3 sonuçtan 1 ile 3 arası

hekayə

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jan 2015
    Mesajlar
    2

    hekayə

    Bir şəhər təsəvvüredin.Səmasını qara buludlar hörüb,o dərəcədə sıx hörüb ki,günəşin bircəqığılcımı belə onları dələ bilmir.Bu buludlar heç vaxt boşalmır.Günlər aylaraçatır ,aylar illərə çatır,lakin bu buludlar nə yağmır nə guruldamır.Əgər məndənnecəsən deyə soruşsanız ,təsvir etdiyim şəhər kimiyəm deyərdim.Və əgər həminşəhərin hündür binalarını mənim mənəviyyatım hesab edin desəm ,nəzərinizəçatdırmaq istəyirəm ki,bu şəhərin binaları yerlə bir olub və əslində buraxarabalıqdır...Mən 21 yaşında subay biroğlandım. Yəni 3 il bundan öncə. Atam rayon məktəbində müəllim işləyir.Mən isəonun dediyi kimi fərasətsizin biriyəm, heç bir sənətə yiyələnəbilmədim.Dərslərimi çox zəif oxuyurdum. Atam məni asdısa da kəsdisə də ortayabir nəticə çıxara bilmədim. Mən əsgərlikdən qayıtdıqdan sonra kişi, əkin-biçinüçün torpaq sahəsi aldı və oranın əkin-biçin işlərini mənə tapşırdı. Anam nəqədər etiraz etsə də ,dava –dalaş salsa da atam məni işləməyə məcburetdi.Əslində özüm etiraz etmirdim.Heç bir işə yaramamışdım,heç olmasa bu yollakişinin ürəyini dinc edərdim.Həmin gün yay günlərindən biri idi.Mən həmişəkikimi sahəmizdə işləyirdim.Günəş qulac-qulac istilik saçırdı.Sahədə işlədiyimdən bəri dərim qapqaraqaralmış, əllərim bel tutmaqdan qabar atmış,bədənim isə heç öyrəşmədiyi ağırfiziki əməkdən haldan düşmüşdü. Hədsiz arıqlamışdım.Anam hər mən evə qayıdandaəlini ağzına tutub”vay balam əldən gedir” deyib başını yelləyirdi.Mənsəgülümsəyib onun alnından öpərdim və sərin duşa tələsərdim.O günlər necə dəxoşbəxt imişəm.Amma heyif ki,gözəllikləri,onları itirəndən sonra görürük...Sahəmizinsan gözündən uzaq bir yerdədi.Ətrafda özəl torpaq sahələri var.Amma həmin günbu tərəflərdə məndən başqa heç kim yox idi.Başım işə necə qarışmışdısa yanımdaduran insanın bura hardan ,necə gəldiyini görməmişdim.Birdən mülayim bir səseşitdim” A bala” Diksinib çevirləndim.Qarşımdakı yaşlı bir kişi idi.Ayaq üstəgüclə dururdu.Kənarda isə bir taksi dayanmışdı.Mənə söz deməyə imkan vermədənyaxınlıqda bir kafe olmalıymış, onu soruşdu.Doğrudan da bu torpaq sahələrinikeçdikdən sonra,meşə yaxınlığında kafelər vardı.Amma yollar çox dolanbacidi.Qocaya əgər istərsə maşına oturub yolu göstərə biləcəyimi söylədim.Sonrapiyada qayıda bilərdim,yol çox uzaq deyildi.Həm də işdən yayınmağa bir bəhanəaxtarırdım.Yaşlı adam məmnunluqla razı oldu.Mən taksiyə əyləşib yolu göstərməyəbaşladım.Amma sürücüyə sağa deyirdimsəsola sürürdü,sola deyirdimsə düz sürüdü.Axırı əsəbləşib “Ay qardaş sən sağ solbilirsən nədi?” səsimi qaldırdım.Heç qımıldanmadı da.Bir az da keçdikdən sonrameşənin içinə girdik.Məəttəl qalmışdım.Ürəyim sürətlə vurmağa başladı.Maşınınqapısını açıb düşmək istəyirdim ki,arxadan çox möhkəm bir alət başıma dəydi.Aniolaraq dəhşətli ağrı hiss etdim.Sonra deyəsən huşumu itirdim...Gözlərimixəstəxanada açdım.Palatada tək idim.Palatam çox müasir,şəhər xəstəxanalırınınpalataları kimi idi.Mən də xəstəxana pasientlərinin geyimindəydim.Lakin maraqlıolan o idi ki,bizim rayonda nə belə xəstəxana nə də belə palatalar yoxdu.Bəsmən hardaydım.Cəld qapıya tərəf getdim,qapı kilidlənmişdi.Çığırmağa başladım.Kimsəcavab vermirdi.Otağa boylandım, bu qəribə otağın heç pəncərəsi də yoxidi.Yenidən qapını yumruqlamağa başladım.Dəhlizdən ayaq səsləri gəldi.Nəfəsimiqısıb dinlədim.Ayaq səsləri mənim palatımın ağzında kəsildi.Və kimsə qapınıaçmağa çalışdı.Geri çəkilib yol verdim.Qapını açan həkim idi.Ağ geyimdə, üzündəqoruyucu maskası olan həkim.Heç bir söz demədən içəri keçdi.Özüm suallaryağdırmağa başladım.Bura hansı xəstəxanadı,məni kim gətirib bura? O cavab vermirdi.Mənancaq onun hündür qamətini və gözlərini görə bilirdim.Qalan hər əzasısı ağxalatla örtülmüşdü.İlahi! Mən hələ ömrümdə bu qədər ümidsiz gözlər görməmişdim..Sankibu insanın içində ruh yox idi.Mən -“Getmək istəyirəm” dedim.Yenə reaksiyavermədi.Bayaqdan bəri yanlarına sallanmış əlini qaldırdı.Əlində iynə vardı.”Yoxartıq!” dedim.Elə həmin an vaxt itirmədən var qüvvəmlə dirsəyimi üzünə çırpdım.Mənimçarpayımla paralel yerləşmiş çarpayının üstünə yıxıldı.Bilmirdimneyləyim,əlindəki iynəni qapıb onun öz bədəninə saldım.Deyəsən çox qüvvətləvurmuşdum,İynənin bir hissəsi sınıb ətində qaldı.O yerdə daha artıq durmaqistəmirdim.Dəhlizə çıxdım.Bomboş idi.Dəhliz boyu qaçmağa ,qarşıma çıxandöngələrdən burulmağa başladım.