10 sonuçtan 1 ile 10 arası

YAŞAMAĞI BACARMIRAM

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    YAŞAMAĞI BACARMIRAM

    “Yaşamağı” bacarmıram,
    deyirlər ki, çox fərsizəm,
    zəmanədən xəbərsizəm.
    Yaşamağı bacarmıram…
    Kəsməmişəm ömrüm boyu,
    bir yetimin tikəsini.
    Seçməmişəm adamların
    Xırdasını, yekəsini.
    Döyməmiəm şöhrət üçün
    vəzifəli adamların qapısını.
    Gəzməmişəm üzdə məğrur,
    dalda sınıq.
    Palaz kimi sərilərək
    qalamışam ayaq altda.
    Mərdlik, namus axtarmışam
    əzəl başdan mən həyatda.
    Balalarım yeyib, ancaq
    zəhmətimin çörəyini.
    Qazanc üçün, mənsəb üçün
    qırmamışam neçə insan ürəyini.
    Saxta dostluq, yalançı vəd
    düşmənimdir əzəl gündən.
    Xoşlanmıram bir yaltağın
    Təmənnalı söhbətindən,
    ülfətindən.
    Vəzifəni şöhrət üçün körpü bilən,
    dalda söyən, üzdə gülən
    adamlarla yoxdur aram.
    Mən - İnsanlıq yollarında
    fədaiyəm,
    Mən - Ədalət yollarında
    cəfakaram
    Anbarları siçan kimi
    acgözlüklə gəmirənlər,
    Rəislərə bəxşiş deyə
    pay verənlər,
    pul verənlər,
    göz yaşları bahasına
    evlərini gümüşlərlə, büllurlarla
    dolduranlar,
    İnsanların sevincinə
    od vuranlar,
    Uzaq-yaxın şəhərlərə
    pul tökənlər harın-harın,
    düşmənimdir əzəl gündən,
    düşməniyəm mən onların!
    Yaltaqlığı, xəyanəti,
    qara fikri, bəd niyyəti
    nəzakətin pərdəsinə bürüyənlər,
    Üzdə məğrur gəzə-gəzə
    gözümüzdə miskinləşib çürüyənlər
    bəyənməsin məni, nə qəm?
    Mən dünyaya insan gəldim,
    İnsan kimi gedəsiyəm.
    Qəh-qəh çəkib gülsün mənə
    Neçə yaltaq, neçə harın,
    yaşamağı bacarmıram qoltuğunda
    sözü meyxoş,
    ürəyi boş,
    ərin haram pullarından
    fikri sərxoş
    xanımların!
    Bəzən benzin, bəzən beton,
    bəzən pambıq hesabına
    maşınları qoşalayan,
    ürəklərə, şüurlara
    zəhər tökən, şübhə yayan
    zəlillərin,
    qəlbi, fikri
    zəlillərin
    düşməniyəm!
    Tüpürürəm o həyata.
    Çörəyinə neçə haram,
    Dediyinə neçə yalan
    qata-qata
    yaşayanlar bəyənməsin məni,
    nə qəm?
    Mən şairəm,
    ürəyimi günlərimə yedirirəm.
    Mən şairəm,
    ədalətdir tanrım mənim.
    Ürəyimin döyüntüsü,
    gözlərimin işığıdır
    varım mənim.
    Yaşamağı bacarmıram…
    Mənə yaddır yalmanaraq
    yaşamağı bacaranlar.
    Bu amala gedən yolda
    Həm dostum, həm düşmənim var.
    Yaşamağı bacarmıram…
    Yaşamağa bir şərəfdir
    bu həyatım.
    Mənim bu cür fərsizliyim
    fəxri adım,
    Həyatımdan mənə çatan
    ən dəyərli mükafatım.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: YAŞAMAĞI BACARMIRAM

    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: YAŞAMAĞI BACARMIRAM

    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: YAŞAMAĞI BACARMIRAM

    Yaşamağa bir şərəfdir
    bu həyatım.
    Mənim bu cür fərsizliyim
    fəxri adım,
    Həyatımdan mənə çatan
    ən dəyərli mükafatım.
    valla sürüne sürüne yaşamaqdansa yaltaqcasina bacarmamaq yaxşıdı
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    27

    Re: YAŞAMAĞI BACARMIRAM

    cox gozel seirdi

  6. #6
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: YAŞAMAĞI BACARMIRAM

    tesekkurler.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  7. #7
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: YAŞAMAĞI BACARMIRAM

    çox sagol

  8. #8
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: YAŞAMAĞI BACARMIRAM

    “Yaşamağı” bacarmıram,
    deyirlər ki, çox fərsizəm,
    zəmanədən xəbərsizəm.
    Yaşamağı bacarmıram…

    Bacarmaq lazimdii ne olur olsunnn

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: YAŞAMAĞI BACARMIRAM

    Forumumuzun shairesine eshq olsun

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: YAŞAMAĞI BACARMIRAM

    oy tesekkurler sevindim beyendiyiniz ucun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.