Sayfa 1/2 12 SonSon
17 sonuçtan 1 ile 10 arası
Like Tree6Beğenme

Neriman Hesenzade seirleri

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Neriman Hesenzade seirleri

    Elə dayanırsan , elə baxırsan ,
    Elə bil qarşında quru bir daşam .
    İpək saçlarını bir vaxt oxşayan
    Elə bil hardasa mən olmamışam .
    *****
    Səni dostlarımla , tanışlarımla ,
    Mən tanış edərdim nə vaxtsa bir-bir .
    İndi özgələri yad ehtiramla ,
    Deyirlər tanış ol ....
    Nə qəribədir ?!
    *****
    Yuxuda görərdin nə vaxtsa hər dəm ,
    Yolumu gözlərdin yollardan uzaq .
    Mən sənin yuxundan çıxıb gəlmişəm ,
    Bu da bir yuxudur , gəl tanış olaq .
    *****
    Qoluna girərdim ... bu , yadındadır ,
    gedərdik ... yolumuz , arzumuz şərik .
    Qolum qollarının lap yanındadır ,
    toxunsa biz indi üzr istəyirik .
    *****
    Hayanda oldumsa səhər , ya axşam ,
    Aradın sən məni , gördün sən məni .
    İndi gözlərinin qabağındayam ,
    Hayanda durum ki ,
    Görəsən məni ?

    **Mən də yağmalıyam**

    Çətindir mənimlə birgə yaşamaq ,
    Bəzən gözlərimdə dəyişir aləm .
    Mənimlə ömür - gün yoldaşı olmaq
    Bir az da çətindir ,
    Başa düşürəm .
    *****
    Nə duman çəkilir , başımdan nə çən ,
    Tufanlı boranlı dağam mən , nəyəm ?!
    Nə bilim ,
    Dünyada mən öz əlimdən
    Bəlkə də birinci şikayətçiyəm .
    *****
    Məndə bir " mən " də var .... Məndən bixəbər ,
    Nə eşidər məni , nə sayar məni .
    Yer var ki o məni hörmətsiz eylər ,
    Yer də var şöhrətə çatdırar məni .
    *****
    Bir qəmi bir ürək gəzdirə bilər ,
    Yüz ürək qəmi var bu bir sinəmdə .
    Mən yerdən göylərə baxsam da əgər ,
    Göy ürəyimdədir....
    Yer ürəyimdə .
    *****
    Bir insan olsaydım nə idi dərdim ,
    Yaşardım hər fəsil bir paltar geyib ,
    Evimdə çay içib ,
    Çörək də yeyib
    Bir insan qəmini çəkə bilərdim .
    *****
    Sinəmdə xalqların bədbəxt taleyi ,
    Bəzən bir aldanmış qadın gileyi ,
    Bəzən bir torpağın batan çeşməsi ,
    Bəzən bir üzsüzün üzə düşməsi ,
    Könlümün yayını çəkib qırırlar ,
    Səndən diqqətimi yayındırırlar .
    *****
    Elə ki , tutuldum , gözlə bir qədər ,
    Bir az qayğıkeş ol sən ana kimi .
    Yağış yağan kimi açılır göylər ,
    Mən də yağmalıyam .....
    Yağana kimi .

    *****

    ...

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Neriman Hesenzade seirleri

    çox sağ ol şerlərə görə ancaq zəhmət deyilsə başqa şerlərindən da yazardın da Nəriman Həsənzadənin. mən çox axtarıb tapa bilməmişdim
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Neriman Hesenzade seirleri

    Alıntı Amiqo_100M Nickli Üyeden Alıntı
    çox sağ ol şerlərə görə ancaq zəhmət deyilsə başqa şerlərindən da yazardın da Nəriman Həsənzadənin. mən çox axtarıb tapa bilməmişdim
    Beyendiyinize sevindim..en cox sevdiyim sairlerdendi..Tapdiqca yerlesdirerem insallah
    ...

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Neriman Hesenzade seirleri

    Mene ele gelir...görüşeceyik,
    Uzun sürmeyecek bu hasret,bu gam.
    Sonra teessüfle gülüşeceyik,
    Sene nece gelir onu bilmirem.

    Mene ele gelir...Menim çiçeğim,
    Geder küsümüz de bir defe görsem.
    Genişdir,büyükdür senin üreğin,
    Sene nece gelir onu bilmirem.

    Mene ele gelir...haraya getsem.
    Gözünde, gönlünde yalnız tek menem
    Sen meni unutabilmeyeceksen,
    Sene nece gelir...onu bilmirem.

    Mene ele gelir...yaşamak olmaz
    Güneşsiz,havasız,beledir alem.
    Hemdemsiz çetindir...söz çok ömür az,
    Sene nece gelir...onu bilmirem.
    Neriman Hasanzade

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Neriman Hesenzade seirleri

    Sen getdin, hesretin qaldı canımda,
    Sonradan mat qaldım,düzü bir şeye.
    Qeyri-adi idin menim yanımda,
    Getdin, ele bil ki, sadeleşmeye.

    Sene yalvarırdım burda bayaqdan,
    Eşikde qış idi, otaqda bahar.
    Sen de gedib evde yalvaracaqsan -
    Gecikdiyin üçün, bağışlasınlar.

    Seni bağışlamaq... dünyaya bir bax,
    O qelbi, o ruhu gerek duyasan.
    Axı senden gerek üzr isteyeler,
    Lazımsa, sen gerek bağışlayasan.

    Bir qelbin en eziz şahzadesiydin,
    Qulluq gözleyirdim hüzurunda men.
    Gedib evinizde sen ona yeqin
    Bir qulluq gösterib, çay süzeceksen.