İlahi bura haradı belə!Hər yer ancaq dəhliz vəpalatalar idi.Nə giriş vardı,nə çıxış.Başım fırlanırdı.Durduğum yerdə hər ikitərəfdə palatalar vardı.Qapıları açmağa çalışdım.Amma hər birikilidlənmişdi.Palatada vurduğum həkim yadıma düşdü.Dəyəsən onda açarlarvardı.Tez otağıma geri qayıtdım.Həkim ölmüşdümü yatmışdımı bilmədim.Ammatərpənmirdi.Əllərim əsə əsə ciblərini axtardım,açarları tapdıqdan sonra yenidəndəhlizə çıxdım.Burada cəmi 3 açar vardı.Qapılardan birinə yaxınlaşdım,elə ilkyoxladığım açarla da qapı açıldı.Elə bilirdim ürəyim elə indicə yerindənqopacaq.Otaq eynilə mənim palatam kimi idi.Həm də çox soyuq idi.Hətta deyərdimdondurucu kimi.4 çarpayı vardı.Çarpayıların üstündə üzərləri ağ parça iləortülmüş 4 insan vardı.Yəni mən onları insan bildim.Və birinə yaxınlaşıbparçanı qaldırdım.İndi də yadıma gətirəndə içim bumbuz olur.Çarpayıda ağappaq ,əhəngkimi ağarmış bir üz gördüm.Mələfəni bir az da aşağı saldıqda qanım damarımdadondu,bu yazıq meyidin heç bir orqanı yox idi.Sadəcə parçalanmış boş bədən.Başımnecə hərləndisə yerə oturdum.Və içimdə nə vardısa hamısını qaytardım.Allahdan oan tək istəyim bu murdar yerdən qurtulmaq idi.Otaqdan çıxıb dəhlizlə qaçmağabaşladım.Ağlayırdım.Əsirdim.Çıxı şın bu otaqlardan birində ola biləcəyini zənnedib qapıları bir bir yoxlayırdım.Amma hər otaq içalatı çıxarılmış meyidlərlə dolu idi.Dəhlizinsonunda balaca bir qapı gördüm.Və o qapını açmağa çalışdım.Amma palatalarıaçdığım açar bu qapını aça bilmədi.İkinci açarı sınadım,alınmadı.üçüncü açarisə qapını açdı.Gözlədiyimin əksinə olaraq bura palata deyildi .Qarşıma aşağıyadoğru gedən pilləkən çıxdı.Ürəyim ümidlərlə doldu.Deyəsən yolutapmışdım.Pilləkənlə aşağıya endim.Yenə də bir dəhlizə çıxdım.Amma burada çoxluinsan vardı.Normal xəstəxanalardakı kimi.Tibb bacıları,həkimlər, sanitarlar.Hərə öz işində idi.Bircə pasientlər yoxidi.Birdən yanımdan keçən solğun üzlü tibb bacısı mənə diqqətlə baxdı.Gözləribərəldi,sanki canlı meyid görürdü.Məni itələyib pilləkənin olduğu otağasaldı.Qapını bağladı.”Sən necə gəldin bura”- deyə vahiməli səslə soruşdu.Mənimsəbeynimdə o qədər sual vardı ki,bilmirdim nə deyim ,nə soruşum.-Bura haradı deyəbildim.-Bilmirdim bu tibb bacısına inanım ya yox.Onun isə gözləri dolmuşdu.”Səniöldürmədilər?”- deyə soruşdu? “Sən axı ölməliydin”-Bura haradı? Yenəsoruşdum.Cəhənnəmdi cəhənnəm dedi və hönkürdü.Amma səsini qısmağaçalışırdı.Yəni doğrudan cəhənnəmdi qorxa-qorxa soruşdum.”Yox ay axmaq .buradaha dəhşətli bir yerdi.Bilmirəm hardayıq.Məni də sənin kimi oğurlayıbgətiriblər.Burada sağlam insanları,hətta uşaqları bizə öldürtdürüb orqanlarınıçıxarırlar,sonra isə bizim də bilmədiyimiz yerlərə aparırlar.Mənim xəstəliyimolduğu üçün burada işçi kimi saxlayıblar.Burada gördüyün hər kəs qurbandı.Sağqalanların isə sadəcə orqanları yararsız olduğu üçün öldürülməyiblər və işçikimi çalışırlar.Biz çox dəhşətli işlər görürük.”O danışdıqca ağlayırdı.Məneşitdiklərimdən şok olmuşdum.Ona həkimi necə vurduğumu və buranı necə tapdığımıdanışdım.O başını yelləyirdi və buradan qaçış yoxdu deyirdi.İçimə ümidsizlikçökmüşdü.Tibb bacısı məni orda saxlayıb otaqdan çıxdı.Mənsə bilmirdim nəedim.Çıxışı tapa biləcəkdimmi.Birazdan məni də axtaracaqdılar.O vaxta kimiqaçmalıydım.Amma necə? Olduğum yerdənpilləkənlərlə yuxarı qalxdım.Öz palatamı tapıb içəri keçdim və qapınıkilidlədim.Həkim yenə də olduğu vəziyyətdə idi və tərpənmirdi.Əlimlə yoxladımbədəni istiydi,deməli sağdı-deyə düşündüm və buna sevindim.Onu şillələməyə vəayıltmağa çalışırdım.Amma ölü kimi yatmışdı.Dəyəsən mənə vurmalı olduğu iynənintəsirindən idi.Ciblərini eşdim, heç bir şey yox idi.Tək əlacım həkiminayılmasını gözləmək idi.Hardasa daha iki saat vaxt keçdi.Həkimi oyatmağaçalışdım.Və o yavaş yavaş gözlərini qırpmağa başladı.Mən daha da ürəklənib bərksillələdim,o ayılırdı. Dərhal onun ağzını tutub qulağına pıçıldadım ki mənə köməketməlidi,yoxsa ölər. Özümü filmlərdəki canilər kimi hiss edirdim. Əslində isəçox qorxurdum.O heç bir şey ifadə etməyənbaxışlarla mənə baxır və sanki onu öldürməli olsam belə heç bir reaksiyaverməyəcəkmiş kimi görünürdü mənə.Yox,mənim onu öldürmək fikrim yox idi.Olsaydıbelə bacarmazdım.Bacarsaydım belə bu günahla yaşaya bilməzdim.Mənim təkistədiyim bu yerdən tezliklə canımı qurtarmaq idi.

