Yasuoka Syotaro (1920) Keyo Universitetinin ədəbiyat fakültəsini bitirib. 1953-cü ildə «Qəmgin əyləncələr» və «Pis şəriklər» hekayətlərinə görə Akutaqava mükafatına layiq görülüb. O, «Yeni üçüncülər» ədəbi cərəanının görkəmli nümayəndələrindəndi. Əsərlərinin qəhrəmanları adi gün-güzaran keçirən sadə adamlardı. «Dəniz kənarının mənzərəsi» (1960) povestilə Noma mükafatını qazanmaqla yanaşı, yapon ədəbiyyatında öz yerini möhkəmlədib. «Fərarilik» (1956) povesti, «Pərdədən sonra» (1967) romanları bir çox dillərə tərcümə olunub. Akutaqava mükafatı münsiflər heyətinin üzvüdü.

Sələmçinin arvadı

İlk dəfə sələmçinin yanına getdiyim gün yadımdadı. Tanışım bunun yolunu başa saldı, bir dəfə axşam məhəllənin o biri başında yerləşən dükanın kandarından içəri adladım. Talvardan sallanan bambuk pərdənin altından keçib barmaqlıqlı qapını açanda, məni elə bir hiss bürüdü ki, elə bil, dəhşətli günah eyləyirəm – daha bu vaxta qədər olduğum kimi, belə saf, qəbahətsiz olmayacağam. Sanki alnıma damğa vurulacaqdı: məhv olmuş adam.
Saatımı qolumdan açıb, palıd ağacından piştaxtanın üstünə qoydum.
On beş ien verdilər. Dükandan çıxanda, satıcıla onun arxasında duran ayaqçı oğlan təzim elədilər: «Sağ olun», - mən təəcübləndim.
Həmin məqamda heç cür başa düşə bilmirdim: bir halda ki, özləri mənə pul verirlər, üstəlik, niyə təşəkkür eləyirlər.
Amma heç yarım il keçmədi ki. Artıq sələmçiylə alver eləməkdə uzaqlaşmışdım, soyğunçu faizlərdən can qurtarmaq üçün necə fırıldaqlara əl atmaqda, nəyi, nə vaxt girov qoymaqda tanışlarıma özüm arxayın halda nəsihət verirdim.
Evimizin yaxınlığında, xüsusi dəmiryol stansiyasının böyründə beton saxlanclı sələmçi dükanı yerləşirdi. Amma dükann vimizdə lap yaxın olmasına baxmayaraq, ora bir dəfə ayaq basmamışdım. Hər şeydən çox ondan qorxurdum ki, əgər bircə kərə dükana getsən, eyni damın altında yaşadığım anam bu addımımdan xəbər tutacaq.
Anam özünü elə göstərirdi, guya mən evdə tapılmayanda, nəylə məşğul olduğumu bilmir. Özümü elə aparırdım, guya o, unversitetə getmədiyimi, bütün günümü otaq kirayələmiş tanışımın yanında keçirdiyimi, nəsə cəfəng şeylər yazdığımı başa düşmür; guya ona ekskursiyaya getdiyimi desəm də, Yesivara, yaxud Tamanda (o illərdə Tokionun ümumxanalar yerləşən məhəllələri – tərc.) gecələdiyimi bilmir... Bununla belə, aradabir masamın yeşiyində pərakəndə halda atılıb qalmış bəzi əşyaları çıxarır, günahsız görkəmlə onları göz qabağına düzürdü. Düzdü, onun bunu qəsdən, yoxsa elə-belə elədiyini bilmirdim.
Belə dəqiqələrdə anamla göz-gözə gəlməməyə çalışırdım, qəlbimdəsə onun hərəkətindən qəzəblənirdim. Şübhəsiz, başa düşürdüm ki, nə qədər acıqlansam, o qədər özümə pis olacaq, bu da məni daha bərk qəzəbləndirdi.
Həmin gün yemək otağındakı radioqəbuledicinin üstündən F.-nın məktubunu tapdım; bu məktub mənim otağımda olmalıydı. F. Tanışımdı, amma anam ona nifrət eləyir. Onunla artıq çoxdan ünsiyyət saxlamırdım. Bu barədə nama neçə dəfə demişdim – mənə elə gəlir, başa düşə bilərdi. Bununla belə, anamla dalaşmaq istəmirdim. Ona öz narazlığımı bildirəndə, yalnız təəccüblənirdi:
- Hə, doğrudanmı? – vəssalam. Əgər söhbət uzağa gedirsə, beızikdirici tərzdə dil tökürdü: deməzsənmi, mən bu F.-yla sənin xoşuna niyə gəlmirəm?
