3 sonuçtan 1 ile 3 arası

Azərbaycanda Bir Türk Məzarı

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Azərbaycanda Bir Türk Məzarı

    Erdal Karaman – Qafqaz Universiteti, Türk Dili və Ədəbiyyatı Kafedrası



    Osmanlı dövləti, I Dünya müharibəsində dörd il boyunca, yeddi cəbhədə dövrün ən güclü dövlətləri ilə müharibə etmək məcburiyyətində qalmışdı. Ölkənin hər tərəfində bir açıldığı vaxtda, həmin tarixdə Azərbaycanda vəziyyət bundan fərqli deyildi.

    Azərbaycanın; elmi, iqtisadi və hərbi nöqteyi nəzərindən inkişafına qəsdən maneə törədilirdi. 1918-ci ildə Azərbaycan işğal edildi. Azərbaycanın bir çox şəhərləri düşmən tərəfindən ələ keçirilmişdi. İşğalçılar Şaumyanın idarə etdiyi hərəkat, tamamilə xalqa yönəlmişdi. Bakıda, Türklərə qarşı 18 Mart – 1 Aprel 1918-ci il tarixləri arasında dəhşətli qətliam yerinə yetirildi. Bu qətliamda 12000 Azərbaycan Türkü şəhid edildi. Təzyiq və vəhşiliklərdən qurtulmaq üçün Bakıdakı xalqın yarısı şəhəri tərk etmək məcburiyyətində qalmışdı.

    İstanbula, Azərbaycanın çox acınacaqlı vəziyyətdə olduğu haqda xəbərlər gəlməyə başlamışdı. Azərbaycanın vəziyyəti haqqında nə isə tez əlac etmək lazım idi. Ənvər Paşa, ögey qardaşı Nuri Paşanı Qafqaz İslam Ordusunu qurmaq məqsədilə Azərbaycana göndərir. Düşmənlərin vəhşilikləri ağlasığmaz hala çatmışdı. Xalqın vəziyyəti çox çətin idi. Onların tək ümid yeri Anadolu Türkləri idi. Türk ordusu Azərbaycana gələndə, xalq yollara çıxmış və ordunu coşqu ilə qarşılamışdılar. 25 May 1918-ci ildə Gəncəyə gələn Nuri Paşa, burada işə başlayır. Ordu hazırlıqlarını elədikdən sonra Nuri Paşanın komandanlığındakı birliklər, işğalçıların əlinə keçən Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını geri qaytarır. Bakı hələ də işğal altında idi. Bakıya hücum edən Türk ordusunun ilk hərəkatından bir nəticə əldə edilmədi. Çətin vəziyyətdə olan xalq buna çox narahat olur. İşğal altında olan Bakıda işgəncələr son həddə çatmışdı. Xalq çarəsiz idi, xalqın çarəsizliyini görən Abdulla Şaiq, “Niyə belə gecikdin” adlı şerində xalqın əhvalını belə izah edir:

    Sənsiz qəlbim qırıq, sönük, çiynənmiş, xırpalanmış

    Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış,

    Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri.

    Yıxılıb yandırar bütün qayğı vurmuş əlləri



    Bu vətənin öksüzləri, gəlinləri, dulları,

    Göz yaşıyla sulanmış hər keçdiyimiz yolları.

    Yolunuzu gözləməkdən bənizləri sararmış,

    Heç gəlmədin. O şən gülən ürəkləri qəm almış.



    Sən gəlməsən, dolumsanmış ürəklər

    Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz.

    Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz

    Dodaqlarım gülməz, sönmuş bəxtimə nur saçılmaz



    Başqasını istəməm də, Ey Türk, tez ol sən gəl, sən

    Gözləməkdən yoruldum, ah, axı gecikdin nədən?

    Yollarına daşmı düzülmüş? Ya azğın qullarmı?

    Buraxmır? Daş, dəmir ya polad olsa da onlar.



    Ürəyində şəlalədən ən mətin, qızıl atəşlə

    Yandır onları, ərit, söndür, çiynə, boğ, əz, xırpala,

    Xain alçaq düçmənlərə qol gücünü göstər.

