5 sonuçtan 1 ile 5 arası

Bəxtiyar Vahabzadə vəfat edib

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Bəxtiyar Vahabzadə vəfat edib



    Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə bu gün vəfat edib.

    Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. ANS Press-in məlumatına görə, Xalq şairi ilə vida mərasimi fevralın 14-də Bakı Dövlət Universitetində keçiriləcək. Qeyd edək ki, şair, dramaturq, alim, publisist, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar dillərinə tərcümə edilib.
    Bəxtiyar Vahabzadə 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaucan Dövlət Universitetinin filologiya fakültəsinə, 1947-ci ildə isə Universitetin nəzdində aspiranturaya qəbul olunub. 1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
    Bəxtiyar Vahabzadə bədii yaradıcılığa İkinci Dünya Müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Bədii yaradıcılıqla məşğul olmaqla yanaşı B.Vahabzadə 1940-cı ildən Universitetdə dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
    B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
    O, 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.
    B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə(1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib (1995-2000).


    (zaman)
    [
    Ya da
    [

  2. #2
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Re: Bəxtiyar Vahabzadə vəfat edib

    Allah rəhmət eləsin!
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Jan 2009
    Mesajlar
    25

    Re: Bəxtiyar Vahabzadə vəfat edib

    Bütün Azərbaycan xalqının başı sağ olsun.
    ETNİ ARZUDAYIQ həm mən həmdə sən
    bəs niyə sən qaçan mən qovan oldum?
    sənin qolu bağlı əsirin ikən
    niyə mən sükançı sən sükan oldun?
    Allah rəhmət eləsin. Birinidə apardı dünya

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Feb 2009
    Mesajlar
    1

    Re: Bəxtiyar Vahabzadə vəfat edib

    Başımız sağ olsun. Büyük insan Bəxtiyar Vahabzadə'nin hatırasını hep yaşatacağız.

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Feb 2009
    Mesajlar
    13

    Re: Bəxtiyar Vahabzadə vəfat edib

    bahtiyar vahabzade büyük bir adamdı.son derece üzüldüm öldüğüne çok severim onu ayrı bir sempatim var elbetteki ona.ancak türkiyede çok fazla seveni vardı.ben çok severim şiirlerini Allah gani gani rahmet eylesin böyle vatanseverlere atatürkümüze ha bide dandik system of a down grubu atamız hakkında ileri geri şeyler söylemişler onların pis ağzına yakışmıyo atamız.türkiyede en rahat meslek bu devşirmelerde. bide şunun müjdesini veriyorum ki türkiyede şu anda acayip miiliyetçi bir gençlik var 10 yıla kadar türkiyede çok şey değişecek buna eminim soydaşlarımızla tam bir birleşme olacak

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.