Sayfa 1/2 12 SonSon
13 sonuçtan 1 ile 10 arası

"Kitabi Dədə Qorqud"

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    "Kitabi Dədə Qorqud"

    Şübhəsiz hamınız uşaqkən "Kitabi Dədə Qorqud" dastanını oxumusunuz

    «Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbiyyatının çox qədim nümunələrindən biridir. «Kitabi-Dədə Qorqud» dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhəmiyyətə malikdir. Oğuz türklərinin tarixini əks etdirən "Kitabi-Dədə Qorqud" yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mə'nəvi sərvətlər xəzinəsinə daxil olmuşdur və dünya ədəbiyyatı tarixində xüsusi yer tutur. Azərbaycanda bu abidənin tədqiqinə son otuz ildə başlanılmışdır. Aparılan tədqiqat nəticəsində toplanılmış tarixi məlumatların təhlili aydınlaşdırır ki, bu abidə təxminən X—XI əsrlərdə Azərbaycanda baş verən tarixi hadisələrlə səsləşməkdədir. Əsərin ilk orijinalı da Azərbaycanda yazıya alınmışdır.
    Bu dastanların təxminən XI—XII əsrlərdə qələmə alınmış əslinə hələ də təsadüf edilməmişdir.
    Dastan bir çox dillərə tərcümə olunmuşdur. «Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandır. «Kitabi-Dədə Qorqudun bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır. Bu nüsxə XIX əsrin 15-ci ilində alman alimi Ditsin verdiyi məlumatla elm aləmində tanınmışdır. Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüsxəsi tapılmışdır. Vatikan nüsxəsinin foto sürəti 1952 - ci ildə İtaliya şərqşünaslarından prof. Ettope Rossi tərəfindən nəşr olunmuşdur. Birinci nüsxədə bir müqəddimə, on iki boy ikincidə eyni müqəddimə və birincidə olan boyların altısı vardır.

    Dastanda təsvir edilən cəmiyyətin başında xanlar xanı Bayındır xan durur. Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı isə Qazan xan və onun ətrafında birləşən bahadırlardır. Heç bir adı-sanı, mənsəbi olmayan Dəli Domrul isə mövhumi-dini qüvvələrə, Əzrailə qarşı çıxır nəticədə dastan məhəbbətin ölümə qalib gəlməsi ilə bitir.
    Salur Qazan «qırış günü öndən təpən» qəhrəmandır. «Ulaş oğlu, tulu tuşun yavrusu, qonur atın ayası, xan Uruzun ağası, Bayındır xanın göyküsü» - deyə tanıdılan bu qəhrəman əsərin əsas simalarından biridir. Onun evinin yağmalanması, oğlunun və özünün əsir alınması , qəhrəmanlığı təsvir olunur. O, xalqına sadiq, fədakar, vətənpərvər, yenilməz və cəsarətli bir qəhrəman kimi göstərilir.
    Qazan oğlu Uruz da atası kimi yenilməz igiddir. O, iki dəfə düşmənə əsir düşür. Hər ikisində də mərdliklə hərəkət edir. O (namus uğrunda ətinin qıyma-qıyma doğranmasına razı olur, anasının tanınıb düşmən məclisinə aparılmasına razı olmur). O, on birinci boyda atasını əsirlikdən xilas edir. Atası onu sınamaq üçün özünü nişan vermir. Uruz isə meydanda qəhrəmanlara qalib gələn atasından üstün çıxır. Dastanların başqa qəhrəmanları da Oğuz bəylərindən ibarətdir. Bozatlı Beyrək, Qanturalı, Buğac kimi bəy oğulları öz qəhrəmanlıqları ilə nüfuz və ad qazanmış igidlərdir.
    Bu qəhrəmanlıqlarla bərabər boylarda qarətçilik və qəbilə çəkişmələri də özünə yer tapmışdır. Buna baxmayaraq, əsasən xalq qəhrəmanlığı ruhunda qurulmuş olan bu dastanlarda, Qaraca Çoban surəti xüsusən dıqqəti cəlb edir. Bu sədaqətli qəhrəman altı yüz nəfərlik bir düşmən dəstəsi ilə təkbaşına vuruşmalı olur. Onu satın almaq istəyirlər. Ona hədə gəlirlər. Onun iki qardaşı öldürülürsə də ruhdan düşmür, qalib gəlincəyə qədər mərdliklə vuruşur. Daşı tükənir, sapanına qoyun-keçi qoyub atır. Bir atanda ikisini - üçünü öldürür. Düşmənin gözünü qorxudur. Onun sapanının içi üçyaşar dana dərisindən, qolları üç keçi qılından toxunmuşdur. Hər atanda on iki batman daş atır. Atdığı daş yerə düşmür, düşəndə də toz kimi sovrulur, ocaq kimi ovrulur, daş duşən yerdə üç il ot bitmir.
    Dədə Qorqud dastanlarında təsvir edilən müharibələr qətiyyən milli və ya dini vuruşma deyil. Əsasən tayfalar arasında gedən bu vuruşmalar çox zaman talan, qarət xatirəsi üçün və ya qız üstündə aparılır. Bəzən tayfanın öz içində də vuruşma gedir ki, on ikinci boy buna əy yaxşı misaldır.
    Dədə Qorqud dastanında islam dininin təsiri çox azdır. Doğrudur, burada hamı islamdır, «kafirlər» ilə müharibə edirlər. Allah, Məhəmməd və başqa dini adlar çox təkrar olunur. Kərbəla hadisəsindən xəbərdardırlar, namaz qılırlar, lakin bütün bunlar üzdəndir. İslam dini dərin və əsaslı kök salmamışdır. Bütpərəstlik əlamətləri məişətdə daha qüvvətli yer tutur. İnsanlar allahdan çox təbiət qüvvələrinə inanıb etiqad edirlər.
    Əsərdən görünür ki, bu dövrdə xalq içərisində dini təbliğat aparan ərəb və ya fars ruhaniləri «saqqalı uzun tat əri» adlandırılırmış. Hətta əzan sözü xalq dilinə keçməmişdir. Əzan verməyi banlamaq adlandırırlar.
    Boylarda qadın, ata, ana, qardaş və at da allah, Məhəmməd və Quran kimi müqəddəs sayılır.
    «Dəli Domrul» boyunda Allah adi insan kimi təsvir olunur. O, xudbin, məğrur və tərif sevəndir. Burada Əzrail real qəhrəmandan zəif verilir. O, qılıncı çəkib hücum edən Domrulun qorxusundan qapını qoyub bacadan qaçır. Domrulu yalnız hiylə ilə məğlub edə bilir, atını ürküdür, at onu götürüb yerə vuran kimi sinəsinə qonub canını almaq istəyir. Burada xalqın öz qahrəmanlarını dini qüvvələrdən yüksək tutduğunu görürük.
    Əsərdə bütün qəhrəmanlar islam dininin haram buyurduğu şərabı içir, «ərin könlündə pas olsa şərab açar» deyirlər. Al şərab din nümayəndələrinin qarşısında da təriflənir.