    Aç yolları, tez gəl ki qəlbim səni çox istər.



    Bununla yanaşı birinci Bakı hücumundan sonra xalq, ordunun daha tez hərəkət etməsi üçün Nuri Paşaya, Bakıdakı vəziyyətin dəhşətini bildirən bir məktub göndərir. Bu məktubda: “Ey Türk Əsgəri! Əgər sən Bakını ala bilməsən, Bakıda, sənin üçün hazırlanmış süfrələr qonaqsız qalacaq, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaq. Əgər sən bu şəhəri ala bilməsən, müsəlman gəlinlərin duvaqlarını düşmən atacaq, sənin müzəffər olmağın üçün qalxan əlləri zalımlar kəsəcək.” şəklində xalqın vəziyyətindən bəhs edilir.

    İkinci Bakı hücumunda, düşmən birlikləri Türk ordusunun hücumları ilə zərərsizləşdirilir. Düşmən məhv edildi. Şəhər işğalçıların əlindən alındı. Xalq, Nuri və Xəlil Paşaları xilaskar sifəti ilə qarşılayır. Onların sayəsində Azərbaycanın paytaxtı istiqlalına qovuşdu. Azərbaycan xalqı, qurtuluş gününün Qurban bayramına rast gəlməsi ilə ikiqat bayram sevinci yaşayır.

    Türk ordusu, Bakı və digər bölgələrdəki döyüşlərdə yüzlərlə şəhid verdi. Bu cəbhələrdən birisi də Şamaxıdır. Şamaxı yaxınlarında şəhid olan bir Türk zabitinin yaralanmasından şəhid olmasına qədər keçən müddət zərfində müxtəlif duyğulu anlar yaşandı. Şamaxı ətrafında gedən döyüşlərdə şəhid olan, bu əsgərin adı bəzi qaynaqlarda İzzət, bəzi qaynaqlarda da Qadir kimi bilinir. Əsgərin dastanı dövrümüzə qədər söylənilir. Rütbəsi mayor olan əsgərin şəhid olmasını Əlfayim Əziz, “Azadlıq naminə” adlı kitabında belə yazır:

    İzzət Bəy, Aşot adındakı bir düşmənin atəş açması nəticəsində yerə yıxılır. Ağır yaralanan mayorun köməyinə ətrafda yaşayan insanlar gəlirlər. Əsgərimiz yaralananda orada olan Gülsabah adlı bir qadın, hadisəyə əvvəlindən bəri şahid olur. Başörtüsünü çıxarıb əsgərin yarasını bağlamaq istəyir.

    İzzət Bəy:

    “Bacım qolumdan möhkəm tut, mən mərmini çıxardım” deyir.

    Mərmini çıxardır. İzzət bəy, Gülsabahdan cibindəki dəsmalı çıxartmağı istəyir. Gülsabah dəsmalı İzzət bəyə verir. Mərmini dəsmalın içinə qoyduqdan sonra,

    İzzət Bəy: “Hər şey qaydasındadır, yaramı bağlamağa ehtiyac yoxdur. Qanım bu torpağa axsın.” deyir.

    Halsız halda yerdə uzanan İzzət bəy, silah səslərinə ayılır. Türk ordusu gəlib çıxır. Əsgərlər İzzət bəyi vuran əsgəri həmin döyüşdə vururlar. Ordunun gəlməsinə İzzət bəy çox sevinir. Qarşısında Nuri Paşanı görüb həyəcanlanır. Nuri Paşa İzzət bəyin yanına yaxınlaşır, İzzət bəyin başını dizlərinə qoyur. Artıq İzzət bəy son anlarını yaşayır. Nuri Paşaya: “Paşam bir Türk paşasının dizləri üstündə can vermək mənim üçün böyük bir şərəfdir.” deyir.

    Nuri Paşa: (onu təsəlli etmək üçün) “Sən yaşayacaqsan, daha çox zəfər qazanacaqsan” cavabını verir.

