2 sonuçtan 1 ile 2 arası

qadın ürəyi

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Dec 2012
    Mesajlar
    2

    qadın ürəyi

    Necə rəhimlidir,necə amansız,
    Necə mehribandır
    ,qadın ürəyi!
    Sən onu sındırsan,bil ki,a qansız,
    Ağlayan kamandır qadın ürəyi.


    Güldürsən ömürlük səadətindir,
    Söndürsən,yanmağı bir də çətindir.
    O,əsl qayğının məhəbbətindir,
    Sevgisiz zindandır qadın ürəyi.


    Onu alçaldan da,ucaldan da biz
    Dərd verib,vədəsiz qocaldan da biz.
    Qədrini biləndə bu cahanda biz,
    Həmişə cavandır qadın ürəyi.


    Bəzən gül tək solar acı bir sözdən,
    Ağlayar xəlvəti gülsə də üzdən,
    Bəzən uşaq kimi bir ürəksizdən,
    Məhəbbət umandır qadın ürəyi



    Bir namərd əlindən zəhər içəndə,
    Keçirər ömrünü o,yaş içində.
    Bəzən ən qiymətli libas içində,
    Nalədir,fəğandır qadın ürəyi.


    Sənsiz əl çəkərəm arzudan,kamdan,
    Nə çıxar sevgisiz sənsiz ilhamdan?
    İncitsən,dözərəm,Tofiq Bayramdan,
    İncimə,amandır,qadın ürəyi!

  2. #2
    Senior Member Regina - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2013
    Yer
    Deep Cove, Beautiful
    Mesajlar
    133
    Tesekkurler lady.

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.