Bu dəfə qəsdən anamın gözlərinin qarşısında məktubu cibimə qoyub, ikinci mərtəbədəki otağıma qalxdım. İçimdə hər şey qaynayırdı... Elə onda da sələmçidən pul götürüb, harasa getmək ideyası ağlına gəldi . Qoy anam şübhələrin içində əziyət çəksin, dəqiq bilirəm ki, bu xoşuna gəlməyəcək.
Qıpını açıb təəccübləndim.
Piştaxtanın arxasında üzü qapıya sarı əynində üstündən önlük taxılmış kimono (yapon milli üst geyimi – tərc.) olan qadın oturmuşdu. Vəssalam, şüttamam, amma nədənsə özümü pis hiss elədim, həm də çaşdım.
- Buyurun, içəri gəlin.
Qadın gözlənilmədən gülümsədi... Hər cür bər-bəzəkdənxali olan üzü işıqlandı.
- Bilirsiniz, mən burda ilk dəfə... – qəribə yöndəmsizlik duya-duya dilləndim. Amma qadın hələ də gülümsəyə-gülümsəyə cavab verdi.
- Siz görünür, yaxınlıqda yaşayırsınız. Bu bizi tamamilə qane eləyir.
Əvvəlcə onun nəyi nəzərdə tutduğunu heç cürə başa düşmədim. Ola bilsin, məni hələ heç vaxt sələmçinin yanında olmamış uşaq sayır?
Mən yalnız ona görə bu cür fikirləşdim ki, şübhəsiz, qadının məni belə uşaq saymasını istəyirdim. Amma nahaq yerə narahat olurdum. O, sadəcə, onu nəzərdə tuturdu ki, hələ heç vaxt girov şeylər qoymamış adamlar üçün zəruri saylıan rəsmiyyət olmadan keçinə bilərik.
Yenə sağ olsun ki, ilk baxışdan hansısa fırıldaqçı olmadığımı başa düşdü.
Mən qalın qış paltomu ona uzatdım. Artıq demişdim ki, evdən çıxanda elə acıqlıydım, gizlənib-eləmədən bu ağır şeyi götürmüşdüm. Amma indi başa düşdüyüm kimi, hər halda , bir qədər utanırdım.
- Qış paltosudu, - qadın dilləndi.
Sonra paltonu dizlərinin üstünə sərdi, sığallaya-sığallaya dedi.
- Gözəl paltodu.
- Nə qədər verərsiniz? – soruşdum.
- Hətta bilmirəm... – Qadın yenidən gülümsündü. – Atacığazdan soruşmaq lazımdı.
O, məni çox axmaq vəziyyətdə qoydu. Əgər əşyalara qiymət qoymursa, nəyə görə belə həyəcanlanırdım. Amma başlıcası başqaydı – onun dediyi «atacığaz» sözü mənə toxunmuşdu.
Qadın «atacığaz»ı çağırmaq üçün qalxdı. Qara kimonosunun altndan dümağ corabları görünürdü. Yaşına görə sadə, anamın geyimindən də çox sadə kimonoydu. Deməli, «atacığaz» onun atası deyil – bu aydındı. Amma qadın eyni zamanda dükanın ərli sahibəsinə də oxşamırdı.
«Atacığaz» çıxdı. O, nəhəng bdənli kişiydi. Balaca qadın onun ancaq çiyninə çatırdı. Bu gombul qəhvəyi kimonosunu xışıldada-xışıldada üzbəüz oturanda, mənə elə gəldi ki, qarşımdakı öküz, yaxud qonur ayıdı. Əlliyə yaxın yaşı olardı. Onunla arvadı arasında yəqin ki, iyirmi il yaş fərqi olardı.
- Yazşı paltodu, - o da dedi, yırğalana-yırğalana əlavə elədi. – Nolar, özüm ziyana düşüm – əlli ien, razısan?