    Ancaq, İzzət bəy son anlarını yaşadığını hiss edir. Əldən düşmüş halda uzanan mayorun ətrafında hər kəs diz çökür, Şeyx Muhsin Quran oxumağa başlayır. İzzət Bəy vətənindən minlərlə kilometr uzaqda ölüm-qalım savaşı verən soydaşlarına kömək etməyin hüzurunu yaşadığı anlarda sakit bir halda oxunan Quranı dinləyir. Orada olan insanlar bu səhnə qarşısında duyğularına hakim ola bilməyib gözyaşları axıtdıqlarına şahid olunur. İzzət Bəy, bir an doğrulur və yanındakılardan haqqlarını halal etməsini istəyir. Cibindəki dəsmalı çıxarıb Nuri Paşaya:

    Paşam! Atam, Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşurdu və ağır yaralandı. Vücuduna dəymiş mərmini güclə çıxardıqdan sonra, yanındakı silahdaşlarına, “Bu mərmini oğluma verin, mən vətənim üçün qəhrəman kimi vuruşdum, ölkəm üçün canımı verirəm. Ona deyin məni yaralayan bu mərmini yanında gəzdirsin və bunu iki etsin” deyir və vücudundan çıxan mərmi ilə ekiz qardaşlar kimi görünən şəhadət nişanlarını göstərərək:

    “Paşam! Atamın vəsiyyətini yerinə yetirdim. Onun söylədiyi kimi mərmini iki etdim. Hələ mərminin üzərindəki qanım qurumadı. Siz də bu mərmini alın oğluma verin, ona atasının da qəhrəman kimi vuruşduğunu sonra şəhid olduğunu deyin, bu mərmiləri üç etməsini söyləyin.” deyir. Son sözlərini söyləyən İzzət Bəy vurulduğu yerdə dünyaya gözlərini yumur.

    Xalq, İzzət Bəy yaralananda onu Şamaxıya aparmaq istəyir, ancaq o orada dəfn edilməsini vəsiyyət edir. Onun vəsiyyətindən sonra öz vətəni olaraq gördüyü torpaqlara, Şamaxı yaxınlığındakı Acıdərədə dəfn edilir. O gündən bu günə qəbrin adı “Türk məzarı” kimi yad edilir.

    Türk məzarı ilə əlaqədar araşdırmalarımızda qarşımıza Bəxtiyar İsmaili (Türkcanlı) çıxmaqdadır. Bu şəhid məzarı ilə Dr. İsmailinin adı sanki eyniləşmişdir. Onun söylədiklərinə görə sonradan işğalçılar məzarı bir neçə dəfə ləğv etmək istəyirlər. Buna çalışanlar hökumət nəzdində hərəkət etsələr də istəklərinə nail ola bilmirlər. Dəfələrlə müxtəlif təhriflərə uğrasa da xalq tərəfindən təmir edilir. Qəbr daşı ilk dəfə Şamaxı qəsəbəsi valisi tərəfindən tikdirilir. Bu xeyirxah insan daha sonra 1928-ci ildə öldürülür. Qəbrə xalqın sahib çıxması ilə yanaşı şairlər də şerləri ilə öz vəfa borclarını yerinə yetirmişlərdi. O dövrdə rejimin təzyiqinə görə şəhid əsgərə kifayət qədər diqqət yetirmədiklərini, bu duyğularını qəlblərində saxladıqlarını Azərbaycanlı şair Qabil bu misralarla dilə gətirir:

    Türkün qəbri

    Qədim Şirvan yollarının

    Üstündədir.

    Azərbaycan torpağının,

    Altında yox,

    Sinəsində,

    Köksündədir,

    Qollarının üstündədir.

    Mən bu qəbrin dövründə

    Yetmiş bir il lal olmuşam,

    Kar olmuşam,

    Yetmiş bir il

    Bu kiçik bir zaman deyil

    Bu qəribin

    Muzdaribin

    Bu əsgərin

    Bu yavərin

    Şəhid ruhu,

    Şanlı ruhu hüzurunda

    Xəcalətdən xar olmuşam.

    Türk sözünü,

    Türk adını

    Dilimizə gətirmək də cinayətdi.

    Türkün qəbri

    Həsrət qaldı.