    Getdin, üreyimi salıb tufana,
    Sedaqet heyatda başqa reng deyil.
    Menim sevincimi apardın ona,
    Belke de ona heç bu, gerek deyil.

    Neriman Hesenzade
    ...

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Neriman Hesenzade seirleri

    *** Oxu zalında ***

    Men inadcıl gözel ile danışıram astadan,
    Bir telebe narazıdır, men baxıram arabir.
    Men bilirem:
    imtahana hazırlaşır o cavan,
    Men bu saat imtahandan kesilirem, o, bilmir

    *** Yanina gelmisem ***
    Yanina gelmisem tezeden kusek
    Tezeden barisaq, gorek olurmu?
    Saat gor necedir bir az telesek
    Gedek yashil soyud gorek dururmu?

    Yagishlar islatsin qacaq el-ele
    Sevin, gulushune bal qata qata.
    Gelmishem qayidaq on il evvele
    Sacina den dushub, qaralsin o da.

    Yene men danishim mene qulaq as
    Shirin sozlerimle cilvelen bezen
    Bir az kokelibsen ariqla bir az
    Bir az deyishibsen
    Deyish tezeden

    Qashlarin tarima cekilib yene
    Gir menim qoluma yene chash bir az.
    Gozum gozlerine dikilib yene
    Bir az yadlashibsan
    Dogmalash bir az

    Sen menim sozumden incime kusme
    Illeri hesretle yashayib urek
    Yanina gelmishem...eve telesme..
    Gedek yashil soyud dururmu gorek..
    ...

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Neriman Hesenzade seirleri

    Sen yatırdın.....yuxudaydın hele sen,
    Kim qıyardı gedib vaxtsız oyada.
    Yer küremiz fırlanmırdı deyesen,
    Zaman bir az lengiyirdi dünyada.

    Qanadımı men üstüne gerirdim,
    Alışırdım gizli-gizli bu oda.
    Men ilk defe qeribliyi görürdüm,
    Senden ayrı, amma senin yanında.

    *** Yaşamaq üçün ***

    Gəl görüm,
    Gəl görüm,
    Gəl görüm seni,
    Necə darıxmışam bir qılıq üçün.
    Sonra evinizə ötürrəm səni,
    Qurbanın olaram yaxşılıq üçün.

    Yollar naxışlansın ayaq izindən,
    Yüz günün sevinci bir gündə olsun.
    Bəzi adamların qaçım gözündən,
    Təki sənin gözün üstümdə olsun.

    Xətrime dəyibler yene qadasi,
    Xətrim bilirsənmi, sığal isteyir,
    Mənim üreyımdə ilham ağrısı,
    İlhamsız keslerden macal istəyir.

    Efirdə dünyanın son xəbərləri,
    Diktorun səsinde nə qədər evham.
    Bəs mənim dünyamın son xəbərləri?
    Özüm diktoruyam, gel sene deyim.

    Gəl görüm,
    Gəl görüm,
    Gəl görüm səni,
    Necə darıxmışam bir qılıq üçün,
    Sonra evinizə ötürrəm səni,
    Səni görməliyəm yaşamaq üçün.
    *****
    Niye haqsiz olur bunca tebiet
    Niye ureyine o dəyir sənin
    kimse - camalini görmeye hesret
    kimse -görüsüne gelmeyir senin
    ...

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Neriman Hesenzade seirleri

    Sizin qızınızla görüşürük biz
    Gedirik gah yolla,gah kənar izlə
    Bunu mən bilirəm, siz bilmirsiniz
    O gəlir sizin öz icazənizlə

    Tələbə yoldaşı,rəfiqəsi var
    İşi də çox olur,bəzən dərsi də
    Mənəm qızınızın,necə deyərlər
    "Tələbə yoldaşı", "rəfiqəsi" də

    Mən başa düşürəm siz anasınız
    ürəyə sığılmış adi həyəcan
    O evə dönüncə nigaransınız
    Evdə olanda da mən nigaranam

    Bir ömrün mənzili uzaq, ya qısa
    Məhəbbət, doğmalıq, hansı qədimdir?
    O sizin incə bir qızınızdısa
    O mənin yeganə səadətimdir

    Siz də heyransınız, mən də bu qıza
    Kimin qapısından o keçməlidir
    Dünya elədir ki, biri tapırsa
    Biri, təbiidir... itirməlidir

    Duruluq rəmzidir sizin qızınız
    Gözündən oxunur qəlbi, isməti
    Sizin bu sevdada uduzmağınız
    Sizin borcunuzdur, mənim qismətim

    Gərək daralmasın bu eşqə həyat
    Deməyin biz kimik,nəçiyik,nəyik
    Yad ikən doğmayıq, doğma ikən yad
    Dünya qəribədir, biz qəribəyik

    Sizin adınıza hörmət,ehtiram
    Qadın qarşısında əyilib aləm
    Mən də baş əyirəm, vidalaşıram
    Qızınız gələcək mən getməliyəm...
    ...

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Neriman Hesenzade seirleri

    Neriman Hesenadenin " Nerdivan " seirinide cox beyenirem

    cox sag ol
    seyyad_19 bunu beğendi.

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Neriman Hesenzade seirleri

    Kinoda iki yer boş qaldı bu gün ,
    İki tamaşaçı azaldı bu gün .
    Getdik .... ikimizi itirdi bağlar .
    Kinoya getmişdik...
    Soruşacaqlar...
    Desələr necəydi ?... De ki , qiyamət !
    Desələr nə idi ?... De ki , məhəbbət !
    Düz desən qorxuram ... axı söz olar .
    Bu dəfə yalan de qoy inansınlar .
    ...

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.