Insan və Torpaq.
Buda bir həyatdır yaşamalısan,
Yaşadı bu insan, yox oldu getdi?
Talenin yükünü daşımalısan,
Bu yüknün badından yox olub getdi ?
Nə qədər ömrü var bu insanın ki..,
Çabala-çabala nədir qalan ki..!
Ona bir rəhmətdir yalnız qalankı.
Narəhmət adını alıbmı getdi ?
Bilmirəm,bilmirəm başım itibdir,
Fikirlər dolaşıb, kələf itibdir.
Ha çalış açasan, olub bitibdir.
Düyünü görəsən açıldı getdi ?
Torpaqdan yarandı,torpaq da aldı,
Bu torpaq cəlladdır neçə can aldı.
Siz deyin torpağa borcumuz qaldı?
Hər kimi yaratdı, altına getdi.
Bu torpaq naz-nemət yetirir bizə,
Gör neçə insanın tozundan belə.
Onun qarışdığı torpaqdan illə,
Dolanmaq ,yaşamaq ərzağı verdi.
Torpağa qarışan gücərdi yenə,
Birisi qurudu, məhv oldu yenə,
Yenisi gücərdi boy atdı belə.
Kök atıb dərinə möhkəm yer etdi.
14. XI. 2010.