Mənim tək istədiyim bu yerdən tezliklə canımı qurtarmaq idi.Onun ağzını qapayan əllərimin taqətdən düşüb titrədiyinihiss etdiyim üçün əllərimi ağzından çəkdim.Dərindən nəfəs aldı.Mən isə nəfəsimitutub onun nə edəcəyini izləyirdim.O heç bir şey etmədi.Dikəlib çarpayıdaoturdu.Cəsarətlənib yenə suallar yağdırdım:-Harda yerləşir buxəstəxana?Yəni heçkimin xəbəri yoxdu buradan?-Xəstəxana yerinaltındadı.Biz belə fikirləşirik...Buradan xəbəri olanlara da bura həyat qədərvacibdi...Bir müddət ikimiz də susduq-Buradan qaçan olmayıb?–Bir neçə dəqiqə sonra mən söhbətə başladım-Ölülər...-Nə ölülər?-Buradan ancaq ölülər çıxırO əlini çarpayınınyanındakı masada olan alətlərin üstündə gəzdirdi.Üzümə baxmadan soruşdu:-Çıxmaq istəyirsən?Nəfəsim boğazımdailişdi.Taqətdən düşən bədənim tit-tir əsməyə başladı.O əlini geri çəkdi...Məniqorxutmaqdan zövq alırdımı ya nə?!-Sən artıq ölməliydin.Birazdanbügünki cəsədləri aparmağa gələcəklər.Hesablanıb hamısı...O sonuncu cümlələrinitamamladığı ərəfədə ağlıma elə bir fikir gəldi ki,ilk öncə özüm də diksindim.-Sən cəsədləri harayığırsan?-Səni də mi ora salım?-Onun üzündə istehzalı təbəssüm yarandı-Hə....Hər halda “onlar”meyidləri yuxarı çıxarırlar.-Onlar cəsədlərin hamısınıbir yerə yığıb yandırırlar.Sonra külünü torpağa qarışdırırlar.Sən sağ qalabilməzsən.Ən azı havasızlıqdan ölərsən.-Mən ölmərəm.Bunubilirəm.Mənə kömək et.Yuxarıda bir şey fikirləşərəm.Haqsızlar qorxsun.Onlarıngünahları mənim dürüstlüyümə qalib gələ bilməz-Bu mümkün deyil-Sən bunu et.Ən azı məni özəllərinlə öldürmüş olmayacaqsan.Taleyin əlinə baraxacaqsanO susdu.Başını aşağı salıbyellədi.Mən bunu razılıq kimi qəbul etdim.O, qalxıb palatanın bir küncündəduran, üç rəfli şüşəli dolabda eşələndi.İynəni hansısa dərmanla doldurdu vəmənə yaxınlaşdı.Artıq onun mənə zərər verəcəyini düşünmürdüm.Ona görə də susubgözlərimi yumdum.Və taleyimi onun əllərinə buraxdım. Xəyalım xəstəxanadanuzaqlara qaçır.Uçuşuram yuxunun ənginliklərində.Masmavi səmanın altında,dizlərimyerdə,gözlərim səmaya ilişib , onun hər çalarını içinə alır.Bir daha unutmamaqüçün...Həmin an dizlərimin yapışdığı torpaq qaynarlaşır.Günəş düz başımınüstündə dayanır.Və mənim üçün istilik saçır.Onun qaynar şüaları üzümü hədəfəalır.Alışır simam...Ürəyim sərinlik arzusuyla çırpınır.Və həmin an günəşinqaynar şüalarının arasından damla damla sərin yağış yağır üstümə.Dizləriminqaynarlığı yaş torpağın sərinliyinə qarışır və xoşhallanıram bundan.Düşünürəmki,günəş belə isitməsəydi mən yağışı bu qədər sevməzdim...Yağış mənəyetmir.Qaynarlıq canımdan çıxmır.Bu an başımın üstündən axıb tökülən yağışdilimləri üzümdə ilişib qalır.Bəyaz qara çevrilir.Səma mənə qar göndərir.Necədə sevirəm qarı...Əllərimi açıb qarın hər dənəciyini ovucumun içinəyığıram.İstəmirəm ərisinlər.