    DAVAMI VAR.....

  2. #2
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502
    davamını gözleyirik asuman!

  3. #3
    Junior Member Nicole - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2013
    Mesajlar
    28
    Maraqli movzuya oxshayir , oxuyaq..)
    Həqiqətlərə yox , amma təsadüflərə gülməyim gəlir..

Benzer Konular

  1. Psixoloji hekayə
    By AgLaYaN_BuLuD in forum Psixologiya
    Cevaplar: 6
    Son Mesaj: 07-28-2010, 10:26 PM
  2. İbrətli hekayə...
    By AgLaYaN_BuLuD in forum Mənəviyyat
    Cevaplar: 2
    Son Mesaj: 06-12-2010, 05:51 AM
  3. Bir hekayə
    By AgLaYaN_BuLuD in forum Məhəbbət - Sevgi - Eşq
    Cevaplar: 8
    Son Mesaj: 03-13-2010, 11:40 PM
  4. Maraqlı hekayə... Sevgi
    By montin490 in forum Məhəbbət - Sevgi - Eşq
    Cevaplar: 4
    Son Mesaj: 09-02-2009, 06:40 PM
  5. İbrətamiz hekayə
    By sus-qun in forum Çayxana
    Cevaplar: 4
    Son Mesaj: 07-07-2009, 07:10 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.