    1997 ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Kitabi Dədə Qorqudun həm Azərbaycanda, həm də UNESCO tərəfindən beynəlxalq səviyyədə 1300 illik yubileyi qeyd olunmuşdur.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721









  3. #3
    Junior Member
    Üyelik tarihi
    Oct 2005
    Yer
    ERZURUM / TÜRKİYE
    Mesajlar
    22

    Dede Korkut Kitabı

    Türk edebiyatının en önemli ürünlerinden olan bu eseri her Türk evladı okumalıdır.
    [

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    KOCAELİ TÜRKİYE
    Mesajlar
    18

    ...

    çog sağolasın fidan cok güzel bir konuyu hatırlatmıssın bizlere yaşa varol.
    BİZ İKİ DEVLET BİR MİLLETİZ...

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Mən də istəyirəm bir az əlavə eləyəm.
    Bu dastanda işlənmiş s
    [

  6. #6
    Junior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    KOCAELİ TÜRKİYE
    Mesajlar
    18

    slm

    Anel cok güzel bir konuya tema edirsin.Dil konusuna, dil türk milleti icin cok onemli ve vazgecilmez bir unsurdur.Biz turan milletleri azerisi türkmeni kazağı kırgızı tatarı hep bir dili konuşmag lazım gelir.Yoksa birligimizi kuramazsak sömürülmeye devam ederiz.Allah Dünyadaki bütün Türkleri korusun ve yüceltsin.
    BİZ İKİ DEVLET BİR MİLLETİZ...

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    Allah hepimizi korur, inşallah.
    [

  8. #8
    Junior Member
    Üyelik tarihi
    Aug 2007
    Yer
    KOCAELİ TÜRKİYE
    Mesajlar
    18

    ..

    amin
    BİZ İKİ DEVLET BİR MİLLETİZ...

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re:

    Fidan, senin kimi userlerin bu forumda cox olmasi gerek,cunki,forumdaki movzularin cox hissesini eylenceli movzular teskil edir.Amma bilmeliyik ki,Azerbaycanin numayendelerinden olan Dede Qorqud,Nizami Gencevi,Xeqani Shirvani.Moll Penah Vaqif kimi numayendelerimiz mehz bizler ucun,Azerbaycanimiz ucun yashayib yaratmishlar.O,esirde yashamish shairlerimiz haqqda bilmeliyik, oyrenmeliyik,oyretmeliyik...Dahilerimiz haqda movzularini yerleshdirdiyin ucun tesekkurler sene,cox tessuf ki,unudurug butun bunlari bezen.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  10. #10
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Re:

    Alıntı canbell Nickli Üyeden Alıntı
    Fidan, senin kimi userlerin bu forumda cox olmasi gerek,cunki,forumdaki movzularin cox hissesini eylenceli movzular teskil edir.Amma bilmeliyik ki,Azerbaycanin numayendelerinden olan Dede Qorqud,Nizami Gencevi,Xeqani Shirvani.Moll Penah Vaqif kimi numayendelerimiz mehz bizler ucun,Azerbaycanimiz ucun yashayib yaratmishlar.O,esirde yashamish shairlerimiz haqqda bilmeliyik, oyrenmeliyik,oyretmeliyik...Dahilerimiz haqda movzularini yerleshdirdiyin ucun tesekkurler sene,cox tessuf ki,unudurug butun bunlari bezen.
    Fidanda sag olsun ele sende fikrinle tamm raziyammm Sara

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.