Heyrətləndim. O, mənim nəzərdə tutduğumdan çox verirdi. Müharibə vaxtıydı, köhnə əşyaların qiyməti də durmadan artırdı, amma bununla belə, həmin əlli ien mənə həddən artıq böyük məbləğ göründü. Şübhəsiz ddim ki, məbləğ mənə sərf eyləyir. Dükan sahibi paltonu iri dizlərinin üstündə düzəltdi, qəfildən piy basmış ayı sifətini qaldırıb dedi:
- Ay səni. Mən də görməmişəm. Yaxalıq əməlli başlı sürtülüb ki.
«İşim bitdi», - fikirləşdim. Özüm də bilirdim ki, yaxalıq sürtülüb.
- Hə, daha burda neyləyəsən. Ən çoxu yarısını verə bilərəm.
Bu da pis deyildi. Amma nədənsə mənə elə gəldi, insani ləyaqətimin yarısını kəsdilər.
Qadın (indi o, «atacığaz»ın yanında əsl ev sahibəsi kimi görünürdü) seyfdən pul götürdü, saya-saya yenə təbəssümlə mənə baxdı. Nəsə abırsız bir iş tutduğumu duya-duya pulu götürdüm.

***

Bu pulu nəyə xərclədim – yadımda deyil. Yalnız onu xatırlıyıram ki, yay ötdü, payız keçdi, qış gəldi, mənimsə paltonu geri almaq arzum olmadı. Faizləri verirdim, əşyaları girov qoyurdum başqa yerdə girov qoyuqlarımı geri alırdım, onlar da bu dükana aparırdım. Hər dəfə sələmçinin arvadı gizlicə ıgülümsünə-gülümsünə mənimlə söhbət eləyirdi... Dükanda məbəddəki sayaq sükut, ölgünlük vardı. O biri başda saxlanca aparan seyf qapısı kimi qalın dəmir qapı görünürdü. Ordan kif qoxusuna qarışmış çürümüş cəmdək iyi, bir də soyuq gəlirdi. Amma qadın gülümsəməyə bəndiydi ki, dərhal da ətrafdakı hər şey canlanırdı, elə bil, məşəl yanırdı, dükan dərhal yaşamalı görkəmə düşürdü, rahat olurdu.
Başa düşürdüm, ehtiyatlı olmalıyam. «Atacığaz» demək olar, heç vaxt görünmürdü, amma unutmamalıydım ki, hər dəfə onun təbəssümündən ləzzət alanda, hardasa, arxa tərəfində heyvərə həddən artıq genişürəklimi, həddən artıq bicmi, başa düşmək olmurdu – mövcuduydu.
Elə görünə bilər, mən sələmçinin arvadına vurulmuşdum. Yox, belə bir şey olmamışdı. Düzdü, məndən sevginin nə olduğunu soruşsaydılar, cavab verə bilməzdim, amma nə olursa olsun, indi nədənsə daim yalnız bu dükandan istifadə eləyirdim. Görünür, belə demək olar: «Borc alan istər-istəməz borc verənin etibarını qazanmağa çalışır, buna görə də onun xoşuna gəlməkdən ötrü olur, ıbu isə artıq qəlbin sevgiyə yaxın hərəkətidi»... mən dükanda olanda, həmişə bundan heyrətlənirdim.
Yay tətili qurtaranda, mən də öz formamı geri almaq üçün dükana gəldim., qadın əlini yanağına söykəyib, piştaxtanın arxasında otururdu. Onun rəngi solgunuydu.
- Siz kiməsə vurulmusunuz? – o, şəfqətlə soruşdu.
- Niyə belə fikirləşirsiniz?
- Sevdiyiniz qız yoxdusa, bu qədər pul nəyinizə lazımdı?
Mən qəfildən yaxalandığımdan, nə cavab verəcəyimi bilmirdim. Qadın dedi ki, əgər ata evimdən universitetə gedəndə, bu qədər tez-tez sələmçinin yanına cumuramsa, məşuqəmi hardasa gizlədirəm, başqa cür ola bilməz. Mənimsə heç bir məşuqəm yoxudu, elə həmin dəqiqə qətiyyətlə dedim ki, o səhv eləyir.
– Amma yəqin ki, artıq qadınları tanıyırsınız?
- Şübhəsiz.
- Siz ata-ananızı bu qədər narahat eləməməliydiniz.
