Sayfa 1/2 12 SonSon
17 sonuçtan 1 ile 10 arası

Qurban Səid Əli və Nino

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Qurban Səid Əli və Nino

    Keçən il Azerinfo jurnalında fransızca məqalə dərc etdirməyə hazırlaşırdıq, mənə Qobustan, başqa bir tələbəyə isə Qurban Səid Əli və Nino haqda məqalə düşmüşdü. Məqaləni birgə işləmək qərarına gəldik, mənə çox maraqlı gəldi

    "Əli və Nino" əsəri Şərqin - Qafqazın Romeo və Culiyetası kimi tanınır. Əsərdə söhbət 20 ci əsrin əvəlləri - Azərbaycanın soylu ailələrindən çıxmış Əli və gürcü qızı Ninonun bir - birilərinə olan sevgisindən, həmin ərəfədə ölkədə baş verən bolşevik inqilabı - müharibələrdən gedir. Dünyaca məşhur Azərbaycan milli romanıdır. 27 dilə tərcümə edilmişdir. Əsər ilk dəfə 1937 - ci ildə Vyanada alman dilində nəşr olunmuşdur, 1970 - ci illərdən sonra dünya şöhrəti qazanmışdır.
    Əsərin müəllifi adlandırılan Qurban Səid müxtəlif adlarla tanınmışdır. Azərbaycanlı ədiblərin fikrincə, bu Yusif Vəzir Çəmənzəminlidir. Azərbaycanın mühacir ədibi kimi tanınan Məhəmməd Əsəd bəy (Essad bey) də olduğu güman edilir.


    Lakin Avropalı tədqiqatçılar (Tom Reiss) bu şəxsin yəhudi əsilli 1905 - ci ildə Bakıda doğulmuş İslam dinini qəbul etmiş məşhur Lev Nussimbaum olduğunu düşünürlər. Lev Nussimbaum o dövrün çox nüfuzlu bir şəxsi kimi bütün Şərqdə tanınırdı.
    Avstriyalı naşir E. P. Tal Verlag yazır ki, Qurban Səid Avstriyalı baronessa Elfreyd von Ehrenfelsin təxəllüsü idi. Tom Reiss də vurğulayır ki, Elfreyd, əri Rolf kimi, Şərqə çox meylli və eyni zamanda fəlsəfə pərəstişkarı idi, kiçik aristokrat qrupuna mənsub idi. İslam dinini qəbul edən Rolf dönüb Ömər von Ehrenfels olur. Elfreydə gəlincə isə, Almaniyada daha çox almanlaşmış qadın, Lev Nissembaum adlı birisinə istinadən yalançı (qondarma) addan istifadə etmişdir. Lev Nissembaum isə mənşəcə Bakıdan olan yəhudi yazıçısıdır, islamı qəbul etmiş və özünə Əsəd bəy adını götürmüşdür. Əsəd bəy də Elfreydin məşuqu olur və işlərə bir az qarışıqlıq gətirir.

    Lev Nussimbaumun Atası Abraham Nussimbaum Tiflisdə doğulmuşdur sonralar Bakıya gəlmiş neft sahəsində milyonlar qazanmışdır. Rus əsilli anası bolşeviklərə qoşulduqdan sonra intihar etmişdir. O intihar edən zaman Lev 6 - 7 yaşlarında idi. Lev Nussimbaum anası haqda belə yazır : "O sadəcə məni dünyaya gətirdi, başqa heç nə etmədi". Sonralar rus inqilabı Nussimbaumlar ailəsini sürgünə məruz qoyur. O atası ilə birgə əvvəlcə İstanbula gedir, oradan Almaniyaya mühacirət edir, Berlində rus liseyinə gedir, lakin gizlincə türk və ərəb dili dərslərində də iştirak edirdi, 17 yaşında ikən İslam dinini qəbul edir, sonralar bir müddət jurnalist kimi işləyir lakin alman nazilərinin təzyiqi altında Avstriyaya qaçır, burada bir çox yazılarını dərc etdirir, sonralar İtaliyaya gəlir və 36 yaşında ikən orada vəfat edir.

    Tom Raysın Orientalist (Şərqçi, Şərqpərəst) adlı əsəri Lev Nussimbauma həsr olunmuşdur.



    Lev Nussimbaum şərqpərəst yazıçı olub, şərq stilində geyinər, şərqli gənclər kimi hərəkət edərdi. Həmin dövrdə indi də olduğu kimi Qafqaz (Azərbaycan) etnik qrupların birgə yaşadığı tolerant ölkə idi. Buna görə də Nussimbaum Şərqdə sığınacaq və sakitlik tapa biləcəyinə inanır, Şərqə olan meyli - məhəbbəti artırdı. Bunun təsiri altında öz avtobioaqrafik romanı olan Əli və Ninonu qələmə almışdır.






    Diqqətinizə görə təşəkkürlər.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [b]Həqiqətəndə diqqətimi yaman cəlb etdi . Səndə
    [

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    bəyəndiyin, diqqətin üçün minnətdaram Shebnem,
    belə təsadüflər olur bəzən

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    Salam aleykum

    Bu da məndən. Ancaq rusca tapa bildim

    "Əli və Nino" əsərini [ yükləyə bilərsiniz.
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  5. #5
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    "Əli və Nino" Azərbaycan dilində

    [

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318
    gözeldi fidan bizle paylastığın üçün sağol
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  7. #7
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Alıntı fidan494 Nickli Üyeden Alıntı
    "Əli və Nino" Azərbaycan dilində

    [
    [b]Sağ ol ay, Fidan! He
    [

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195
    Alıntı Anel Nickli Üyeden Alıntı
    Alıntı fidan494 Nickli Üyeden Alıntı
    "Əli və Nino" Azərbaycan dilində

    [
    Sağ ol ay, Fidan! Heç ürəyimcə deyildi rus dilində ..
    Salam aleykum,

    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  9. #9
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Alıntı ChaosCastle Nickli Üyeden Alıntı
    Salam aleykum

    Bu da məndən. Ancaq rusca tapa bildim

    "Əli və Nino" əsərini [ yükləyə bilərsiniz.
    [b]Siz də
    [

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Alıntı ChaosCastle Nickli Üyeden Alıntı
    Alıntı Anel Nickli Üyeden Alıntı
    Alıntı fidan494 Nickli Üyeden Alıntı
    "Əli və Nino" Azərbaycan dilində

    [
    Sağ ol ay, Fidan! Heç ürəyimcə deyildi rus dilində ..
    Salam aleykum,

    Salam
    [

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.