Ərimirlər.Hər biri soyuqdan qızarmış əlləriməyapışır.Getdikcə anlayıram,dünya mənim ürəyimi eşidir.Sınamaq üçün yazı arzulayıram.Həmdə anlayıram ki,bu sondur...Təkrarolamayacaq.Yazdan sonra qaranlıq çökəcək.Və bu qaranlıq məni udacaq.Amma mənyazı arzulayıram.Bu arzudan özümü saxlaya bilmirəm.O məndən güclüdür.Və son...Günəşin ilıq şüaları mənə əlvidadeyir.Və günəş sonsuzluğa qovuşur.Qaranlıq bir anda məni içinə alır.Onun ağırlığınaçiyinlərim tab gətirmir.Bir anda dizlərimin altındakı torpaq ovulubtökülür.Yerin altına girəcəyim qorxusu canımı bürüyür.Görmürəm amma bədənimindidilib parçalandığını hiss edirəm.Çox uzaqlardan öz hıçqırtımı,naləmieşidirəm.Səsimdə elə bir ağrı var ki...Bədənimin parça-parça olmasının verdiyiağrıdan daha dərin ağrı...- Onlar....Onlar... necə dəamansızdırlar...necə də amansızdırlar... Gözlərim zülmət qaranlığa açılır.Yelləndiyimi hiss edirəm.Aclıq və susuzluq ürəyimi bulandırır.İlk hissetdiyim qan qoxusudur.Amma yatmaq hissi hər bir şeyə qalib gəlir həmin an.Yenidənyuxuya dalmaq istəyir ruhum.Şüurum isə nə baş verdiyini anlamağa çalışır...Ah bu yuxu.Mən o an dəlicəsinə yatmaq istəyirdim.Ayılmaq üçün özümüşillələmək istəyirdim.Amma əllərimi qaldıra bilmirdim.Onlar nəyə isəilişmişdi.Tərpənə də bilmirdim.Gözlərimi bir neçə dəfə açıb yumdum.Qaranlığıdəlməyə çalışdım.Amma əlimdə deyildi.Bir anda ruhumu vahimə bürüdü.Əlbəttəki,yuxumun yox olmasına və ağlımın özünə gəlməsinə görə ona minnətdəram.Həkimlə son söhbətimixatırladım.Artıq qaranlıqlar yox olurdu beynimdə.Mən cəsədlərin arasındaydım vəmən maşınla aparılırdım.Hava...Hava çatmırdı.Bu qurğunun içində nəfəs almaqçətin idi.Həkimin “havasızlıqdan ölərsən” sözləri yadıma düşdü.Amma mənim ölməkfikrim yox idi.Bu “insan” cildində olan vəhşilər məni diri diri yandırabilməzdilər.Durmadan necə qaçacağımı düşünürdüm.Hər şey bəxtimdən asılıidi.Nədənsə düşünürdüm ki, Tanrı buranı görmür.Görsə idi bu qədər günahsızinsanın bu vəziyyətə gətirilməsinə icazə verməzdi.Ümid ancaq özümə və bəxtiməidi. Bir xeyli getdikdən sonramaşın dayandı.Olduğum dəmir qutunun ağzı açıldı.Mən olduğum tərəfdən deyil,obiri başından.Ağzı açılan tərəfdən cəsədlər,zibil maşını boşaldılan kimi aşağıboşaldıldı.3-4 metr aşağı aşıdılmağıma baxmayaraq mən əzilmədim.Məndən əvvəlboşaldılan cəsədlərin üzərinə düşdüm.Yuxarıdan işıq düşürdü.Gözlərimi açıbətrafı acgözlüklə nəzərdən keçirdim.Bura mənə alman düşərgələrindəki insanlarıyandırmaq üçün istifadə olunan qurğunu xatırladırdı.Üst hissə bağlandı.Və məncəsədlərin içindən qurtulub qurğunun divarlarında əlimi gəzdirdim.Əlim dəmirqulpa ilişdi.Var gücümlə itələdim.Çölə tərəf açıldı.Batmaqda olan günəşin sonşəfəqləri aciz-aciz üzümü yaladı.