Elə bil, qıc oldum. Ona «sizin nə işinizə axı», demək istədim. Qadına baxanda, gördüm ki, solğun üzünü tər damcıları basıb. Özümü pis hiss elədim. Yəqin ki, kimonosunun altından görünən ağ yaxalığınacan tərin içindədi. Qəfildən də onun əyilmiş bədənində, bütün görkəmində Qadını duydum – əvvəllər heç vaxt başıma belə şey gəlməmişdi.
Yeni semestr başlandı, amma həyatımda heç nə dəyişmədi. Hələ də ləzzət-filan almadan, həm oxumaqdan boyun qaçırırdım, həm yolsuzluq eləyirdim.
Anam elə hey narahat olurdu ki, F.kimi tanışlarım var, amma həmin vaxta qədər onların hamısı məndən aralanmışdılar. Mən tanışlarım qədər aciz deyildim, yan-yörəmə baxmadan «yolsuzluq yoluyla» getməyə cəsarətim çatırdı. Bir uzaq qohumumuz vardı, öiründ heç vaxt işləməmişdi, evlənməmişdi və axırda bütün var-yoxunu dağıdıb, dəfn mərasimlərində məşəlçi kimi ölmüşdü.

- Sən də onun kimi olmaq istəyirsən? – anam elə hey təkrar eləyirdi, mənə elə münasibət göstərirdi ki, elə bil, doğrudan da, bu qohumumuza oxşayıram. O, məndən əlini üzmüşdü, yəqin ki, ıoğlundan həqiqətən də bir şey çıxmasaydı, razı qalardı. Ümumiyyətlə, sələmçinin arvadı məni əbəs yerə günahlandırdı. Hər halda, o qədər də pis oğul deyildim.
Axır-axırda hətta «ekskursiyalara» getməkdən də əl çəkdim. Sonra yorğun-arğın birtəhər evə çatmaq üçün bütün şəhəri keçib, qırağa çıxmaq daha ağlıma belə gəlmirdi. Sələmçinin dükanında oturub, sahibiylə söhbət eləmək daha çox ləzzət verirdi.
Qadın görünür, qət elədi ki, öz «ekskursiyalarımda» axmaq xəstəliyə tutulmuşam, indi də müalicə olunuram. O, rahatca bu barədə mülahizələrimi söyləyirdi, hətta dedi ki, məni yaxşı başa düşür – deməzsənmi, nə vaxtsa onun da başına belə bir iş gəlib.
- Bax, buna görə də uşağım olmur. İndi barışmışam, o qədər də uşaq istəmirik, əvvəlcə...
Onun əvvəllər nəylə məşğul olduğunu öyrənməyi çox istəyirdim, amma soruşmağa ürək eləmədim.
Əri (bəlkə də heç əri deyildi, sahibiydi) barədə mənə ondan az şeylər məlumuydu. Görünür, kişinin şəhərə səpələnmiş çoxlu dükanları varıdı, hər gün gah birində, gah o birində olurdu, amma əslində, bunun belə olduğunu dəqiq bilmirdim.
Bir dəfə qadın mənə kino bileti təklif elədi:
- Gör nə kütbeyinəm. Bax, almışam, amma gedə bilmirəm.
Fikirləşdim ki, qadın nəinki indiki, hətta keçmiş vəziyətini də nəzərdə tutur. Onu ürəkləndirmək üçün dedim:
- Niyə gedə bilmirsiniz? Bəlkə dükana göz qoymağı kimdənsə xahiş eləmək olar?
- Amma tək getmək... Siz axı, mənimlə getməzsiniz?
- Niyə ki, məmnuniyyətlə gedərdim.
Ancaq qadın gözlənildiyi kimi, gülümsəyə-gülümsəyə başını buladı. Şübhə eləmirdim ki, elə belə də olacaq. O, ərinə sadiqdi, bu mənə ləzzət verirdi, bnunla belə, təəsüflənirdim ki, onunla küçədə gözə bilmirəm.
Dünya get-gedə narahat olurdu. Bir dəfə kinoda Badolyo hökümətinin qadağa qoyduğu «vaşistlərin mahnısı»nı eşidib heyrətləndim, küçəyə çıxandasa, qəzetini təcili buraxılışı satılırdı, İtaliyanın təslim olması, Mussolininin hakimiyyətə yeni, gəlişi barədə, orda xəbər verilirdi.
