Sonu gorunmur yolların

Sonu gorunmur yolların,
Həsrətin bitmir, tükənmir.
Bu sevgi dolanbacında,
Urek düz yolu secənmir.

Gözlərim gözündən ürkən,
İzlərim izini görçək,
Bilmir nə eyləsin ürək,
Sən olan yerə gələnmir.

Həsrətin qəddimi əyir,
Sözlərin qəlbimə dəyir,
Hisslərim ucadan dəyir,
Gedirəm lakin, gedəmmir.

Hər ikimiz var olduqca,
İllərlə yasa dolduqca,
Qəlbim zamanla dolduqca,
Sevgini inkar edənmir.
Gözəldi

Axar sular, sıx meşələr gözəldi,
Uca dağlar, yaşılıqlar gözəldi,
Amma gülüm mələk üzün, qamətin,
Bu gördüyüm gözəllikdən gözəldi.

Dərə boyu çaylar, sular dalğalı,
Meşəliklər dağ üstündə dalğalı,
Sevgilim o uzun tellərin ki, var
Naxış vuran dalğalardan gözəldi.

Təbiətin min rəngi, min çaları,
Nazlı nazlı axan coşqun suları,
Yəqin məndən inciməzlər sevgilim,
Müqayisə etsəm, sənlə onları.

Sevgilim aşiqin olmazdan qabaq,
Məni cəlb etməzdi nə dağ, nə torpaq,
Elə ki, mən səni, gördum, vuruldum,
Könlümdə qalandı eşqindən ocaq.

Mən səni tanıyıb, sevəndən bəri,
İnan görməz oldu, göz gözəlləri,
Hər yana, hər yerə getsəmdə gülüm,
Gəzdim eşqin ilə bütün elləri.


Səni.

Eşqinlə ürəyim döyünən gündən,
Hər gecə yuxuda görərdim səni.
Səni hər bir kəsə qisqanaraq mən,
Təkcə mənim üçün bilərdim səni.

Necə deyimdim ki, xoşdur əzabın,
Əzizdir həsrətin, bu iztirabın,
Olurdum gün-gündən sənin mehtabın,
Hər tində, dalanda gəzərdim səni.

Səninlə bir anı qənimət bilib,
Hər səhər yolunun üstə əkilib,
Bəzən gizlin gizlin arxanca gəlib,
Kənardan həsrətlə süzərdim səni.

Bilsəydim bu qədər çətin olacaq,
Həsrətin qəlbimə axıb dolacaq,
Gözlərim daima yaşlı qalacaq,
Yenədə sevərdim, sevərdim səni.

Bu hisslər qəlbimdə doğmaz bir daha,
Daşınmaz yaşanan dünən sabaha,
Mənə HƏ deyən gün inan Allaha,
Heç bir söz demədən, öpərdim səni.


Bu sevginin tarixçəsi.....

Gözlərimdən süzülür yaş,
Qoy süzülsün, qoy süzülsün yavaş-yavaş
Siması xoş, ürəyi daş,
Ey sevgilim sənə qarşı açdım savaş,
Bil ki, məni bu hallara eşqin salıb,
Məni məndən mən bilmədən gizlin alıb.

Ürəyimdə həsrətin var,
Qəlbi sıxır, ümüd qırır bu intizar,
Bir ömürlük təmənnalar,
Səni gözlər, səni güdər sənlə yaşar,
Dünyanın əzablarını çəkdirmisən mənə zalım,
İndi söylə, indi danış qisasımı kimdən alım.

Sən yox oldun asimanda,
Xəyal kimi, duman kimi bircə anda,
Böyük olan bu cahanda,
Hara qaçsan səninləyəm mən hər yanda,
Çünki ruhun əsiridir mənə olan məhəbbətin,
Bu sevgiylə bitdi inan xoşbəxtliyin, səadətin.

Zənn etmə sevənin çoxdu,
Görünən gözəlliyindir, insan tək qiymətin yoxdu,
Sözlərib zəhərli oxdu,
Sənin kimi cananlara aşiqlərin gözü toxdu,
İndi bil ki, insan kimi dəyərsizsən bir heç qədər,
Heyf o gözəlliyə ki, çirkabin üstünü bəzər.

Həyat davam edir, yaşa,
Eyni yerdən yol almışıq, mən o başa sən bu başa,
Hər anı köçdü yaddaşa,
Bu sevginin tarixcəsi, həyat deyil bir tamaşa,
Yaşa gülüm, mənsiz yaşa, əlvida sənli həyata,
Həsrətinlə qoy yük olum, mən fırlanan kainata.


Həsrətli gözümü vüsalın öpür. 09.07.05

Xəyalın canlanır gözümdə yenə,
Baxışın, gülüşün yadıma düşür.
Həsrətin daşınmaz yükdü ciynimə,
Bir dünya ağırlıq üstümə çökür.

Boğuram içimdə hicran fəryadın,
Bilirəm gün-gündən həsrətin dadın,
Hər dəfə dilimə gələndə adın,
Qəlbimin gözləri odlu yaş tökür.

Həsrətindən başqa yox ayrı qəmim,
Sənsən tək istəyim, eşqim, həmdəmim,
Hər keçən dəqiqə hicrana qənim,
Günlərim sürətlə vüsala ötür.

Qışqırsamda sənə çatmaz harayım,
Tuş olub həsrətə könül sarayım,
Uzaqdırsa məndən məhəbbət payım,
Yaxındır onunla yaşanan ömür.

Mirkazım orduda eşqinə sınaq,
Bu eşqə sevgilim olginən dayaq,
Canım səninlədir, cismimdi uzaq,
Həsrətli gözümü vüsalın öpür.