söhbətə kirişsə ağzından söz qaçırar və bu dəhşətli bombalara görə ərini təzədən günahlandırarlar. Bəlkə car çəkib bunu hamıya bildirsin... Bütün insanlıq naminə qışqırıb baş qəragahın binasında gizlənmiş ərini ələ versin... Koreyanı bombalayan təyyarələrlə qrinqlər indi də müdafiəsiz şəhərlərin canına düşüb, onun torpağını yoğururdular. Bəlkə, əri də bu «qonaqları» çağıranlardan biridir!? Belə olsa yüksək rütbəli şəxslərdən amerikalılara satqınlıq edənin kim olduğunu da yəqin bilir. Əgər belə deyilsə, haradan bilir ki, qanuni hökumət son günlərini yaşayır.Naxarro bir şeyi başa düşmürdü. Təkcə bir şey ona qaranlıq görünürdü. Nə üçün Valeriya son vaxtlar ayağını onun otağından kəsib, seyrəkseyrək gəlib gedir? Valeriya deyirdi ki, uşaqlarla teztez fermaya götdiyi üçün onun yanına gələ bilmir. Arvadı gəlmədiyinin səbəbini belə izah edirdi. Valeriya əri ilə söhbət zamanı onun üzünə baxmayanda və əri ilə kenülsüz, qırıqqırıq danışanda Naxarronun şübhələri daha da artırdı. Son zamanlar arvadı ərinin gözünə baxmaqdan qaçırdı. Əgər Naxarro əlləri ilə arvadının çiyninə toxunsaydı Valeriya elektrik vurmuş kimi dəhşətə gəlirdi. Aydındır! hər şey bəllidir! Deməli arvadı onun azadlığını və həyatını Prinani de Leondan namusu bahasına satın alıb. Yəqin sonralar da görüşüblər, deyəsən, elə indi də Valeriya ona aşiq olub.
Naxarro siqareti siqaretin oduna yandırdı. O, papirosları çəkmirdi, onları çeynəyirdi, yeyirdi. Əlləri ağrıyanadək yumruqları ilə divarı döyəcləyirdi. Onun yekanə təsəllisi təyyarələrin kurultusunu və uzaqdan atılan bombaların partlayışını eşitmək idi. Hər partlayış, hər kurultu «onun intiqamını» qələbəyə doğru bir addım yaxınlaşdırırdı.
Həmin axşam Valeriya evə qayıdanda halı özündə deyildi, sanki zəhərlənmişdi. Soyunmadan özünü yatağına atdı. O, qulaqlarına hopmuş təyyarə uğultusunu güclə ayırd edib, onların hansı səmtə gəldiyini izləməyə çalışırdı.
- Eşidirsənmi, Çus, təyyarələrin nəriltisini eşidirsənmi? Çus, bu ki sənin öz vətənindir, bu ki sənin ana torpağındır...
Əgər hökumət bazar günü təslim olmasa, paytaxtın külünü keyə sovurub onu xaraba qoyacaqlar...
- Mənfur!.. Lənətə gəlmişlər! Lənətə gəlmiş qrinqlər. Görüm bu əcnəbiləri lənətə gəlsinlər.
- Sən dəli olmusan nədir?
-Yox-yox! Bəsdir, yetər! Bu uğultunu, bu nəriltini daha eşitmək istəmirəm.
- Ha-ha-ha!- Çus Naxarro təyyarələrin uğultusunu dinləyərək şaqqanaq çəkdi.- hahaha! Yazıq polkovnik üçün bu çox duzlu olacaq, lap çox!
Onlar qələbə qazana bilməzlər, Çus, heç vaxt! Bizim ki ordumuz var...
- Ordu? Ordunu satıblar...
- Bəs xalq?
- Silahsızdır..,
Təyyarələrin nəriltisi yorğun çöllərə dinclik vermirdi. Xalalar uşaqları da götürüb fermada gizlənmişdilər. Bu, təkcə uşaqları təhlükədən qorumaq yox, həm də orada qalıb hərbi çevrilişi gözləmək üçün lazım idi...
- Çus, paytaxtı dağıdırlar...
- Bu onların ilk planı idi. Əgər hökumət təslim olmursa, şəhəri tarmar etmək lazımdır. Məni isə maraqlandıran başqa şeydir. Söylə, de görüm onun məşuqəsimi oldun? Sən mənim həyatımı, azadlığımı namusunlamı aldın? hə, dillən!..
- Yox, heç vaxt, nə əvvəl, nə də sonra, Çus! Nə əvvəl, nə də sonra!..- kiçik sakitlikdən sonra.- Vaxtdır, yəqin indi şəhəri bombalayacaqlar...