Adama elə gəlirdi ki, hər şey yarıyolda qalmışdı, indisə yenidən başlayırdı.
Orduda, donanmada kiçik ızabit çatışmazlığın təcili aradan qaldırmaq üçün sürətləndirilmiş hazırlığın köməyilə tələbələrin səfərbərliyə alınması başladı. Elə o vaxt sələmçinin dükanında mənə qeyri-adi iş tapşırdılar: qəfildən cəbhəyə göndərilmişş tələbələrin girov qoyduqları kitabları qaydaya salmağı təklif elədilər.
Əvvəlcə kitablardan o qədər də başım çıxmadığını səmimiyyətlə etiraf eləyib boyun qaçırtdım.
- Amma atacığazdan yaxşı baş çıxarırsan, - qadın dedi, - mən də axırda razlaşmağ qərara aldım.
İlk dəfə saxlanca belə düşdüm. Saxlancın əsası yorğun tirlərdən düzəldilmişdi, aralarına siçanlardan qorunmuq üçün metal tor çəkilmişdi – «həbsxanadakı kimi» fikirləşdim.
Cəmi iki yüz kitab – əsasən tərcümə olunmuş bədii ədəbiyatlarıydı, amma yapon kitabları da vardı, hamısı təzəydi, səliqəylə yığılmışdı, buna görə də başa düşdüm ki, işim o qədər də əziyətli deyil – kitabları qutulara yığmalıyam... Özünün bütün kitablarını sələmçinin yanında girov qoymuş orduya çağrılan bu tələbə nə fikirləşirdi? Ola bilsin kitabxanasını mənim kimi yolsuz adamın qaydaya saldığını heç vaxt bilməyəcək.
Qəfildən həmin tələbəni açıq-aydın təsəvür elədim: mənim kimi o da hərdənbir sələmçinin dükanında peyda olurdu, bir-birinin dalınca özünün bütün kitablarını daşıyıb gətirirdi. Hətta qəfildən ona ürəyim yandı: kitabları nə oxuyurdu, nə satırdı, onları sonradan geri almaq üçün girov qoyurdu, faizini ödəyib, əldə elədiyi pula yenə kitab alırdı, yenə girov qoyurdu. Amma bununla yanaşı xoşagəlməz duyğunu da hiss eləməyə bilmmədim, elə bil, bədənimə eyni şeyi düşünmədən təkrarlayan, başqa bir iş görmək istəməyən adamın kinli qarabasması yapışdı – mənə elə gəlirdi ki, o, metal tor çəkilmiş saxlancda gözünü çəkmədən hərəkətimi izləyir.
- Bağışlayın ki, mane oldum.
Sahibə bu sözləri deyə-deyə içəri girdi. Aşağıda durmuş arxa tərəfindən işıq düşən müştəri şəbəkəli qapının o tərəfində siluet kimi göründü. Qadın nərdivanı divara söykədi, bir neçə pillə qalxıb səliqəylə kağızda bükülmüş torbanı götürdü. hərəkətləri peşəkar, cəldiydi.
- Ehtiyyatlı olun! – döşəmədə oturub nərdivanda durmuş qadına baxa-baxa dilləndim.
Burnuma naftalinlə kiflənmiş parça qoxusu gəldi, gözlərimə qara rəngli kimononun altından görünən corabların ağlığı dəydi.
- Heç nə olmaz.
Qadın bu sözləri qayğısız qız deyib mənə yuxarıdan-aşağı baxa-baxa bir anlığa nərdivanda donub qaldı. Sonra əlində torba inamsız hərəkətlə aşağı endi.
- İyrəncdi, - qısaca deyib çıxdı.
Mənsə sezdim ki, «eyni şeyi təkrar eləyən» qarabasmadan yalnız indi xilas olmuşam.
O axşam qadın dedi ki, şam yeməyimə gəlim. İmtina elədim. Ona görə yox ki, iltifatını qəsdən rədd eləyirdim – sadəcə, gördüyüm işin əvəzində minətdarlıq əlaməti kimi qonaq eləməsi xoşuma gəlmirdi.
- Çox təəssüf, - qadın kədərlənmiş halda dedi.
- Narahat olmayın. O qədər də çətin iş deyildi.
