Rənglər həsrəti.
Yenə rəssam alıb fırçanı ələ,
Rəngbərəng ,rəngləri tabloya çəkib.
Gözəllik nitqimi qurutdu ,dillə
Deyilə bilməyən əsəri çəkib.
Yenədə rənglərin ahəngi tutub,
Sap-sarı bir aləm dünyanı tutub.
Doymadan baxardım dərdi unudub,
Elə bil təbiyət ovsuna çəkib.
Birbəbir yarpaqlar düşürlər yerə,
Heç dahi rəssamı almayan rəngə,
Boyayıb qızılı-sapsarı rəngə.
Elə bil rəngləri tabloya çəkib.
Təbiyət rəssamdır,rənglər ustası,
Yaşılla-sarının vəhdət ustası.
Ilahi rənglərin dahi,ustası,
Heyrətli dünyanı rənglərə çəkib.
Xışıltı səsinin laylası varmış,
Sən ayaq atdıqca xışıldayarmış.
Xışıltı səsiylə o yuxladarmış,
Elə bil yarpaqlar beşiyə çəkib .
Tapdamaq heyfdir bu gözəlliyi,
Bir aşıq istəyir rəngbərəngliyi,
Vəsf edib tərənnüm etsin “Rəngini”
Oxusun aləmə “rəngi” car çəkib.
Bu rəng çalarını kim ala bilər ?
Yalnız təbiyətin özü ola bilər.
Çalarlar əvəzsiz əsər ola bilər,
Təbiyyət adında bir rəssam çəkib.
Vurğunam neyniyim bu gözəlliyə,
Payızla inandım ülvi sevgiyə.
Rəşadın rənglərlə bağlı bilgiyə,
Ehtiyac duyacaq bir həsrət çəkib.
12. XI. 2010