- Get, bunu öz eybəcərindən xəbər al!
- Sənin kimi o da mənə cavab verməz,- doluxsunmuş halda Valeriya dedi,- daha mənim əsəblərim belə danışığa tab kətirmir. Bizim paytaxtın taleyi də Xirosima kimi olacaq... yerlə yeksan... nə fikirləşirsən, hə? Elə bilirsən ki, səni aldadıram? Axı, niyə inanmırsan ki, o, Lus xalanın xahişini eşidib səni azad etdi. Çus, sən əsirlərlə birlikdə həmin gecə pəncərə önündən keçəndə Lus xala yalvarıbyaxardı. Həmin gecə, özü də mənim yanımda. Körpələrin xətrinə, sənin buraxılmağın üçün az qaldı polkovnikin ayağından öpsün.
- Yaxşı, bəsdir! Onun mənfur sifətindəki hırıltını mən özüm öz əllərimlə siləcəm.
İlk partlayışdan sonra istər-istəməz ikisi də susdu. Çox keçmədi ki, təyyarələrin səsi yenidən eşidildi.
- Bəlkə, onlar buranı da bombalayacaqlar,- Çus dilləndi,- indi qayıdacaqlar ki, ara vermədən bomba yağdırsınlar, Gəl qaçaq! Onlar yaxşı bilirlər ki, baş qəragah burada yerdəşib. İkinci həmlədə buranı torpağa qarışdıracaqlar!
- Yox, sən burdan çıxa bilməzsən! Çus, sənin başın çox qiymətlidir. İndi onlar sənin meyidini belə axtarırlar, meyidini... Eşidirsənmi, buradan çıxma.
- Razıyam, səninlə birkə ölməyə razıyam. Sənin öz qurduğun tələyə düşməyini görmək lazımdır... İlahi, qrinqlərin sən olan evi bombardman etməsini görmək necə də xoşdur? Qoy onlar yanılmasınlar ki, bombanı hara atmaq lazımdır. Evi, hətta, otağı düzgün nişan alsınlar. Ay allah, bomba bura, düz bu otağın üstünə düşəydi... Sonra onlar paytaxta gedib oranın daşını daş üstə qoymayaydılar.
- Sən də bunu qələbəmi sanırsan?! Daha mən dözə bilmərəm! Canlı bir adamın həyata belə xor baxması heç yerdə görünməyib. Car çəkib hamıya deyəcəm! Mən bunu bütün aləmə bildirəcəm!..
Valeriya həmin Valeriya deyildi. O, saçları pırtlaşmış, dalğın halda, əlqolunu yellədəyellədə, qəm, ələm içərisində Prinani de Leonun bütün kecəni gözünü yummadan yuxusuz keçirdiyi otağa daxil oldu.
- Polkovnik!- o, var gücü ilə bağırdı.- Gəldim ki, ərim haqqında sizə xəbər verim... onu ifşa edəm... Vətənimizi xaraba qoyan, onu qrinqlərə satanlardan biri də mənim ərimdir... Bəli, xaraba qoyan! O gözləyir ki, paytaxtı tarmar etsinlər!
- Senyora,- polkovnik dilləndi,- mən gərək ərinizin əlini sıxam, o ki vətənpərvərdir...
Valeriya qulaqlarına inanmadı. Polkovnik yerindən durub Naxarronun otağına götdi. Valeriya da polkovnikin arxasınca yollandı. İrəlidə dəhliz, keçid, yenə də dəhliz...
- Naxarro!- polkovnik bir az kobudcasına dilləndi- bilirsinizmi, mən sizi nə üçün burda gizlətmişəm?..
Naxarro sanki daşa dönüb bərkimiş üzünü göstərmək üçün başını daha da dik tutdu. Gözlərini polkovnikin ona zillənmiş baxışlarından ayırmadan qəzəblə dilləndi. Onun kur səsi otağı başına götürdü:
- Bəli, bilirəm!..
- «Çöl pişiyi 33!». Aydındır, Naxarro, hər şey aydındırQ Mən də vətəni «xilas edən»lərdəkəm. Çöl pişiyi 33!..
Onlar birbirini qucaqlamaq istəyirdilər ki, Valeriya aralığa girdi.
- Yox! Yox! Bu ola bilməz!- O qışqırdı.- Siz heç vaxt qucaqlaşa bilməzsiniz! Polkovnik tələb etdi ki, sənin azadlığını məhəbbətimlə satın alım. Mən də sənin, ancaq sənin xatirinə hər şeyə razı oldum, sənin xatirinə, Çus, uşaqların xatirinə. Sənin həyatını qorumaq naminə...
