Xeyallarim Nickli Üyeden Alıntı
Lap yuxudan duran kimi yoruluram, İlahi.
Tüstü kimi duman kimi, lal oluram, İlahi.
İyrənirəm hər sözdən, hər kəlmədən
Lap balamın oxuduğu nəğmədən.
Bir sözə də daha dil bulamaq istəmirəm,
Yalquzağa dönsəm də, ulamaq istəmirəm,
Dadı qaçıb şerin-sözün,
Daha məni dinləndirən sözüm yox ,
Adamlarla danışmağa həvəsim,
Allah-la da danışmağa üzüm yox.
Ah çəkirəm, gülür ahım, bu "ah" mənə inanmır
Deyəsən, çoxdu günahım, Allah mənə inanmır..
Kim kimə inanır axı?!..
Adam dərddən ölsə də,
Ağlar gözdən öpən çətin tapıla.
Lap mələklər göydən üçüb gəlsə də,
Bir ovuc dən səpən çətin tapıla.
Mənim də bəxtimə bu vətən düşüb;
Havayı açılmır çiçəkləri də
Allahı yorulub, taqətdən düşüb,
Bir az şorgözləşib mələkləri də.
Susmuşam, tərpənməz bu dil, bu dodaq
Mən daha lalam, lal- bu yer üzündə.
Məni korlar görər dünyada ancaq,
Məni karlar qanar bu yer üzündə.
Məni səndən özgə kim dindirər, kim?!
- İlahi, özümdən Sənəcən lalam.
Bir quş qanadında göndərəcəyin
Bir təzə məzhəbə, dinəcən lalam
Mənə torpaq dili, daş dili öyrət,
Bəlkə öz qəbrimdə dillənə billəm
İlahi, sən mənə quş dili öyrət
Uçmağı özüm də öyrənə billəm...
Yer imleri