Çıxdı günəş, doldu cəhan nur ilə,
Cütcü sürür tarlada cüt şur ilə.

Atlar, öküzlər kotana güc verir,
Gah yürüyür, gah yıxılır, gah durur.

Cütcü batıb qan-tərə, yer şumlayır,
Şumladığı tarlasını tumarlayır.

Olsa da artıq nə qədər zəhməti -
Işləməyə var o qədər qeyrəti.

Çünki bilir rahət əziyyətdədir,
Şad yaşamaq səydə, qeyrətdədir.

Indi əgərçi ona zəhmət olar,
Qışda əyali, özü rahət bular:

Cəm edəcək tarlasının hasilin,
Bəsləyəcək ailəsin, həm əlin.