4 sonuçtan 1 ile 4 arası

Xaqani Şirvani

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Xaqani Şirvani



    Xaqani Şirvani

    Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvani (1126, Şamaxı -1199, Təbriz) - Azərbaycan şairi, mütəfəkkir. 8 yaşından atasını itirən Xaqani Şirvani dövrünün məşhur alimi və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayə və tərbiyəsində böyümüşdür.
    Xaqani Şirvaninin Sənainin "Hədiqətül-həqiqət" əsərinin təsiri ilə "Həqayiqi" təxəllüsü ilə yazdığı şerlər ona şöhrət qazandırmışdır.
    25 yaşında ikən Şirvanşahların məliküş-şüərası Əbül-üla Gəncəvinin dəvəitilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbül-ülanın ona verdiyi "Xaqani" təxəllüsü ilə şerlər yazmışdır.
    Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb etmişdir.
    Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olmuşdu.
    Xaqani Şirvani gizli surətdə Şirvandan getməyə cəhd göstərmiş, lakin I Axsitanın əmri ilə həbs olunaraq 1170-ci ildə Şabran qalasına salınmışdır. 7 ay həbsdə qaldıqdan sonra azad edilən Xaqani Şirvani, nəhayət, 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edərək Təbrizə köçmüş, ömrünün axırınadək orada yaşamış və bu şəhərdə vəfat etmişdir. Təbriz yaxınlığında sonralar "Məqbərətüş-şüəra" adlandırılan Surxab qəbristanlığında dəfn olunmuşdur.
    Nizami Gəncəvi Xaqani Şirvaninin vəfatı münasibəti ilə mərsiyə yazmışdır.
    Xaqani Şirvaninin ədəbi irsi zəngindir. Yaxın Şərqə səfərdən qayıtdıqdan sonra Xaqani Şirvani Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən "Töhfətül-İraqeyn" (1157) adlı məsnəvisini yazmışdır. Əsər dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından da əhəmiyyətlidir.
    "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürmüşdür.
    Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvanı hüsnkar təbiətli, bolluq, bərəkət ölkəsi, şairlər ocağı kimi tərənnüm etmişdir.
    Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik dərəcəsinə çatmışdır.
    Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, "Xaqani" deyil, "Xəlqani" olduğunu poetik bir dildə bildirmişdir.
    Xaqani Şirvani eyni zamanda mahir nasir olmuşdur. "Töhfətül İraqeyn" məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzli ifadəsi, təşbeh, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib.
    Əsərləri Hindistanda, İranda dəfələrlə çap edilmişdir. Yaradıcılığı 12-ci əsrdən tədqiqatçıların diqqətini cəlb etmiş, Azərbaycan, rus, Qərbi Avropa, İran, Türkiyə, Hindistan və s. ölkələrin şərqşünasları tərəfindən öyrənilmişdir.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Vətən

    İraqa, İrana eyləsəm səfər,
    Başıma yağış tək yağar simuzər.

    Orada şairə qiymət verən var,
    Xəzinəm ləl ilə, gövhərlə dolar.

    Şahlar məclisimdə diz çökər mənim,
    Başıma tabaqla zər tökər mənim.

    Bakir sözlərimin aşiqi olan
    Ariflər əlimi öpər hər zaman.

    Nemətə, dövlətə qərq olaram mən,
    Barınar el-oba mənim süfrəmdən.

    Lakin üzüm gülməz, gözlərim ağlar...
    Qəlbimdə dağ qədər ağır intizar.

    Vətən həsrətilə töküb göz yaşı,
    «Ah, vətən!» deyirəm mən hər söz başı.

    Şamaxı! Ey mənim sevimli yurdum,
    Mən sənin qoynunda xanıman qurdum.

    İndisə acığın tutmuşdur mənə,
    Sənin qucağından ayrılsam, ana,

    Ümidim, pənahım Təbrizdir, Təbriz
    O şəhər də mənə doğmadır, əziz.

    Siz mənə həyatı etdiniz əta,
    Sən mənə anasan, Təbrizdir ata.

    Anasından küsən körpə bir uşaq
    Ata ağuşunda yer tapar ancaq

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Fidan Allah sənin əlini qolunu var eləsin! Çox şadam ki sən bu qədər Azərbaycan adət-ənənələrinə, mədəniyyətinə və ədəbiyyatına diqqətlisən. Məhz hamımızın borcu olan bu işləri mənim bildiyim qədər yerinə yetirirsən. Bu məni çox sevəndirir və çox zamanda bədgümanlılığımı aradan qaldırır.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.