Biografiya

Mən , 1956-cı ilin yanvar ayının birində Azərbayjanın təbiəti gözəl, havasatı saf, suyu şəfalı , amma kasıb bölgələrindən biri olan Lerik rayonunun Durqan ( talış dilində Diyoğon kimi səslənir)kəndində təvəllüd tapmışam.İbtidai təhsilimi burada almışam. Bu ujqar kəndə nə çar hökuməti, nə Sovet hökuməti bir manat pul xərjləməyib. Deyilənə görə doğma məmurlarımız bu ənənəni davam eləyirlər.
1965-ci ildə ailəmiz Bakıya köçmüşdür.Təhsilimi paytaxtın 230 və 156 saylı məktəblərində davam elətdirmişəm. 1977-ji ildə Politexnik İnstitutunu bitirmişəm. İstehsalatda müxtəlif vəzifələr tutmuşam. Usta, sahə rəisi, şöbə rəisinin müavini kimi çalışmışam.
Sovet hökuməti dağılandan sonra istehsalatdan ayrılmışam. 1992- 1993-jü illərdə zabit kimi ordu sıralarında olmuşam, erməni faşizminə qarşı vuruşmuşam.
Ədəbiyyata bağlılığım dördünjü sinifdən başlayıb.Biz hələ Bakıya köçməmişdik. Mirxudu müəllimin verdiyi bədii kitabın adı yadımda deyil. Amma üz qabığını xatırlayıram.
Əlində çətir tutmuş şən bir uşağın şəkli yaddaşıma həkk olunub. Kitabın nədən bəhs elədiyini unutmuşam. Amma kitab mütaliə eləməyimə təkan verdi. Sonra qələmimi sınadım.
Sandıq ədəbiyyatı nümunələrimi bir qırağa atsaq ilk ədəbi nümunəm «Heç nə itmir» hekayəsi oldu. 1976-jı il idi. Politexnik İnstitutunun dördünjü kursunda oxuyurdum. Hekayəm «Ədəbiyyat və İnjəsənət» qəzetində dərj olundu. Ədəbiyyatla mütəmadi məşğuliyyətimdan nətijə hasil oldu.
1984-jü ildə dövrü mətbuatda çıxan hekayələrim «Yazıçı» nəşriyyatının çap elədiyi «Yeni səslər» toplusuna yol açdı.
1986-ji ildə «Yaxşı oğlanın dayısı» adlı kitabım işıq üzü gördü. 1987-ji ildə «Sonunju yeznə» kitabım «Yazıçı» nəşriyyatının tematik planına salındı. Sonra yubandı.Məlum hadisələr başlandı. Sovet hökuməti bivəfa çıxdı, kəlləsini yerə qoydu, kitab qaldı qovluqlarda.
Ölkə çalxalanırdı.
Yalnız 1997-ji ildə «Sonunju yeznə» kitabını öz vəsaitimlə buraxa bildim.
2002-ji ildə «Qohumların əsiri» kitabım çıxdı.
2007-ji ildə «Qızıl xotuğ» romanımı «Azərbayjan» curnalı dərj elədi.Elə həmin ildə də eyni adlı kitabım çıxdı.
Ailəliyəm. İki oğlum, bir qızım var.
Azərbayjan Yazıçılar Birliyinin, Azərbayjan Jurnalistlər Birliyinin üzvüyəm. Qarabağ uğrunda müharibənin iştirakçısı. 2-ci qrup əliləm



Yeni hekayələr

TEATRDA, KİŞİLİK DƏ BİR ŞEY DEYİL..., BASTAR ULDUZA HÜRÜRDÜ

Yeni səslər[/b]

Yaxşı oğlanın dayısı

Sonuncu yeznə


Qohumların əsiri


Qızıl xotuğ

Aprel ayinin 7-de ise yazicinin Ali&Nino kitab evinde yeni kitabinin teqdimat merasimi kecirilecekdir