2 sonuçtan 1 ile 2 arası

Nizami Gəncəvi - Xosrov və Şirin

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Nizami Gəncəvi - Xosrov və Şirin

    Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən biridir. "Xosrov və Şirin" poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur.

    Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.

    Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.

    Poema Məhəmməd Cahan Pəhləvanın xahişi ilə yazılmışdır.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Nizami Gəncəvi - Xosrov və Şirin

    XOSROV VƏ ŞİRİN DASTANININ BAŞLANMASI
    Köhnə dastanların qoca ustadı
    Öz heKayətinə belə başladı:
    Zaval gələn zaman Kəsra bəxtinə.
    Hürmüz sahib oldu şahlıq təxtinə.
    O, tez məşhur oldu ədalətiylə,
    Dolaşırdı adı hey dildən-dilə.
    Öz ata yolunu tuturdu mətin,
    Əl üstə - səxavət, ayaq üstə - din.
    Nəsli ta itməsin qoca dünyadan,
    Bir övlad istədi böyüK xudadan.
    Xeyli nəzir verdi, bir xeyli qurban,
    Nəhayət lütf etdi allah bir oğlan.
    Övlad nə övladdı, – dəniz incisi.
    Nurlu çıraqların ən birincisi.
    Xoşbəxt doğulmuşdu, gözəldi bəxti,
    Yaraşırdı ona tacı və təxti.
    Atası görəndə istedadını,
    Xosrov Pərviz qoydu onun adını.
    Kimi görsə sarılırdı boynuna,
    Bu səbəbdən Pərviz dedilər ona.
    Səhərdən gözəldi onun gülüşü,
    Günəşdən qəşəngdi hər görünüşü.
    Dayəsi müşKtəK ipəKdə saxlar,
    IncitəK olmuşdu yeri pambıqlar.
    Dodağında südə həvəs duyaraq,
    Bəslədilər şəKər və südlə ancaq.
    Şah yanına hər gün gətirərdilər,
    GültəK əldən-ələ, ötürərdilər.
    Beşiyi tərK edib yeriyən zaman
    Ona öz canında yer verdi cahan.
    Elə Ki, beş yaşa çatdı, nə görsə
    Ibrət götürərdi, baxıb hər Kəsə.
    Bəxti artırdıqca hər il yaşını
    BiliKlə doldurdu o gənc başını.
    Ayaq qoyan zaman yeddinci ilə
    Güllərə müşK saçdı gözəlliyilə.
    Elə məşhur oldu gözəlliKdə o,
    Misirli Yusifdi sanKi bu Xosrov.
    Günləri boş, beKar Keçməsin deyə,
    Ş ah tapşırdı onu bir mürəbbiyə.
    Bu söhbətdən Keçdi bir neçə zaman,
    Xosrov hər hünərdə oldu qəhrəman.
    Sözünün şöhrəti düşdü cahana.
    Dəniz Kimi səpdi dürrü hər yana.
    Su Kimi söz deyən hər aqil, huşyar
    Ona ehtiyatla yanaşırdılar.
    Hər an tüKü tüKdən seçirdi gözü,
    TüK Kimi zərifdi onun hər sözü.
    Doqquzda tərK etdi oyun yolunu,
    Ş ir üstə sınadı güclü qolunu.
    On yaşa girəndə bu nadir cavan
    Otuz yaşlıları qoyurdu heyran.
    Ş irlər pəncəsinə pəncə verərdi,
    Qılıncla sütunu yerə sərərdi.
    Oxuyla, o, tüKdən düyün açardı,
    Nizəylə zirehdən halqa alardı.
    Ox atsa hədəfə sərrast dəyərdi,
    Zöhrə haləsini silKələyərdi.
    On Kamanı birdən dartan bir insan
    Acizdi Xosrovun bir Kamanından.
    Kəməndlə on düşmən birdən tutardı,
    Doqquz qarış boyda oxları vardı.
    Ağ div olsa belə, onun oxundan
    Söyüd yarpağıtəK əsərdi, inan
    Ş imşəK nizəsini çalsa daşlara,
    Daşın ürəyində açardı yara.
    O gündən Ki, yaşı on dördü aşdı,
    Biliyinin quşu qol-qanad açdı.
    Könlündə hər şeyə maraq oyandı,
    Dünyada yaxşını, yamanı qandı.
    Büzürgümid adlı bir alim vardı,
    Ağlı, istedadı güntəK parlardı.
    Yeri qarış-qarış dolaşmışdı o,
    FiKriylə göylərə ucalmışdı o.
    Göyün xəznələri açıqdı ona,
    "Sirlər evi" desəm, haqdır, qoynuna.
    Şahzadə xəlvətdə ona yanaşdı,
    Hindi qılınc Kimi dilini açdı.
    BiliK dəryasına əl uzadaraq,
    Cavahir istədi və aldı qoçaq.
    Onun təlimindən Könlü nurlandı,
    Ondan bir çox hiKmət öyrənib qandı.
    Zühəl pərgarından yer mərKəzinə
    Nə varsa öyrəndi, doymadı yenə.
    Az müddətdə dərya biliK qazandı,
    Hər fənni düşündü, hər elmi qandı.
    Qafil ürəyinə biliK yol açdı,
    Ş ahlıq rütbəsinə gəlib yanaşdı.
    Hərlənən pərgahın gizli işləri
    Xosrova aşiKar olandan bəri
    Ş ahına xidmətdi işi hər zaman,
    Heç əskİk olmazdı şah qulluğundan.
    Şah sevərdi onu cahandan artıq,
    Cahan nə, öz şirin canından artıq.
    Çox ömr etsin deyə əziz övladı,
    Zalımın qolunu tutub bağladı.
    Dedi: "Carçı, çağır! Eşitsin aləm,
    Hər Kim zülm eləsə görəcəK sitəm.
    Əgər bir at gedib girsə tarlaya,
    Biri bağdan meyvə, gül oğurlaya,
    Birisi naməhrəm qadına baxsa,
    Bir gözəl evinə yadı buraxsa,
    Ən ağır cəzama olacaq düçar!"
    Ş ah and içdi, dedi, sınmaz bu ilqar.
    Ədalətdə onun qüsuru yoxdu,
    Gözlər Kədərsizdi, Könüllər toxdu.
    Oldu ədalətlə yer üzü abad,
    Insanlar oldular zülmdən azad.
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.