Bir gün axşam çağı uzaq bir məmləkətin padişahı sarayının pəncərəsi önündə durub sarayın o tayındanki intizar salonundan gəlib koridora axan anlaşılmaz bir müziyə qulaq asırdı. O, neçə dəqiqə öncə iştirak etdiği rəsmi oturumdan bərk yorğun idi.
Padişah pəncərədən eşiyə baxır sadə və dəbdəbəsiz geçən yaşamların fikrinə cummuşkən birdən gözü meydanda bir kişiyə sataşdı.



Ortayaş kişinin evə getmək için cadanın qırağından tramvaya minməyə sağrı yeriməkdə olması ilk baxışda anlanılan şey idi. Hətmən kişi bu yolu uzun illər boyu həftədə beş gecə mükərrər getmişdi. Padişah xəyalında kişinin ardınca getdi. Zihnində gördü kişi evinə yetişir adət üzrə və başdan açmaqcasına arvadını öpür gecə yeməyini yeyir uşaqlarının işlərinə baxır ki hər şey qaydasında yerində olsun, qəzeti oxur başını atır yatır. Sabahki gün də oyanıb işinə gedir.
Birdən padişah yorğunluğunu unudub tə`əccüblə özü özündən soruşdu: “Əcəb bir insanı heyvanlar kimi qəfəsə salsan nə olar?”
Beləliklə sabahki gün padişah bir psikologu yanına çağırıb fikrini onunla paylaşıb sorusunun araşdırmasını ona təklif etdi. Sonra padişah əmr etdi heyvanlar bağçasından bir qəfəs götürüb saraya gətirib padişah dünən gördüyü həmən kişini tutub qəfəsin içinə saldılar.

İlk saatlar kişi gicəlib ara vermədən qəfəsin eşiyində duran psikologa: “Gərək tramvaya yetişəm. Gərək işimə gedəm. Saat neçədi? Gecikmişəm” deyirdi. Amma günortadan sonraya yavaş yavaş işin harasında olduğunu anladı. Bərk hirslənmiş halda bağırıb e`tiraz etməyə başladı: “Padişah bu bəlanı mənim başıma gətirməməlidir. Bu insafsızlıqdır. Yasalara qarşıtdır.”. Kişinin səsi uca, gözləri isə hirslə doluydu.
Həftənin gələn günlərində də kişi e`tirazlarına dəvam etdi. Bir gün padişah onun cəvabında dedi: “Bax görüm, biz yeməyinə yaxşı yemək, yatmağına yumuşaq yataq vermişik. Işləməyə məcbur deyilsən. Gecə gündüz də qorunursan. Daha nə istiyirsən?”.
O gündən sonra kişinin e`tirazları gün gələ azalıb ən sonunda da kəsildi. O, səssizcə qəfəsində oturub danışmaq istəmirdi amma psikolog qəfəsin eşiyindən kişinin gözlərindən qalxan nifrəti görə bilirdi.
Amma neçə həftədən sonra psikolog hər gün kişidə oluşan deyişikliklərin daha dərin olduğunu başa düşürdü. Hər yol padişah qəfəsdəki kişinin halını soruşub onun yaxşı qorunmasını öyrənməyə gələndə bir də kişinin gözlərində nifrət dolmağa başlıyınca bir sürə çəkirdi. Sanki kişi padişahın sözünün düz olub olmadığını özü özünə soruşurdu.
Neçə həftədən sonra daha kişi özü psikologla bəhs edirdi ki “insanın başının üstüdə damı hazır-amadə yeməyi olsa nə qədər yaxşıdır. Hər halda məntiqə görə buna məcbur olan insan alın yazısını qəbul edə bilər.”
Beləliklə bir gün öyrənciləri ilə qəfəsdəki kişini görməyə gələn bir bilimyurdu ustadını doscasına səlamlayır öz durumunu onlara açıqlıyıb: “o, özü bu yolu yaşamaq için seçmişdir; yaşamda əmniyyət nə qədər önəmlidir; insanın qorunmağı nə qədər asudəlik yaradır və lap indi də onlar baxıb görə bilərlər nə doğru yolu yaşamaq için seçmişdir…” deyirdi
Psikolog “nə qədər əcib və ürəkyandırandır.” Deyə fikr edirdi və özü özünə “kişinin yaşam yolunun doğru seçdiyini onlara qəbullandırmağa çalışmasının nədəni nədir” deyə soruşurdu.
Gələn günlərdə padişah hər zaman yerimək için sarayın həyətinə gedəndə kişi qəfəsin dalından yaltaqlanaraq əmniyyətli yer və yaxşı yemək için təşəkkürlərini ona bildirirdi amma padişah həyətdə olmayanda kişi psikologun gizlicə onu güddüyüyünü bilmədiyi halda davranışları bambaşqa olurdu. Qaşqabaqlı və hirsli olurdu. Yeməyini qəfəs dalından ona yetirəndə çox yol əlindən salırdı sonrası öz axmaqlığına və hövləsək davrandığı için daha çox əl-ayağını itirirdi. Danışıb sözə qatılması da daha sinirlənirdi. Psikolojidə əmniyyətin önəmi və sonuçlarına raci olan teorilərinə qarşın o, sözlərini ən qıssa cümlələrlə bildirib “bu alın yazısıdır!” cümləsini hər zaman özü özünə tekrarlırdı. Hərdən daha da qıssa yalnız “budur” deyirdi.
Bundan sonrakı dönəmin dəqiqən nə zamandan başlandığını demək çətindir. Amma psikolog gəldikcə kişinin üzündə özəl bir ifadənin görünməməsini anlıyırdı. Daha gülümsəmələri yaltaqlanmacasına deyil tərsinə çox da ifadəsiz anlamsız idi. Lap qarnı gazla dolu uşaq kimi. Kişi hərdən yeməyini yeyib psikologla neçə kələmə danışırdı. Gözləri də anlamsızcasına uzaqlara dalırdı. Üzünü psikologa sağrı döndərəndə sanki önündə kimsəni görmürdü. Daha kişi öz-özünə hadaram padaram anlamsız sözlərində “mən” kələməsini işlətmirdi. O, qəfəsi qəbul etmişdi. Hirslənmirdi, nifrət etmirdi, heç bir şeyi də öz yanında incəliyib araşdırmırdı. Indi artıq kişi dəli sayılabilirdi.
O gecə psikolog evində oturub bu araşdırmanın son raportunu yazmağa çalışırdı. Amma uyğun kələmələri tapmaq çətin gəlirdi ona. O, içində böyük bir BOŞLUQ hiss edirdi. Hərhalda kələmələrlə cəsarətini toplamağa çalışıb:
“dünyada heç bir şey YOX olmaz ancaq ENERJİyə çevrilib başqa bir şəkildə varlıqda təcəlli tapır- deyirlər” – deyə yazdı.
Amma o, bu araşdırmada itib yox olan, yeri vakuum (xəla) qalan şeyi hiss etməyə bilmirdi.