2 sonuçtan 1 ile 2 arası

Dahilərin dahiliyi

  1. #1
    MEX
    MEX çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    127

    Dahilərin dahiliyi

    Susmağı bacarmayan həmişə pis danışar.S.Apuley

    Tez deyib peşman olmaqdansa,gec demek məsləhətlidir.A.Bakıxanov

    Qəlbinizi açmaq istədiyiniz adamı bütün varlıqı ilə tanımadan sirrinizi ona açmayın.O.Balzak

    Dinləyə bilmək bacarığı,yaxşı danışmaq bacarığına bərabərdir.Ə.M.Bəhmənyar

    Ən gözəl fikirdə pis ifadə edildikdə qiymətini itirir.F.Volter

    Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruçuluq olmaz.M.Qandi

    Qiymətli incidir hikmətli kəlam,

    Onun qiymətini nə bilir avam?Ə.X.Dəhləvi

    Az bilib,çox danışmaq axmaqlıq əlamətidir.Seyid Əzim Şirvani

    Çərənçi adam hamının oxuya bildiyi açıq məktubdur.J.A.Kastro

    Söz-həyatın ən böyük silahıdır.V.Q.Korolenko

    Doğru və salamat fikirli adamların kəamlı həmişə aydın,açıq və düzgün olur.F.Köçərli

    Ağıllı cavab almaq istəyirsənsə,ağıllı sual ver.İ.V.Göte

    Əgər söz olmasaydı,mövcüdatı tanımaq olmazdı.F.Nəimi

    Heç kəslə ədəbsiz danışma ki,sən,

    Axırda utanıb üzr istəyəsən.Nizami

    Deyilməyən sözü demə əğyara,

    Deyil tək əğyara,hətta dostlara.

    Sirrini bilməsin evdə divarlar,

    Divar dalında da çünki qulaq var.Nizami

    Çəbhədə qılınc,məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır.M.S.Ordubadi

    Ey dil,amandı,sirrini biganə bilməsin!

    Ahəstə zülfü-yaridə yat,şanə bilməsin!M.Ə.Sabir

    Əvvəlcə fikirləş,sonra dnaış.Sənə "Sus" deməmiş özün sus.Sədi

    Sözün,şerin qiyməti onun düzlüyündədir.M.Füzuli

    Sirr vermə nadana,sirr vermə pisə,

    Axır qəlbin ya inciyə,ya küsə.Xəstə Qasım

    Xoş söz böyük hədiyyədən qiymətlidir.Alman atalar sözü

    Küləyin axırı yağışla,zarafatın axırı savaşla qurtarar.Monqol atalar sözü

    Çahilə cavab verməmək elə cavabdır.Ərəb atatlar sözü

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dahilərin dahiliyi

    Qəlbinizi açmaq istədiyiniz adamı bütün varlıqı ilə tanımadan sirrinizi ona açmayın.O.Balzak

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.