2 sonuçtan 1 ile 2 arası

"Bir qocaya" həsr etdim

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Dec 2010
    Mesajlar
    4

    "Bir qocaya" həsr etdim

    İşdən evə gələrkən soyuq bir vaxtda bir qoca kişinin soyuqdan büzüşmüş halda soyuq betonun üstündə oturub meyvə satmasını görüb çox kədərləndim .Və bundan təsirlənərək əlimə qələm alıb belə yazdım.
    Mən belə ürəklə hara gedirəm,
    Hər nəyi görürəm yazığım gəlir.
    Onlardan oyana mən beşbetərəm,
    Bir ahıl görürəm yazıgım gəlir.
    Üstüstə geyinmiş ,zəif bir qoca,
    Oturub betonun küncündə qoca.,
    Bir loxma çörəkçün meyvə doluca ,
    Vedranı qoyubdur alanı gəlmir.
    Ilahi , dərisi dəridən keçib ,
    Üstüstə geyinib ,ələ nə keçib.
    Yumulub oturub soyuqdan keçib,
    Agappaq rənginə heç qanda gəlmir.
    Bu insan qəribə məxluqdur vallah,
    Bir azca dincəlmək yoxudur vallah,
    Son nəfəs çıxınca işləyir Allah !
    Mən belə görürəm yazığım gəlir.
    Bu ürək üzəcək məni canımdan,
    Sallana qalmışam ömür sapımdan,
    Özüm bir yazığam, başqa yazıqdan,
    Mən nəyi görürəm yazıgım gəlir?
    Ilahi ,sən məni niyə beləcə,
    Kövrək qəlbli etdin,söylə beləcə ?
    O qoca kişinin əksi günlərcə ,
    Gözümün önündən bir an da getmir.
    Ona meyvə satmaq qəbahət deyil,
    Bu ahıl yaşında dayanmır veyil,
    Hansı varlıyasa əyilmək deyil,
    Zəhmətlə dolanmaq qeyrəti gəlir.
    Görəsən daşürək olacammı mən,
    Heç nədən ötəri dolacammı mən ,
    Bu yazıq ürəklə qalacammı mən,
    Bilirəm , o mənə ,yazıgı gəlir .
    Onun təminatı gündəlik olsa,
    Bu ahıl yaşında təminli olsa,
    Bir loxma çörəyi xörəkli olsa,
    Bilər ki, yetəcək ona bu gəlir.
    Mən necə edim ki, bir rahat olum?
    Beləcə ürəklə nə aram olum .?!
    Sabah eyni şeydir, belə doğuldum,
    Biganə ,laqeyid mənimlə getmir. 04.XI.2010

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Mesajlar
    27

    Re: "Bir qocaya" həsr etdim

    Çox gözel.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.