- Yalandır, ağ yalan!- Naxarro onun sözünü ağzında qoydu.- Bir dəqiqə bundan əvvəl mənə yalvaran, günahını boynundan atan sən deyildinmi, hə? Demirdinmi ki, polkovnik səndən heç nə tələb etməyib. Mənim həyatım, azadlığım üçün Lus xalanın polkovnikə minnətçi düşdüyünü bir az bundan qabaq sızıldayasızıldaya söyləyən sən deyildinmi?!
- Polkovnik, danışın! Özünüz kişi kimi deyin, cəsarətli olun! Bunu sizdən bir qadın xahiş edir. Kişi olun, düzünü deyin. Məni öz «Cip»inizdə ön cəbhəyə kətirəndə elədiyinizi
boynunuza alın...
- Senyora, heç bu barədə söhbətin yeridirmi? Vətən təhlükədədir. Siz isə imkan vermirsiniz ki, «Azadlıq» və «Milli ordu»nun nümayəndələri qucaqlaşsınlar!
Bu an dəhşətli partlayış oldu. Kurultunun əks-sədası onların qulaqlarında səsləndi. Sanki hava dalğası oradakıların ayaqları altındakı deşəməni qoparmaq istəyirdi. Təyyarə uğultusu coşğun dalğa kimi otağı bürüyüb keçdi.
Elə bu saat şəhərin kənarına bomba düşdü!- deyən yekanə əsgər idi ki, Valeriya dəhlizdə rast gəlirdi. Qalanları isə silahlarını atıb əkilmişdilər. Küçəyə boylanan Valeriya mülki paltarda xeyli zabit gördü. Onlar «Cip»lərə və başqa maşınlara atılıb istədikləri səmtə qaçmağa tələsirdilər.
Onlardan biri Valeriyaya tərəf dönüb qışqırdı:
- Bəli, bəli... Şəhərin kənarına... Əlvida, polkovnik bizi satdı, ancaq biz qayıdacağıq... mütləq qayıdacağıq!..
Maşın qarşıdakı dönkədə gözdən itsə də «Qayıdacağıq» sözü hələ də havadan asılı qalmışdı.
...Paytaxt radiosu hökumətin devrilməsindən və yeni vəzifələrin bölüşdürülməsindən danışırdı. Prinani de Leonu əvvəlki hərbi işinə qaytarmışdılar. Ləyaqətli senyor Xesus Naxarro Meruanı hərbi Xuntun katibi vəzifəsinə seçmişdilər.
Fermadan köndərilən şəxs heç kimin ağlına gəlməyən, heç kəsin xəyalına sığışmayan bu dəhşətli səhnənin içərisinə soxuldu. O, ikitəgərli arabanı saxladı. Valeriya cəld arabaya qalxan kimi o da atı qamçılayıb göriyə çapmağa başladı.
- Fermada biz yaşadığımız yerin yaxınlığına bomba düşdü...- Bunu eşitcək Valeriya çaşqın halda külək dağıdan sözləri sanki gəlməgəlmə yığışdırdı.- Yox, yox, senyora, inanın ki, uşaqlara heç nə olmayıb... Lus xala isə rəhmətə götdi...
Yapon qərənfil kolları ilə bəzənmiş tabutda Lus xala yatırdı. Günəşin qızılı şüaları onun qar kimi saçlarını öpməkdən doymurdu. Kar bacısı onun sinəsinə əyilib çoxdan döyünməkdən qalan ürəyinə qulaq asmağa çalışırdı!
Bu vaxt pərdə arxasına kirən uşaqlar birbirinin arxasınca gizləndikləri yerdən çıxdılar: qabaqda siyirməqılınc böyük uşaq, onun arxasınca əlində tüfənk ortancıl, lap axırda isə əlində özündən böyük tapança tutmuş görpə uşaq görünürdü.
- Ana, anacan!- üçü də birağızdan qışqırdı,- o çöl pişiyi hanı? Biz onu öldürəcəyik!
Uşaqların bu sözlərindən qanı qaralmış anaya elə gəldi ki, «Çöl pişiyi» həqiqətən otaqdadır və elə özü də onu axtarır.
- Eh, mənim görpələrim, mənim şirinlərim... «Çöl pişiyi 33» qeyb oldu... Çox axmaq yuxu kimi. Bəli, biz yaxşı bilirik ki, axmaq yuxular tez keçib gedir...- ana bilmədi ki, ağlasın, yaxud göz yaşını udsun: «Axmaq yuxular keçib gedirlər, ayrılırıq, həqiqət isə... Bəs ondan, ondan niyə ayılmırıq, niyə?!»