5 sonuçtan 1 ile 5 arası

Surgun edilmish shairlerimiz,yazicilarimiz.

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Surgun edilmish shairlerimiz,yazicilarimiz.

    Bu defe surgun olunmush shairlerimizden,yazicilarimizdan danishaq,melumatlar yerleshdirek.

    Men Almaz Ildirimdan danishmaq isteyirem
    .


    Almas İldırım (İldırım Almaszadə) 25 mart 1907-ci ldə Bakıda anadan olmuşdur.İlk təhsilini Bakıda “İttihad”məktəbində almışdır. 1925-ci ildə gimnaziyanı bitirmiş ,1927-ci ildə isə universitetin şərq fakültəsinə daxil olmuşdur. Bir neçə aydan sonra onu "tacir oğlu" adı ilə damğalayıb universitetdən xaric etmişlər.1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur.
    1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə İldırım Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar Səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir.A.İldırımı Dağıstana sürgün edirlər. Sonralar özbək və Azərbaycan poeziyasının görkəmli nümayəndəsi kimi məşhur olmuş Maqsud Şeyxzadə, yeni dövrün ilk istedadlı romançılarından Əbülhəsən Ələkbərzadə və bəzi digər Azərbaycan ziyalıları kimi A.İldırım da Dağıstanda pedaqoji işlə məşğul olur.Burada vətənpərvər müəllim və tələbələrlə yaxınlaşan şair Azərbaycanın və Dağıstanın ecazkar təbiətini tərənnüm, həqiqi azadlığı təbliğ edən şeirlər yazır.Almas İldırımın nəşr etdirdiyi kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə İldırım Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Təzyiqlərə dözməyib 1933-cü ilin iyun ayında o, arvadı Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb, İrana gedən bir dəvə karvanına qoşulur. Bir xeyli yol getdikdən sonra karvandan ayrılırlar.Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra, böyük məşəqqətlə İran torpağına çatırlar. A.İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır.Onu bolşevik casusu hesab edərək işgəncə verir,istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə A.İldırımın səhhətində çox dərin izlər qoyur. O,sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət,azad edilib Məşhəd şəhərinə göndərilir.Burada ürəyincə iş tapa bilməyən A.İldırım yoxsul,acınacaqlı həyat sürür.Yad ellərdə boynu bükük,gözü yaşlı qaldığından,hətta kəfənsiz ölmək təhlükəsindən şikayətlərini əks etdirən şeirlər yazır.Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. Elazıxda yaşamağa başlayır. 1952-ci ildə Türkiyənin Elazığ şəhərində dünyasını dəyişir
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Surgun edilmish shairlerimiz,yazicilarimiz.


    Hüseyn Cavid
    Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) - Azərbaycan şairi, dramaturq. Ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898).

    1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

    Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.

    Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.

    Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

    1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

    20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930). Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941, İrkutsk vilayəti)
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Surgun edilmish shairlerimiz,yazicilarimiz.


    Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

    Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şerlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.

    Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O,klassik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.

    1914-cü il, birinci dünya müharibəsi zamanı Türkiyənin şərq cəbhəsindəki döyüşləri “Sarıqamış” uğursuzluğu ilə nəticələnmişdi. Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalmışdı. Bakıda yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım etməkdə idi. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şerində dilə gətirir:

    Armağanım yaslı nəğmə,
    Bir quş oldum, çıxdım yola.
    Getdim gördüm dost elində
    Nə bir səs var, nə bir layla.

    Sordum qərib minarədən:
    "Axşam olmuş, əzan hanı?
    Bayquş qonmuş minbərlərə,
    Deyən hanı, duyan hanı?"

    Vicdan mənə əmr edər ki:
    "Belə gündə bayram etmə".
    Quran mənə yol göstərir:
    "Yoxsulları məyus etmə".