- Doğrudan da, çox təəssüf.
O, üz-gözünü turşudub, az qala yalvara-yalvara mənə baxdı. Mənsə özümdən asılı olmadan o yekəpər, ayıya oxşayan heyvərəni xatırladım. Bu gün harasa çıxıb getmişdi. Amma şübhə eləmirdim ki, işimi qurtarandan sonra məni yedizdirməyi tapşırıb.
Qadın astadan yenə təkrar elədi:
- Çox təəssüf. Doğrudan da, çox təəssüf.
- ...
Qəfildən gözlərini döyə-döyə qabağımda duran bu qadını qucaqlamaq istədim.
«Amma əgər bunu eləsəm, şər deməsən, xeyir gəlməz, daha da inciyər», - istəyimi çətinliklə boğub düşündüm. Onun keçmişdəki peşəsi barədə fikirlər yaxamdan əl çəkmirdi – bu işlə məşğul olan qadınlar özlərinə ciddi fikir verdilər, peşəkar mülahizələrlə öz bədənlərini qoruyurlar.
Doğurdanmı, acığı tutar? Çoxmu acığı tutar? Bədənimin necə gərginləşdiyini hiddətlə, duya-duya ara vermədən, elə bil, kitabın səhifələrini vərəqləyə-vərəqləyə bu sözləri təkrarlayırdım. Bəlkə də qadının inciməyindən daha çox özüm qorxuram? Əyilib yöndəmsiz halda əlimi onun çiyninə qoydum... Çiyni gözlədiyimin əksinə, yumşağıydı. Bədənisə elə bil tuncdan tökülmüşdü. Bir an sonra onun üzü sinəmə söykəndi. Mən onun saçlarının, qızğın bədəninin ağlı başdan çıxaran qoxusuna batdım.
... Evə qaydıdanda artıq hava qaralmışdı. Başım od tutub yanırdı, boğazım qurumuşdu.
- Harda veyillənirsən, gecə keçir, - anam məni baxışlarıyla məni deşə-deşə soruşdu.
Ondan ötrü fərqi varmı ki? Cavab vermək istəmirdim, yolumun üstündə duran anamın böyründən ötüb birbaşa öz otağıma yönəldim.
- Dayan... – o, məni səslədi. – Banı bax, bu gün axşam gəlib.
Çağırış vərəqini mənə uzatdı. Orda göstərilmişdi ki, dekabrın on ikisində Takadzakidə yerləşən piyada alaylarının kazarmasında olmalıyam. İrəlidə hələ bir həftə vardı.
Amma həftə süərtlə ötüb keçdi, heç nə eləyə bilmədim. Hər gün elə hey bir-birini əvəz elyə-eləyə evimizdə yeni-yeni adamlar peyda olurdu – şəhərdə bu qədər qohumum, tanışım haradan çıxmışdı? Bircə arzum vardı – bu qarışıqlıqdan mümkün qədər tez canımı qurtarmaq.
Nahardan sonra geriçəkilmə oldu – evdə sakitlik yarandı. Qəfildən dəhlizdən asta səs eşidildi. Şübhələnib eləmədən ora çıxdım.
Şəbəkəli qapının o tərəfində duran fiquru görəndə, boğazım qurudu... Bu o qadınıydı. Boz paltosuna bələdiyyə idarəsinin nişanı bərkidilmişdi., miskin və çaşqın görünürdü.
- Fikirləşdim, unutmamısınız ki...
Mənə elə gəldi ki, içimdə dibsiz uçurum yaranır. Yox, unutmamışdım. Düzünü desəm, onun haqqında qəti fikirləşmirdim.
İfadə eləyə bilmədiyim utanc hissi qorxuya oxşayan bir duyğuyla qarışmışdı, amma bu artıq sonra baş vermişdi.
- Alın götürün...
Qadın təbəssümlə içi dolu dörkünc torbanı uzatdı; əlimə götürəndə, dərhal xatırladım – paltoydu.
- Yolda özünüzü soyuğa verməyin... Mümkünsə bağışlayın, qoy bu mənim vida hədiyəsi olsun.
Qadın iltifatla gülümsəyib qaranlıqda yox oldu. Mən dillənmədim, bir müddət mənasız-mənasız paltonun sürtülmüş yaxalığını sığalladım.