    Anaların bacıların

    İsti gözyaşına

    Gözyaşını bulud sıxdı

    Yağış yağdır başdaşına

    Türkün qəbri həsrət qaldı

    Anaların bacıların

    Ağısına.

    Buna rəva görmərəm heç

    Düşmənimin də düşməninə.

    Türkün qəbri həsrət qaldı

    Anaların bacıların qara matəm libasına.



    Sonrakı dövrdə qərib qalan qəbrə xalqın diqqəti davam etmiş, ətrafını Şamaxılı, Məhəmməd adlı bir sürücü düzəltmişdir. Daha sonra eyni şəkildə Şamaxılı Babaxan Rzaxanov adlı başqa bir sürücü də məzarın ətrafına dəmir düzəltdirmişdir. Babaxan 1964-cü ildə tutulur, dindirildikdən sonra altı gün saxlanılır, o dövrdə Türkiyə ilə Sovet İttifaqı arasındakı əlaqələrin yumşalması nəticəsində Babaxan azadlığa buraxılır. Sonrakı dövrlərdə Bəxtiyar İsmailinin (Türkcanlı) oğlu Atilla tərəfindən təmir edilən qəbrə Türk bayrağı da həkk olunur.

    Məzarın başına bu misralar yazılır:

    Bir Türk qəhrəmanındır bu məzar,

    Gör necə yer ilə yeksan eləyibdir haqzar,

    Qafqaz İslam yolunda eyləyib zinhar canın

    Ərsəni hərp içrə bir aslanındır bu məzar



    Xalq tərəfindən məzar, tez-tez ziyarət edilir.

    Bəxtiyar Vahabzadə “Tənha məzar” şerindən bir neçə misranın yazıldığı lövhə ilə birlikdə yolçuların yanından keçəndə görə biləcəkləri yerə asdırması ilə yanaşı məzarın ətrafını da düzəltdirir. Vahabzadənin yolçulara səsləndiyi şer belədir:

    Yolun kənarında tənha bir məzar

    Üstündə nə adı var nə soyadı.

    Ey yolçu, maşını saxla bu yerdə

    Soruş kimdir yatan tenha yerində

    O bir Türk zabiti qəhrəman, mətin

    Doğma qardaşına yardıma gəldi.

    Qırğına tutulan millətimizin

    Haqlı savaşına yardıma gəldi.

    Uzaqdan hay verib sənin səsinə

    Gəldi, gəldi dönmədi öz ölkəsinə.

    Düşmən səflərini, o soldan sağa

    Biçib dəstəsi ilə cəbhəni yardı.

    Torpağın uğrunda düşüb torpağa

    Sənin torpağını sənə qaytardı.

    Özü qoruduğu, həm can verdiyi

    Yolun kənarında dəfn edildi o.

    Uğruna canını qurban verdiyi

    Torpağı özünə vətən bildi o,

    Yolçu maşını bu yerdə saxla.

    O məzar önündə sən təzim eylə

    Hörmət et, dua ver onun ruhuna,

    Ayaq basdığın yer borcludur ona.



    1918-ci ildən, hər cür təzyiq və zülmün tətbiq edildiyi bir dövrdən, indiki dövrümüzə qədər keşiyini haqqı ilə çəkən Türk şəhidi, Azərbaycan xalqının qəlbində onlara verə biləcəyi ən dəyərli hədiyyəni, canını verərək taxt qurmuşdur. Bir dövrdə şəxsiyyət vəsiqələrindən Türk adının çıxarılmasına, bu adı söyləyənlərə ən ağır cəzaların verilməsinə baxmayaraq, Türk adı bu qəbirdə ölümsüzləşmişdir. Bu səssiz qəbir, sanki yoldan gəlib keçən yolçulara, o dövrdə Azərbaycanda reallaşdırılmaq istənilən mənfur düşüncəni sakit və səssiz halda bildirməkdədir. Cildlərlə kitabın və minlərlə xətibin edə bilməyəcəyi təsiri yanından keçənlərin qulağına sanki fısıldayaraq, tarixi vəzifəsini yerinə yetirməyin hüzuru ilə yoldan keçənləri salamlamaqdadır.