    Son bənddə Əhməd Cavad bayramdan söz açır. Şer 1915-ci il martın 22-də yazılmışdır. Martın 22-si “Novruz” bayramıdır. Beləliklə, Əhməd Cavad belə bir gündə bayram etmir, Qarsdakı qardaşlarının yasını saxlayır. Çünki Qars rus orduları tərəfindən işğal edildiyi zaman oradakı türk soydaşları ruslar və ermənilər tərəfindən qılıncdan keçirilmiş, Qars xarabazarlığa çevrilmişdi. Yaradılışından şair doğulan Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün deyildi. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad illərdən bəri adı-sanı anılmadan Türkiyə radiolarında mahnı kimi oxunan “Qara dəniz” şerini yazmışdı və böyük ümidlərlə yaşamışdı. “Qara dəniz” şerinin son bəndi belə bitir:

    Dost elindən əsən yellər
    Mənə şer... salam söylər.
    Olsun bizim bütün ellər
    Qurban Türkün bayrağına.

    (914-cü il 15 noyabr, Gəncə: “Dalğa”, səh. 26, Bakı, 1919).
    Birinci dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir. Birinci dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakıya qədər gəlir. Əhməd Cavad yenə “Müqəddəs Məhmədcik” və azəri əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Beləliklə, bu döyüş meydanında Əhməd Cavadın yazdığı “Bismillah” şeri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:

    Atıldı dağlardan zəfər topları,
    Yürüdü irəli əsgər, Bismillah.
    O, Xan sarayında çiçəkli bir qız,
    Bəkliyor bizləri zəfər, Bismillah.

    Ey hərbin taleyi bizə yol ver, yol.
    Sən ey coşan dəniz gəl Türkə ram ol,
    Sən ey sağa, sola qılınc vuran qol
    Qollarına qüvvət gəlir, Bismillah.

    Azərbaycan höküməti Bakıda döyüş zamanı şəhid olan “məhmədciklərə” şəhidlər abidəsi qoydurur. Abidənin təməl qoyma mərasimində Əhməd Cavad “Qalx” adlı şerini oxuyur:

    Qalx, qalx sarmaşıqlı məzar altından
    Gəlmiş ziyarətə qızlar, gəlinlər.
    Ey karvan keçidi, yollar üstündə
    Hər gələn yolçuya yol soran əsgər.

    Qovduqların sənin yabançı xanlar
    Qurtardı ölkəmi tökdüyün qanlar.
    Bax, nasıl öpməkdə tozlar, dumanlar
    Qərib məzarını, mənlə bərabər.

    (İstiqlal uğrunda şerlər. İstanbul, 1928, səh. 89).


    "Şeirlər" (1958), "Sən ağlama, mən ağlaram" (1991) kitablarının, Fransua Rablenin "Qarqantua və Pantaqruel" (1961), Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta" (1962), Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" (1978) tərcümə kitablarının müəllifi olmuşdur. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Surgun edilmish shairlerimiz,yazicilarimiz.

    tesekur
    [

  5. #5
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Surgun edilmish shairlerimiz,yazicilarimiz.


    Həyatı

    İsmayılzada Mikayıl Əbdülqadir oğlu - şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü -1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

    Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə ?Gənc işçi? qəzetində çap etdirdiyi ?Bir gün? şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.

    1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.

    Əsərləri

    1.Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 121 səh.
    2.Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
    3.Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
    4.Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh.
    5.Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh.
    6.Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh.
    7.Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh.
    8.Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
    9.Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
    10.Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
    11.Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
    12.Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
    13.Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
    14.Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
    15.Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
    16.Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
    17.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
    18.Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
    19.Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh.
    20.Əsərləri (üç cilddə). II c. 335 səh.
    21.Əsərləri (üç cilddə). III c. 354 səh.
    22.Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
    23.Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
    24.Qaya. Bakı: Maarif, 1978, 118 səh.
    25.Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh.
    26.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
    27.Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh.
    28.Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
    29.Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.



    KÜSMƏRƏM

    Mən şirin ləhcəli bir bülbüləm ki,

    Güllərdən küsərəm, səndən küsmərəm!

    Məni öz canından artıq istəyən

    Ellərdən küsərəm, səndən küsmərəm!


    Gözlərin misaldır axan çaylardan,

    Kirpiyin oxlardan, qaşın yaylardan.

    Qarşımıza gələn uzun aylardan,

    İllərdən küsərəm, səndən küsmərəm

    Mikayil Mushviq haqqinda Fidan etrafli yazmishdi Mende Mikayil Mushviq poeziyasini sevdiyimden istedim ki burdada yer ayiraq








    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.