10 sonuçtan 1 ile 10 arası

HUSEYN CAVID

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    HUSEYN CAVID

    Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 125 illiyinə həsr olunan sərgi keçirilib.Sərgidə şairin və tədqiqatçıların onun yaradıcılığına həsr etdikləri kitablar nümayiş olunub. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq, Hüseyn Cavidin azadlıq carçısı olduğunu vurğulayıb. Sərginin açılış mərasimində iştirak edən İsgəndəriyyə Milli Kitabxanasının direktoru doktor İsmayıl Serageldin Hüseyn Cavidin böyük ustad olduğunu bildirib: “Stalin rejiminin repressiyasına baxmayaraq, Hüseyn Cavid bu gün də yaşayır”. Tədbir iştirakçıları şairin sərgilənən kitabları, qəzet məqalələri ilə tanış olublar.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    İstərdim onun barəsində bir az da mən əlavə edəm.
    Hüseyn Cavid 1882-ci ildə oktyabrın 24-də Naxçıvanda, ruhani ailəsində anadan olmuşdur. O ilk təhsilini mollaxanada alıb. 1896-cı ildə o, tanınmış şair və pedaqoq Məhəmməd Tağı Sidqinin açdığı "Məktəbi-tərbiyyə" adlı yeni üsullu məktəbə daxil olmuşdur. Sonra isə o, Təbriz şəhərindəki Tələbiyyə mədrəsəsində orta təhsilini davam etdirmişdir. 1905-ci ildə o Türkiyəyə gedərək, İstanbul Universitetinin ədəbiyyat fakultəsinə daxil olur. 1909-cu ildə universiteti bitirmiş, 2 il Naxçıvan, Gəncə və Tiflisdə müəllimlik etmişdir.
    1920-ci ildə o, Azərbaycan Dövlət Universitetinə dərs deməyə dəvət olunur. O, 1920-ci ildən Bakı Teatr Texnikumunda müəllim işləyir.
    Bu dövrdə o, Azərbaycan Xalq Kommissarlığı tərəfindən "... müasir Avropa ədəbiyyatını öyrənmək və müalicə üçün" Berlin və Paris şəhərlərinə ezamiyyətə göndərilir. Cavid yarım il bu şəhərlərdə qalaraq, Avropa ədəbiyyatı ilə tanış olur və gözlərini müalicə etdirir.
    H.Cavid ictimai sifarişlərə, 20-30-cu illər dövrünün tələblərinə məhəl qoymurdu. O, öz yazıçı qənaətinə uyğun gələn mövzuları qələmə alırdı. Sənətkar, sovet rəhbərlərini vəsf edən heç bir əsər yazmayıb. Buna görə də 30-cu illərdə H.Cavidi tez-tez tənqid edir, ona burjua yazıçısı , idealist qəhrəmanlar müəllifi damğası vururdular. 1937-ci ildə H. Cavid həbs edilərək məhkəmə iclasının qərarı ilə "xalq düşməni" adı ilə Sibirə göndərilmişdir.
    Hüseyn Cavid 1941-ci il dekabrın 5-də vəfat etmişdir. 1956-cı ildə onun haqqında çıxarılmış saxta ittiham ləğv edilmiş və sənətkar ölümündən sonra bəraət qazanmışdır. 1982-ci ildə H. Cavidin 100 illik yubileyi keçirilmiş və görkəmli sənətkarın məzarı qızı tərəfindən Sibirdən Naxçıvana gətirilmişdir.
    [

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Anel bele melumatlari tez0tez yaz. CUnki boyuk ehtiyac var

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Bildiyim nə varsa əlbəttə ki, m
    [

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    cox sagol

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.