    Qaynaqlar

    1. I. Dünya Müharibəsində Osmanlı Ordusunun Qafqaz Harəkatı, Azərbaycan Milli Ordusunun Qurulması və Azərbaycanın İstiqlalının Qazanması, Bakı 1998, s.14-15.

    2. Nasır, Yüceler, Birinci Dünya Savaşı’nda Osmanlı Ordusu’nun Azerbaycan ve Dağıstan Harekatı, Ankara 1996, s.34.

    3. Nasır, Yüceler, a.k.e. s.43.

    4. Respublika Qəzeti, 28 Aprel 1999

    5. Nasır, Yüceer, a.k.e., s.127.

    6. Əlfayım Əziz, Azadlıq Naminə, Bakı 2000, s. 157-158.

    7. Vışka Qəzeti, 6-7 Aprel 2001

    8. 168 Saat, 24 May 2001

    9. Ədalət Qəzeti, 27 Aprel 1999.

    10. Xalq Qəzeti, 18 May 1999
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Feb 2008
    Mesajlar
    1

    salam

    hekayenizi oxudum
    cox beyendim
    eslinde bu uydurulmush bir ehvalat deyil
    bunu cok genish bir shekilde roman kimi yazmaq olar
    bilmirem bunu siz özünüzmü yazmısınız
    beledirse roman kimi yazmanız meslehetdir
    uğurlar[/i]

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    salam.
    Çox təəssüf ki bunlar barəsində azımızın xəbəri var. Hər birimizin bilməsi bu düşmənlərimiz haqqında qəti fikirlər yarada biləcəyimiz halda onlar zaman zaman dost və qardaş demişik. Artıq bu sondur!!!

    Bu türk mayoru İzzət Bəy şəhid olduğu üçün şəhid olduğu yerdə dəfin edilir.
    Onun qəbri və ya 1918-ci il döyüşlərində həlak olan şəhidlərin xatirəsinə 2000-ci ildə ucaldılmış abidə Şamaxı-Mərəzə arasında Acıdərə deyilən yerdə, Şamaxı-Bakı arasındaki yoldan təxmini 100-120 m qıraqda yerləşir. Abidə üzərinə daimi olaraq Türkiyə və Azərbaycanın bayraqları dalğalanır.
    Bu abidəni görmək istəyən Bakı -Şamaxı-Astara istiqamətindəki yolla getsə çox gözəl görəcək.

    ---- 1918-ci il mart hadisələri. Şamaxı al qan içindədir. Eləcədə digər rayon və şəhərlərimiz. Amansız ermənilər öz vəhşiliklərini, insanlığa sığmayan hərəkətlərini, insanlığa qarşı edilən ən alçaldıcı hərəkətləri Azərbaycan, Türk millətinə edirdi.
    Şamaxının küçələri uşaq, başı kəsilmiş meyidlər ilə dolu idi. Ən amansız o idi ki, qadınların gözü önündə körpələri nizəyə, süngüyə keçirilirdi. Bu zaman irəli atılmaq istəyən qadınıda süngiyə keçirir, döşlərin, qulağın, burnun kəsirlər. Süngiyə keçirilmiş uşağı anasının sinəsinə sancırlar. Digər qadınlrı isə kürəklərinə qaynar samavar bağlayırlar. İstidən kürəyi yanan yazıq qadın atılıb-düşür. Bu zaman dolu olan samavardan qaynar su qadının bədəninə dağılır, onu canlı-canlı bişirir. Bundan doymayan vəhşi erməni uşağı anasının qucağına verir ki, uşaqda yansın. Ancaq gözəl ana uşaq yanmasın deyə dişlərini sıxıb dayanır. Amma nə fayda bu erməninin gözündən qaçmır.Uşağıda samavara sarıyır. Od qalayırlar bütün qadın və uşaqları diri-diri oda atırlar.


    Mənbə 1918-ci il Şamaxı soyqrımı kitabı.

    Vay ana!! vay ana!!! sən nələrə dözmüsən ey Azərbaycanlı.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.