İçəriyə də işıq düşürdü.Amma mən geribaxmadım.Taqətim qalmamışdı.O müdhiş mənzərəyə tab gətirə bilməyəcəkdim.Fizikiolaraq da bitmişdim.Daxili sarsıntı bədənimin gücünü əmirdi.Artıq sözümə baxmaqistəməyən ayaqlarımı zorlayıb qaçmağa məcbur etdim.Sağa sola burulmadanqaçırdım.Bir neçə dəfə yıxıldım.Torpaq yaş idi.Yıxılarkən bulaşdığım palçıqçılpaq bədənimə paltar olurdu.Ayaqlarım meşənin kol-kosundan yara-yaraolmuşdu.Amma ağrını fikirləşəcək qədər xoşbəxt deyildim.Qaranlıq da çökmüşdü.Bilmirəm nə qədər qaçdım,hara qədər qaçdım.Bir məqamda artıq bədənim üsyan etdi.Sinəmiyarıb qaçmağa çalışan orqanlarımdan fərqli olaraq heydən düşdü.Dizlərim büküldüvə yaş torpağa sərildim..... Gözlərimi yenəxəstəxanada açdım.Dərhal da qapadım.Başımın üstündə ağ geyimli bir həkimdurmuşdu.Nə baş verirdi?!Bu yuxular məni haradan hara götürürdü?!Yoxsa mən heçqaça bilməmişəm? Gördüklərim yuxu mu idi?! Ya onlar məni tapıb və yenidən buragətiriblər? İki damla yaş gözlərimdən yuvarlanıb üzümə düşdü.Gücsüzlüyümdənağlayırdım.Amma sonra sanki cənnətin ortasından bir səs məniqaranlıqdan,ümidsizlikdən çəkib çıxardı.Anamın səsi... -Balam,Nihad,necəsən?yaxşısan?Danışmadanışm a.Həkim deyir dincəlməlisən.Anam hıçqıra-hıçqıraağlayırdı..Əllərimdən yapışıb durmadan öpürdü.Mən isə xoşbəxtlik qanadlarınıkeçirmişdim kürəyimə.Sevincdən ürəyim sürətlə vururdu.Amma yatmağaqorxurdum.Yuxunun məni başqa yerlərə götürə biləcəyindən qorxurdum. Bir neçə gündən sonraevdəydim.Ağzım söz tutandan onlara olanları danışırdım.Gedib hər şeyi polisədanışacağımı söyləyirdim.Heç kim dediklərimə reaksiya vermirdi.Nə valideynlərim,nə qonşular,nə dostlarım.Hər kəs mənim vahimə içində danışdıqlarımıdinləyir,əlimi sıxır “yaxşı olar,hər şey keçəcək” deyib çıxıb gedirdilər.Anamdurmadan ağlayırdı.Atamla dalaşırdılar.Hər gün...Hər gün...-Sən onu bu günəqoydun.Yayın cırhacırında kim öz balasını məcbur edir gedib işləsin.Kim? –anambağıra-bağıra atamın sinəsini yumruqlayırdı Atam durmadan siqaret çəkir,heç kimlə danışmır,göz önündəəriyib gedirdi.Getdikcə başa düşdüm ki,onlar məni dəli hesab edirlər.Mən onlaraqollarımda iynə izlərinin olmalı olduğunu söyləyirdim.Amma məni müalicə edənhəkim bunu təkzib edirdi. Atam ilk öncə dediklərimdənşübhələnib polisə gedibmiş.Onlar isə onun söylədiklərinə gülüb,bu yerlərinaltına da üstünə də bələd olduqlarını,belə bir yerin olmasının mümkün olmadığınısöyləyiblər.İşlədiyim sahənin ətrafında həmin vaxt orada olan bir neçə şahid dəpeyda olubmuş.Onlar mənim meşəyə tərəf qaçdığımı görüblərmiş.Bütün bunlar mənimağlımın itdiyini sübut edirdi.Gücsüz idim.Sözlərimə heç kim inanmırdı.Mən isəinadkarcasına onlara dediklərimin doğru olduğunu sübut etməyə çalışırdım.Meşəniaxtarmalı olduqlarını söyləyirdim.Amma heç bir faydası olmadı.Nəticədəpsixiatrik xəstəxanaya yatızdırıldım.Və hal-hazırda da “müalicə” alıram.Bütünhəkimlər mənim xəstə olduğumu,evdə yaşamaq üçün təhlükəli olduğumu deyirlər.Məndüşünürəm ki,bu insanları kimlərsə idarə edir.Mənim dəliliyimin işinə yaradığıinsanlar.3 il...Düz 3 ildir dəlixanadayam.Hələ də heç kim mənə inanmır... ....Bəs siz....Siz mənəinanırsız?